Audiovizual Şura "ARB"-nin yayımını 24 saat müddətinə dayandırıb
Cəmiyyət 13 Fevral 2026, 20:54
3612
13 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.
CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasından məlumat verilib.
Bildirilib ki, iclasda "ARB" kanalının efirində "Reklam haqqında" Qanunun pozulması faktı müzakirə olunub.
Həmçinin oxuyun
Müzakirə zamanı 08 fevral 2026-cı il tarixində kanalın efirində saat 13.38-də yayımlanan reklam materialında endirimin və ödəniş şərtlərinin reklamda aydın və düzgün şəkildə göstərilməməsi aşkarlanıb.
Fakt ilə bağlı aparılan zəruri araşdırmalar zamanı "Reklam haqqında" Qanunun 7-ci maddəsinin tələblərinin pozulması təsbit olunub. Belə ki, həmin reklamda təqdim olunan məlumatlar "Reklam haqqında" Qanunun 7.1.4-cü maddəsinə əsasən əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks etdirdiyinə görə qeyri-dəqiq reklam hesab olunur və həmin Qanunun 7.2-ci maddəsinə görə isə qeyri-dəqiq reklama yol verilmir.
Cari ilin əvvəlindən televiziya kanalının efirində belə pozuntuların bir neçə dəfə baş verməsini, kanala müvafiq bildirişlərin göndərilməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sərt sanksiya tədbirinin tətbiq edilməsi və kanalın yayımının 16 fevral tarixində saat 08.00-dan başlayaraq 24 saat müddətinə müvəqqəti dayandırlması barədə qərar qəbul ediblər.
Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır
Ləğv prosesində olan "Mingəçevir Texniki Rezin" ASC-yə məxsus qiymətləndirilmiş aktivlərin satışından əldə olunacaq gəlir səhmdarlar arasında payların faiz nisbətində bölüşdürüləcək.Citypost.az Ölkə.az-a istinadla xəbər verir ki, sözügedən məsələnin müzakirəsi üçün ASC-nin səhmdarları növbədənkənar toplantı keçirəcəklər.Yığıncaqda həmçinin şirkətin səhmlərinin dövriyyədən çıxarılması və ləğvi də müzakirə ediləcək.Şirkətin ləğvi ilə bağlı qərar cari ilin mayında ASC-nin səhmdarları tərəfindən verilib.Qeyd edək ki, "Mingəçevir Texniki Rezin" ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əskər Hüseyn oğlu Əskərovdur. Nizamnamə kapitalı 972 min 214 manat olan ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Samux, ev 15-dir.Mətbuatda "Mingəçevir Texniki Rezin" ASC-nin vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində...
24 Noyabr 2026, 15:00
Bakı metrosunun iş vaxtı 1 saat uzadıldı
Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.Bu barədə Citypost.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.Bildirilib ki, Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq. Stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək.Məlumatda qeyd edilib ki, qarşılaşmadan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək. Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə isə iş rejimi dəyişdirilməyəcək....
24 Noyabr 2026, 14:43
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə qanunsuz keçmək istəyən Əfqanıstan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Astara Rayon Məhkəməsində hakim Emin Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən E.N, G.Y, G.C, İ.Ə, G.S 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.Həmin şəxslər cəzalarını başa vurduqdan sonra ölkədən çıxarılacaqlar.Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyərkən Astarada Dövlət Sərhəd Xidmətinin sərhəd naryadları tərəfindən saxlanılıblar.Onlara Cinayət Məcəlləsinin 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə keçmə) maddəsi...
24 Noyabr 2026, 14:40
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib.Milli Məclisin növbəti iclası noyabrın 27-də keçiriləcək.
24 Noyabr 2026, 14:24
Məleykə Abbaszadənin soyadını daşıdığı Hüseyn Abbaszadə görün kim olub?
Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsindən azad olunması və Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi günlərdir yerli mətbuatın gündəm xəbərinə çevrilib. Bəs M.Abbaszadənin soyadını daşıdığı keçmiş qaynatası Hüseyn Abbaszadə əslində kim olub? Citypost.az Məleykə Abbaszadənin keçmiş qaynatası gənc nəslin bir o qədər də geniş tanımadığı Hüseyn Abbaszadə barədə əldə etdiyi xəbərləri təqdim edir.Hüseyn Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941–1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir.Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945–1950-ci illərdə Azərbaycan...
24 Noyabr 2026, 14:18
Məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına məhdudiyyət qoyulur
Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.Layihəyə əsasən, vəzifəli şəxs vergidən azad və ya güzəştli vergi rejimli, habelə "Kraudfanding haqqında" qanunda göstərilən ərazilərdə və ya dövlətlərdə yerləşən, yaxud qeydiyyata alınmış emitentin qiymətli kağızlarından gəlir götürə bilməz.Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq, kommersiya, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Vəzifəli şəxs sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyət göstərmədən və xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadan əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və...
24 Noyabr 2026, 13:43