Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Cəmiyyət 24 Noyabr 2026, 12:04
413
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqronun uzun illərdir dost və tərəfdaş olduğunu deyərək, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin qurulduğunu qeyd edib.
Dövlət başçısı gələn il Monteneqro Prezidentinin ölkəmizə rəsmi səfər edəcəyini bildirib və vurğulayıb ki, bütün bunlar siyasi, iqtisadi, investisiya, həmçinin bir çox digər sahələrdə əlaqələrimizin inkişafında müsbət dinamikanın olduğunu və yaxşı nəticələrin əldə edildiyini göstərir.
Prezident İlham Əliyev Baş nazirin səfərinin uğurlu keçəcəyinə və ikitərəfli əməkdaşlığımızın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Bakıda olmaqdan məmnunluğunu ifadə edən Baş nazir Miloyko Spayiç öz növbəsində iki ölkənin uzun müddətdir müxtəlif formatlarda dost və tərəfdaş olduğunu vurğulayıb. Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını deyən qonaq münasibətlərimizin yaxşı perspektivlərə malik olduğunu qeyd edib.
Miloyko Spayiç Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyib və vurğuladı ki, ölkəmiz bölgədə davamlı sülhün, sabitliyin möhkəmləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcək.
Baş nazir Azərbaycanın Monteneqroya böyük sərmayələr yatırdığını deyərək, bunun ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib.
Görüşdə Azərbaycanın Monteneqroda həyata keçirdiyi investisiya layihələrinin gələcəkdə genişləndirilməsi üçün imkanların olduğu da qeyd edilib.
Həmçinin oxuyun
Miloyko Spayiç qarşılıqlı turist axınına toxunaraq bildirib ki, çoxsaylı azərbaycanlı turistlər Monteneqroda, Monteneqro turistləri isə Azərbaycanda özlərini rahat hiss edirlər.
Qonaq bütün bunlara görə dövlət başçısına minnətdarlığını ifadə edib.
Söhbət zamanı infrastruktur layihələri, enerji təchizatı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Zahid Oruc:"Biz ərazilərimizin itirilməsinə razı olmadığımız kimi, Xəzərin sahillərinin nəzarətsiz qalmasına”…
Müzakirəyə təqdim olunan “Abşeron” dəniz bloku üzrə hasilatın pay bölgüsü sazişinin yeni redaksiyada təsdiqi Azərbaycanın müstəqil neft-qaz siyasətində növbəti mühüm addımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Avropanın enerji təhlükəsizliyində önəmli rolunu davam etdirir.2009-cu ildə imzalanan ilkin sazişin yenilənməsi, SOCAR, Fransanın “TotalEnergies” və Əbu-Dabinin ADNOC şirkətinin iştirakı ilə yeni investisiya mərhələsinə keçid Azərbaycan iqtisadiyyatına beynəlxalq etimadın göstəricisidir. Layihədə SOCAR və “TotalEnergies”in hər birinin 35, ADNOC-un isə 30 faiz payı var. Sazişin əvvəlki hökumət təminatları qüvvədə saxlanılır, 12 əlavə təsdiqlənir, investorların hüquqları və müqavilə sabitliyi qorunur.Əsas məqsəd neft-qaz siyasəti hasilatla bərabər, dövlətin uzunmüddətli iqtisadi maraqlarını təmin etməyə yönəlib. 2023-cü ildə “Abşeron”da...
24 Noyabr 2026, 12:06
Soğan və kartof kəskin BAHALAŞDI
Son günlər kartof və soğanın topdansatış qiymətləri xeyli artıb. Bunun da əsas səbəbi İrandan bu məhsulların idxalının dayandırılmasıdır.Bəs, bahalaşma daha nə qədər davam edə bilər?Citypost.az xəbər verir ki, Məsələ ilə bağlı “Meyvəli” topdansatış mərkəzində çalışan Elçin adlı iş adamı News365.az-a bildirib ki, İrandan artıq xeyli müddətdir ki, kartof gətirilmir:“Hazırda əsasən Tovuz, bir az da Cəlilabad kartofu satırıq. İran və Pakistandan idxalın dayanma səbəbilə kartofun topdansatış qiyməti hazırda 0,9-1 manat arasında dəyişir. Amma bu müvəqqətidir. Qiymət qalxacaq. Çünki yerli kartof tələbatı uzun müddət ödəyə bilməyəcək. Rusiyadan da az miqdarda kartof gəlir. Onun da topdansatış qiyməti 1-1,1 manatdır. Bu da o deməkdir...
24 Noyabr 2026, 11:55
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.
24 Noyabr 2026, 11:06
Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, dekan vəzifəsi üzrə müsabiqə fakültələr üzrə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələri üzrə elan edilib.Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul ediləcək. Sənədlərin qəbulu bu gündən başlayaraq bir ay müddətində Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında aparılacaq.Qeyd edək ki, müsabiqə sözügedən fakültələrdə hazırda fəaliyyət göstərən dekanların səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilib.Xatırladaq ki, noyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə...
24 Noyabr 2026, 10:55
Bakıda ilk dəfə quraşdırılacaq işıqforlar bu qaydada çalışacaq
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb.“Qafqazinfo”nun məlumatına görə, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.Mərkəzin hazırladığı bu fotoməlumatlar vasitəsilə avtobus sürücüləri yeni işıqforların işıq siqnalları və onların hər biri üzrə nəzərdə tutulan hərəkət qaydaları ilə tanış ola bilərlər....
24 Noyabr 2026, 10:37
“Sədərək” və “Binə”də nə baş verir? - Narahatedici məqamlar
Son vaxtlar “Sədərək” və “Binə” ticarət mərkəzlərində alıcı qıtlığı, satışların azalması, sahibkarların ciddi çətinliklərlə üzləşməsi barədə fikirlər səslənir. Bir vaxtlar alış-verişin ən qaynar nöqtələri hesab olunan bu bazarlarda indi əvvəlki canlanmanın olmadığı bildirilir. Sahibkarlar müştəri azlığından, yüksək xərclərdən və vergilərdən şikayətlənir, alıcılar isə qiymətlərin baha olmasından narazıdır. Bu durğunluq təkcə “Sədərək” və “Binə” ilə məhdudlaşmır, digər ticarət sahələrində də satışların zəiflədiyi iddia olunur.Azərbaycanda ticarət niyə bu vəziyyətə düşüb? Baş verənlərlə bağlı dövlət səviyyəsində hər hansısa tədbir görülə bilərmi? Bu, vətəndaşa necə təsir edəcək?Citypost.az xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov Globalinfo-ya açıqlamasında buna ölkədə iqtisadi böhranın yaşanmasının səbəb olduğunu bildirib:“Azərbaycan hökuməti...
24 Noyabr 2026, 10:13