Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Əlcəzair Prezidentini milli bayram münasibətilə təbrik edib 

Cəmiyyət 01 Noyabr 2025, 11:22

282

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.

CityPost.az-ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin təcəssümüdür.

Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına, əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Razi Nurullayev İmişlidə bazar açıb   - AÇIQLAMA

Belə getsə,İmişlinin Nurulu kəndinin sakinləri mal-qara  saxlamaqdan əl çəkmək məcburiyyətində qalacaqlar. Kənd sakinlərinin ixtiyarında olan örüş sahəsində deputat Razi Nurullayev bütün mövcud qanunları tapdalayaraq kommersiya təyinatlı mal-qara bazarı tikdirir.CityPost.az  xəbər  verir   ki,zəbt edilmiş 20 hektardan çox örüş sahəsində həyata keçirilən tikinti işləri ilə bağlı icarəyə götürülən torpaq sahəsi Razi Nurullayevin köməkçisi və daha çox qara-qura işlərinin icraçısı kimi İmişlidə şöhrət tapmış  Vüqar Süleymanovun atası,Qulubəyli kənd sakini Yavər Süleymanova 12 aprel 2025-ci il tarixdə Muradalılı bələdiyyəsi tərəfindən 2040-cı ilə qədər icarəyə verilib.Məlumdur ki, örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur.Ona görə...

01 Noyabr 2025, 13:25

Deputat Ceyhun Məmmədov “boz kardinal”ın qoyduğu qadağadan DANIŞDI  

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, Dövlət təltiflərindən məhrum edilən akademik Ramiz Mehdiyevin Ali Attestasiya Komissiyasına ünvanladığı məktubdan ziyan çəkənlərin arasında Dövlət qulluğunda çalışan şəxslərlə yanaşı millət vəkilləri də var imiş.Ramiz Mehdiyev Dövlət qulluğunda çalışan şəxslərin elm ilə məşğul olmalarını  qadağan edən məktubu  yüzlərlə insanın  bu yolda addım atmaq istəyini əngəlləyib.Sən demə, illər öncəsi bununla bağlı R.Mehdiyevin imzası ilə Ali Attestasiya Komissiyasına müvafiq məktub da daxil olubmuş.Apardığımız araşdırmalar zamanı məlum oldu ki,bu,qərəzli qadağadan sonra yüzlərlə vəzifə tutan şəxs elmi işlə məşğul ola bilməmiş,onların bəzilərinin üzərində  təhqiqat apardığı elmi iş yarımçıq qalmış,alinlik dərəcəsi almaq  üçün müdafiə etmələri...

31 Oktyabr 2025, 12:43

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına daş atılıb 

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına oktyabrın 30-da axşam saatlarında Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.CityPost.az  Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.Məlumata əsasən, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb. Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.

31 Oktyabr 2025, 11:07

Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı 

Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi.Məlumatı klinikadan saytımıza təsdiq ediblər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib. Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildikdən sonra klinikanın direktoru Əhliman Əmiraslanov onun gəlinini işə götürmüşdü. Ona dosent elmi adı verilib. Məlumat üçün bildirək ki, bundan əvvəl Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev,...

31 Oktyabr 2025, 10:53

Balakənin icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM 

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Vahid oğlu Rzayev vəzifəsindən azad edilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlanıldığı bildirilir.Saxlanılan şəxslər korrupsiya cinayətlərində şübhəli bilinirlər.

30 Oktyabr 2025, 15:57

Elton Məmmədov ifşa olundu  

Tale elə gətirdi ki,ilk iş yerim Azərbaycan SSR Elmlər Akademiyası oldu.Akademiyanın geniş dəhlizlərində akademiklər – Eldar Salayevi,Aslan Aslanovu,Cəlal Əliyevi,Fərəməz Maqsudovu,Qafar Kəndlini,Ziya Bünyatovu,Miri Cavadzadəni,Bəxtiyar Vahabzadəni,Mahmud İsmayılovu canlı şəkildə görəndə heyrətə gəlirdim.Özümü xoşbəxt hesab edirdim ki,belə uca və mötəbər adamlarla bir yerdə işləmək mənə nəsib olub.Bəlkə də,elə buna görədir ki,Elmlər Akademiyasını hər zaman müqəddəs ocaq,məbədgah hesab etmişəm.Bu gün  həmin müqəddəs ocağa Elton Məmmədov kimi ifunət dolu adamların haradan və necə yol tapması mənə təəccüblü gəlir.Həqiqətə uyğun olmayan,cəmiyyətdə çaşqınlıq yaradan həmçinin,ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl xətirə biləcək hərəkətlərə yol verən Elton Məmmədov guya heç bir istintaq orqanına dəvət olunmadığına dair media...

30 Oktyabr 2025, 13:42