Bizə yazın

Baku

-°C

USD

-

DİQQƏT! Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı

Cəmiyyət 03 May 2026, 17:19

3211

"Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmalı olurlar. Daha çox quru sahələrə gedirlər. Bunlardan başqa su və dam ilanları, çuruxbaş, kələz ilanı da artıq aktivləşməyə başlayıb".

CityPost.az  xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında serpantoloq Anar Cəfərov deyib.

O, daha sonra əlavə edib:

"1-2 halı çıxmaq şərti ilə hələ ki əhali tərəfindən kütləvi müraciət yoxdur. Əsasən də Mərdəkan və Buzovna zonasında, bağlar massivində, həyət evlərindən dam ilanları ilə bağlı çağırışlar gəlib. Bəzi yerlərdə su ilanına da rast gəlinib. Yəqin ki, havalar sərin davam etsə, ilanların tam aktiv çölə çıxmaları bir az da uzana bilər. Amma havalar qızsa, onların artması kəskin halda müşahidə olunacaq".

Anar Cəfərov bildirib ki, ilanlar adətən dənizə yaxın olan ərazilərdə çox olur:

"Adətən bizə ilanlarla bağlı məlumatlar Bakıətrafı həyət evlərindən daxil olur. Şəhərin mərkəzindən elə də çox müraciət edən olmayıb. Əsasən Bakı bağlarıdır, Bilgəh, Qala, Mərdəkan, Türkan, Şüvəlan, Qaradağdan müraciətlər çoxdur. Bundan başqa Əhmədli, Həzi Aslanov, Hövsan tərəfdən də insanlar bizə müraciət edirlər".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.CityPost.az  Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.Bildirilib ki, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Zəfər Günü münasibətilə Qarabağa səfər edəcək.Səfər çərçivəsində iki ölkə prezidentinin ikitərəfli görüşü keçiriləcək.Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.

07 Noyabr 2026, 22:32

İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb.CityPost.az  xəbər verir ki, paylaşımda "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" qeydi əlavə olunub.

07 Noyabr 2026, 21:28

Hakan Fidan yola salınır? -ŞOK

Türkiyə mediası və sosial şəbəkə seqmentindəki bəzi platformalarda belə iddia irəli sürülür ki, guya Prezident Rəcəb Tayyip Ərdoğanın səfəri ərəfəsində Azərbaycan bu ölkənin xarici işlər naziri Hakan Fidanın vəzifəsindən kənarlaşdırılması tələbini irəli sürür.Oxu24.com xəbər verir ki, belə bir iddianı niyə, hansı əsasla irəli sürdükləri bəlli deyil, ortada hər-hansı bir əsaslandırma da yoxdur. Sadəcə bir fikir ortaya atılıb və müxtəlif platformalarda tirajlanır.Amma heç biri nəyə əsasən belə düşündüklərini dilə gətirmirlər. Çünki iddianın heç bir əsası yoxdur. Görünən budur ki, belə iddiaları irəli sürənlər daha öncə olduğu kimi, yenə də Azərbaycan-Türkiyə münasibətlərinin gərginləşməsində maraqlı olanlardır. Digər tərəfdən, belə iddiaların ortaya çıxmasının arxasındakı...

07 Noyabr 2026, 21:27

Jurnalist Elnur Şükürov həbs edilib

Jurnalist Elnur Şükürov həbs edilib.Citypost.az xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib.Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 188.1-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə ittiham irəli sürülüb.Qeyd edək ki, bir neçə il öncə “Səda TV”nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. O, ötən il azadlığa çıxmışdı....

07 Noyabr 2026, 15:34

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.Citypost.az xəbər verir ki, “Aqroinkişaf 2017” MMC-nin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.Bildirildi ki, şirkət tərəfindən 2020-ci ilin dekabrından işğaldan azad olunmuş Ağdam ərazisində sahələr minalardan və hərbi sursatlardan təmizlənəndən sonra torpaq hazırlığı və planlaşdırma işləri görülərək, dərhal əkinə başlanılıb. İlkin olaraq ərazidə taxıl əkini aparılıb. Taxıl sahələrində məhsuldarlıq 40 sentner təşkil edib.Hazırda isə burada 1150 hektar ərazidə zeytun bağı salınıb. Ərazidə 700 mindən çox ağac əkilib. Gələcəkdə isə zeytun və badam ağaclarının sayının 1 500 minə çatdırılması nəzərdə tutulur.Burada ildə 10 min...

07 Noyabr 2026, 14:55

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncamda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:“general-leytenant” hərbi rütbəsigeneral-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova“general-mayor” hərbi rütbəsipolkovnik Elnur Əli oğlu Ələsgərliyəpolkovnik Hikmət Rövşən oğlu Əliyevəpolkovnik Telman Əsgər oğlu Hüseynova"....

07 Noyabr 2026, 14:54