Kestutis Budris: Azərbaycan malların Avropaya çatdırılmasında mühüm rol oynayacaq
Siyasət 25 Noyabr 2026, 13:43
354
“Bu səhər cənab Prezident İlham Əliyev ilə çox məzmunlu, səmərəli və maraqlı görüşüm oldu və bu məni 25 il əvvələ qaytardı”.
Citypost.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Həmçinin oxuyun
Nazir bildirib ki, 25 il əvvəl onun Xəzər dənizi regionuna və Avrasiya qitəsinin enerji ehtiyatları və yeni nəqliyyat marşrutları ilə bağlı bütün bir hissəsinin yeni gələcəyinə böyük akademik marağı olub: “İndi sübut olunub ki, Azərbaycan regionları — Mərkəzi Asiyanı, Cənubi Qafqazı birləşdirən əsas ölkə olacaq, bütün malları Avropaya gətirəcək və Avropaya bunu etməkdə kömək edəcək. Mən bunu həm də o vaxt bizə — gələcək Avropa İttifaqı üzvünə — Rusiyadan idxalı şaxələndirmək və alternativlər yaratmaq baxımından görürdüm. Amma bu, hekayənin yalnız bir hissəsi idi”.
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan Baş naziri Əli Əsədov noyabrın 25-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda ardıcıl şəkildə möhkəmləndiyi qeyd olunub.Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirilib.Görüş zamanı ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib....
25 Noyabr 2026, 13:45
Kestutis Budris: Azərbaycan ilə Avropa arasında tərəfdaşlıq çox vacibdir
"Azərbaycanın güclü ölkəyə çevriləcəyinə ümid edirik".Citypost.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.“İkitərəfli əlaqələrdə çox maraqlı layihələr həyata keçirilə bilər və bu layihələrə digər əsas tərəfdaşların da cəlb olunması mümkündür. Azərbaycanın daha da güclü ölkəyə çevriləcəyinə ümid edirik. Azərbaycan ilə Avropa arasında tərəfdaşlıq çox vacibdir. Hazırda elə bir dövrdür ki, münasibətlərimizi daha da gücləndirməliyik. Liderlərimizin çox fəal təmasları mövcuddur. Azərbaycanlı tələbələrin Litvada təhsil almasından qürur duyuruq. Sabahkı biznes forumda iqtisadiyyat nazirləri arasında görüşlər, eləcə də biznes icmalarımızın təmasları keçiriləcək. İnvestisiya imkanları bizim üçün xüsusi əhəmiyyət daşıyır. Litva...
25 Noyabr 2026, 13:41
Kestutis Budris: Litva yekun sülh sazişinin imzalanacağına ümid edir
Litva Vaşinqton prosesini dəstəkləyir.Citypost.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.“Vaşinqton prosesini dəstəkləyirik və son baş verən hadisələri diqqətlə izləyirik. Ümid edirik ki, yekun sülh sazişi imzalanacaq. Biz regionda sabitliyin təmin olunmasında maraqlıyıq”, - nazir qeyd edib.O əlavə edib ki, Litva sülh prosesinə öz töhfəsini verməyə hazırdır: “Öz təcrübəmizi Azərbaycanla bölüşməkdə maraqlıyıq. Həmçinin, minaların təmizlənməsi prosesinə də töhfə veririk”....
25 Noyabr 2026, 13:40
Ceyhun Bayramov: Təhsil Azərbaycan-Litva münasibətlərinin mühüm istiqamətidir
Azərbaycandan 800-ə yaxın tələbə Litvanın ali təhsil müəssisələrində təhsil alır, bu ikitərəfli münasibətlərin vacib komponentidir.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.“Nəqliyyat və logistika sahəsindəki imkanlar, Azərbaycanın təklif etdiyi perspektivlər, Avropa ilə Mərkəzi Asiya arasında Cənubi Qafqazın körpü rolu oynaması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları, eləcə də Litva ilə dəmir yolu əlaqələrinin daha da genişləndirilməsi ətrafında müzakirələr apardıq. Humanitar və turizm sahələrində də fikir mübadiləsi aparılıb. Litvada çoxsaylı azərbaycanlı ali təhsil alır. Hazırda 800 nəfərə yaxın tələbə Litvanın ali təhsil müəssisələrində təhsil alır ki, bu...
25 Noyabr 2026, 13:20
Ceyhun Bayramov:Azərbaycan və Litva arasında daha 7 sənəd üzrə iş aparılır
Bu gün iki ölkənin münasibətlərində növbəti tarixi gündür.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, bu gün həmkarı ilə strateji əməkdaşlığa dair birgə bəyanat imzalayıb.“Bu, çox detallı sənəddir”, - nazir qeyd edib.Nazir əlavə edib ki, iki ölkə arasında 45 sənəd qüvvədədir, 7 sənəd üzrə isə iş gedir: “Yaxın günlərdə onların da tamamlanmasının şahidi olacağıq”....
25 Noyabr 2026, 13:18
Ceyhun Bayramov: Litva şirkəti Azərbaycana 50 milyon manat investisiya yatırıb
Litvanın bir şirkəti Araz iqtisadi zonasında kifayət qədər böyük mebel istehsalı sahəsi ilə məşuldur, 50 milyon manatlıq investisiya yatırılıb.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə mətbuat üçün brifinqdə deyib."Şərq-Qərb Orta Dəhlizi, onun üzərində yerləşən Ələt Azad iqtisadi zonası, o cümlədən azad olunmuş ərazilərdəki sənaye parkları barədə də fikir mübadiləsinin aparılmasını faydalı hesab edirik", - deyə nazir vurğulayıb....
25 Noyabr 2026, 13:17