Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov:Azərbaycan və Litva arasında daha 7 sənəd üzrə iş aparılır

Siyasət 25 Noyabr 2026, 13:18

384

Bu gün iki ölkənin münasibətlərində növbəti tarixi gündür.

Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün həmkarı ilə strateji əməkdaşlığa dair birgə bəyanat imzalayıb.

“Bu, çox detallı sənəddir”, - nazir qeyd edib.

Nazir əlavə edib ki, iki ölkə arasında 45 sənəd qüvvədədir, 7 sənəd üzrə isə iş gedir: “Yaxın günlərdə onların da tamamlanmasının şahidi olacağıq”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov: Təhsil Azərbaycan-Litva münasibətlərinin mühüm istiqamətidir

Azərbaycandan 800-ə yaxın tələbə Litvanın ali təhsil müəssisələrində təhsil alır, bu ikitərəfli münasibətlərin vacib komponentidir.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.“Nəqliyyat və logistika sahəsindəki imkanlar, Azərbaycanın təklif etdiyi perspektivlər, Avropa ilə Mərkəzi Asiya arasında Cənubi Qafqazın körpü rolu oynaması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları, eləcə də Litva ilə dəmir yolu əlaqələrinin daha da genişləndirilməsi ətrafında müzakirələr apardıq. Humanitar və turizm sahələrində də fikir mübadiləsi aparılıb. Litvada çoxsaylı azərbaycanlı ali təhsil alır. Hazırda 800 nəfərə yaxın tələbə Litvanın ali təhsil müəssisələrində təhsil alır ki, bu...

25 Noyabr 2026, 13:20

Ceyhun Bayramov: Litva şirkəti Azərbaycana 50 milyon manat investisiya yatırıb

Litvanın bir şirkəti Araz iqtisadi zonasında kifayət qədər böyük mebel istehsalı sahəsi ilə məşuldur, 50 milyon manatlıq investisiya yatırılıb.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə mətbuat üçün brifinqdə deyib."Şərq-Qərb Orta Dəhlizi, onun üzərində yerləşən Ələt Azad iqtisadi zonası, o cümlədən azad olunmuş ərazilərdəki sənaye parkları barədə də fikir mübadiləsinin aparılmasını faydalı hesab edirik", - deyə nazir vurğulayıb....

25 Noyabr 2026, 13:17

Bakıda Azərbaycan və Litva XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Litva münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.Nazirlər siyasi dialoq və qarşılıqlı maraqlar əsasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Yüksək səviyyəli təmasların, o cümlədən Azərbaycan və Litva prezidentlərinin Dublində keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində son görüşünün əlaqələrin inkişafındakı rolu qeyd edilib.Görüşdə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, biznes əlaqələrinin gücləndirilməsi və yeni investisiya imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib. Kənd təsərrüfatı, enerji, sənaye, İKT, rəqəmsal hökumət, kibertəhlükəsizlik və innovasiya əməkdaşlıq üçün perspektivli sahələr kimi qeyd olunub.Litva...

25 Noyabr 2026, 13:07

Kestutis Budris: Azərbaycanla əməkdaşlığın inkişafını dəstəkləyirik

Litva Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyir.Citypost.az xəbər verir ki, bu fikirləri Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.Nazir Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirərək ölkəsinin Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb.

25 Noyabr 2026, 12:47

İlham Əliyev: Litva ilə əlaqələrimiz strateji əməkdaşlıq üçün əlverişli zəmin yaradır

Litva ilə münasibətlər Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı üçün də əlverişli mühit yaradır.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edərkən deyib.Dövlət başçısı Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrliyi münasibətilə təbriklərini çatdırıb, bu il Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərini və Dublin sammiti çərçivəsində keçirilən görüşləri xatırlayıb.Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda və Xəzər regionunda bağlantı layihələrinin təşəbbüskarı olduğunu vurğulayıb....

25 Noyabr 2026, 12:44

Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbul edib.Citypost.az  xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövlətimizin başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Litva Prezidentinə çatdırmağı xahiş edib.Dövlətimizin başçısı bir müddət əvvəl Dublində "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısı çərçivəsində Litva Prezidenti Gitanas Nauseda ilə görüşünü, eləcə də Litvanın Baş naziri Mindauqas Sinkeviçyusla telefon danışığını məmnunluqla xatırlayıb.Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlıq münasibətlərinin uzun illərdir uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib və...

25 Noyabr 2026, 12:24