Prezident yeni mərkəzin yaradılması ilə bağlı FƏRMAN İMZALADI
Cəmiyyət 25 Noyabr 2026, 13:23
493
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılıb.
Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmanla müəyyən edilib ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.
Fərmana görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndi nəzərə alınmaqla, Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Mərkəzin maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Həmçinin oxuyun
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mərkəzin nizamnaməsini və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini dövlət büdcəsinin vəsaiti hesabına təmin etməlidir.
Özbəkistan parlament nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib
Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.Citypost.az xəbər verir ki, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə əklil və gül dəstələri qoyulub.
25 Noyabr 2026, 13:10
MKİ-nin ilk böyük sovet casusu
“Soyuq müharibə” dövründə ABŞ və SSRİ arasında gedən kəşfiyyat mübarizəsinin ən maraqlı fiqurlarından biri sovet hərbi kəşfiyyatının (QRU) zabiti Pyotr Popov olub. O, sovet ordusunun strukturu, agentura şəbəkəsi, gizli əməliyyatları və nüvə sınaqları barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) mühüm məlumatlar ötürüb. Lakin onun adını kəşfiyyat tarixinə yazdıran təkcə satdığı dövlət sirləri deyil, qardaşına inək almaq üçün amerikalılardan 3 min dollar istəməsi də olub.Pyotr Semyonoviç Popov 1923-cü ildə Kostroma yaxınlığındakı kəndlərdən birində çoxuşaqlı kəndli ailəsində dünyaya gəlib. Çətin uşaqlıq illəri keçirən Popov 1942-ci ilin avqustunda, 18 yaşı tamam olduqdan sonra cəbhəyə yollanıb. İkinci dünya müharibəsinin sonunadək döyüşüb və müharibəni təchizat üzrə zabit kimi...
25 Noyabr 2026, 13:10
Bakıda 23 məktəbə yeni direktor təyin edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 23 ümumtəhsil müəssisəsinə yeni direktor təyin olunub.Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Qeyd edilib ki, MÜTDA-nın müvafiq əmrinə əsasən, 2026-2027-ci tədris ili ərzində isə paytaxt üzrə ümumilikdə 27 ümumtəhsil müəssisəsinə direktor təyin edilib.
25 Noyabr 2026, 12:50
Külək səngiyir, bəs qış necə keçəcək? - Dekabrın hava proqnozu açıqlandı
Azərbaycanda müşahidə olunan güclü külək hava şəraitinə və gündəlik həyata təsirsiz ötüşməyə bilər. Milli Hidrometeorologiya Xidməti küləyin sürətinin təhlükəli həddə çatacağı ilə bağlı sarı və narıncı xəbərdarlıqlar edib, bəzi ərazilərdə mümkün fəsadlara diqqət çəkib. Bəs güclü külək nə vaxta qədər davam edəcək, sürətin normallaşması nə vaxt gözlənilir? Qarşıdan gələn dekabr ayında Azərbaycanda hava şəraiti necə olacaq, qış mövsümü bu il sərt keçəcəkmi?Citypost.az xəbər verir ki, mövzu ilə bağlı "AzPolitika.az"a danışan iqlim məsələləri üzrə ekspert Cavid Hüseynovun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləklərin çərşənbə günü gecə saatlarına doğru səngiyəcəyi gözlənilir:"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində Abşeron...
25 Noyabr 2026, 12:42
AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb
M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191,3-cü km-də, Qusar rayonunun Samur qəsəbəsində paytaxt istiqamətində növbəti elektron tərəzi quraşdırılıb.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata əsasən, noyabrın 30-dan bu elektron tərəzi vasitəsilə nəzarət tədbirlərinin həyata keçirilməsinə başlanılacaq.Qeyd edək ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması mərhələli şəkildə həyata keçirilir. Elektron tərəzilər yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərinə riayət olunmasına avtomatlaşdırılmış qaydada nəzarət etməyə imkan verir.Yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı inzibati xəta elektron tərəzilər vasitəsilə aşkar edildikdə,...
25 Noyabr 2026, 12:36
Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib
Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib.Citypost.az xəbər verir ki, burada fəxri qarovul dəstəsi düzülüb.Zəfər abidəsinin önünə əklil qoyulub.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
25 Noyabr 2026, 12:20