Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 09 Yanvar 2026, 20:09
3271
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Həmçinin oxuyun
Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı, Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux, Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Göygöldə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Əmir Pəhləvan: Yoxlama və reydlərdə jurnalistlər də iştirak etməlidir
Hər il yüzlərlə istehsal müəsisələri yoxlanılır, onlardan yalnız beş-altısı cəzalandırılır. Supermarketlər keyfiyyətsiz, zay və kimyəvi tərkibli məhsullarla təchiz olunur. Xüsusilə də yeyinti məhsulları istehsal edilən kiçik və iri həcmli təsərrüfat müəssisələrinin sayı günü-gündən artmaqdadır. Sosial şəbəkələrdəki efir materiallarından belə məlum olur ki, rüşvət verməyənlər ağır şəkildə cəzalandırılırlar. Bu qədər yoxlama və reydlərdə isə bir nəfər peşəkar jurnalistin iştirakına hələ də rast gəlinmir.. Xeyir ola…? Məqsəd nədir? İctimai nəzarətə, demokratiyaya və həqiqətə nəfəs olan bu amil nədən unudulur? Bəyənmədiyimiz sovetlər dönəmində jurnalistlərsiz yoxlamalar və reydlər qanunsuz hesab olunurdu. İndi isə hər şey tamamilə tərsinədir. Belə çıxır ki, oğru oğrunu təftiş edir, rüşvətin götürüb...
24 Noyabr 2026, 21:01
"Ankara məktəbi" məktəb-liseyinə yeni direktor təyin olunub
"Ankara məktəbi" məktəb-liseyinə yeni direktor təyin olunub.Citypost.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov bununla bağlı əmr imzalayıb.Bildirilib ki, əmrə əsasən Tural Taqiyev "Ankara məktəbi" məktəb-lise
24 Noyabr 2026, 19:37
İlin ilk Super Ayı görünür
Hazırda Ay Yerə ən yaxın mövqedədir və ilin ilk Super Ayı görünür.Bu barədə APA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib."Ay tam Ay fazasına çatıb, yəni Ay diskinin işıqlanması 100%-dir. Bu gün Ay saat 16:44-də şimal-şərqdən doğub. Hava şəraiti uyğun olarsa, Super Ayı bütün gecə boyunca izləmək mümkün olacaq", - məlumatda qeyd edilib.Bildirilib ki, ilin ikinci və sonuncu Super Ayı isə 24 dekabr 05:28-də olacaq.Qeyd edilib ki, Ay Yer ətrafında təxminən 27 günə bir dövr edir: "Onun orbiti elliptik olduğundan Yerlə Ay arasındakı məsafə dəyişir. Ay orbitinin Yerə ən yaxın nöqtəsi perigey, ən uzaq nöqtəsi isə apogey adlanır. Tam...
24 Noyabr 2026, 19:31
Etibar Qasımova Dövlət Xidmətində vəzifə verildi
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Satınalma departamentinə rəhbər təyin edilib.Modern.az Plat.az-a istinadla bildirir ki, bu vəzifə Etibar Qasımova həvalə edilib.E.Qasımov bundan öncə Dövlət Gömrük Komitəsində tenderlər üzrə menecer, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində Satınalma departamentinin direktor müavini vəzifələrində çalışıb. Xatırladaq ki, Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı ilə yaradılıb. Xidmətin icraçı direktoru Emil Şolandır. ...
24 Noyabr 2026, 19:05
Bu şəxslər imtahan vermədən müsahibəyə qatıla biləcəklər
Dövlət orqanlarında inzibati vəzifələr üzrə beş il qulluq stajı olan keçmiş dövlət qulluqçuları sertifikat almadan müsabiqənin müsahibə mərhələsində iştirak edə biləcəklər.Citypost.az xəbər verir ki, bunu DİM-in Hüquqi təminat və dövlət qulluğu şöbəsinin müdiri Lalə Qədirova bildirib.O qeyd edib ki, yeni Dövlət Qulluğu Məcəlləsi vakant vəzifələr üzrə iş stajına dair tələblərin müəyyənləşdirilməsində dövlət orqanlarına daha geniş seçim imkanı verir.Dövlət orqanları vakant vəzifənin xüsusiyyətindən asılı olaraq fəaliyyət istiqaməti, müvafiq ixtisas və ya ümumi iş stajı üzrə tələb müəyyən edə biləcəklər....
24 Noyabr 2026, 18:50
Sabah Bakıda yol bağlanacaq, 18 avtobusun marşrutu dəyişəcək
Noyabrın 25-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Citypost.az xəbər verir ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək....
24 Noyabr 2026, 18:38