Bakı COP29-a hazırlaşır,Gəncə yaddan niyə çıxıb? - ŞİKAYƏT
Cəmiyyət 26 Sentyabr 2024, 13:23
38763
Gəncədə bir qrup sakin şikayət edir.
CityPost.az xəbər verir ki, Gəncə şəhəri,Ağa Sultanov 1 döngə ev 16 ünvanında yaşayan sakinlər yaşadıqları küçədə şəraitsizlikdən şikayətləniblər. 16 ailənin yaşadığı küçədə yolun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Həmin ünvanda yaşayan sakin Könül Əliyeva bildirib ki, ətrafda olan bütün küçələr və döngələr asfaltlansa da,təkcə onların yaşadığı döngə baxımsız vəziyyətdə qalıb.
Həmçinin oxuyun
"Bizim küçəmizdən uşaqlar dərsə,məktə gedib-gəlirlər. Qarşıdan qış ayı gəlir .Uşaqlar,yaşlılar əziyyət çəkirlər. Ərazidə bir neçə dəfə yaşlı insanlar yıxılıb,xəsarət alıblar. Ölkəmiz COP29 kimi mötəbər bir yarışmaya ev sahibliyi edəcək. Bu işlə əlaqədər ölkəmizdə abadlıq,quruculuq işləri davam etdirilir.İstərdik ki, bizim də ərazimiz bu tədbirlər nəticəsində abadlaşsın",-deyə Könül Əliyeva bildirib.
Müraciəti Ələkbərova Rəsmiyyə,Əliyev İlqar,İsmayılov Samir,Ələsgərov Mahir,Qurbanov Orxan,Quliyev Qabil,Qurbanov Sunay, Əsədov Vidadi və digərləri də imzalayıblar. Onlar bununla bağlı ölkə rəhbəri İlham Əliyevə də müraciət etdiklərini bildiriblər.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Ərdoğanın Oktay Saralı vəzifədən azad etməsinin PƏRDƏARXASI - Bakıdan MÖVQE
Azərbaycan-Türkiyə münasibətləri bir daha həssas sınaq qarşısındadır. İki ölkə arasında tarixi, milli və mədəni bağlarla yanaşı, strateji müttəfiqlik və qarşılıqlı siyasi etimada əsaslanan münasibətlər mövcud olsa da, son günlər yaşanan hadisələr göstərdi ki, ayrı-ayrı şəxslərin açıqlamaları belə bu münasibətlər ətrafında ciddi müzakirələrə səbəb ola bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə vəzifəsindən azad olunan baş müşaviri Oktay Saralın Azərbaycanda hicab və məktəblilərin geyim qaydaları ilə bağlı səsləndirdiyi fikirlərdən sonra yaranan narazılıq artıq sosial şəbəkələrin hüdudlarını aşaraq siyasi müstəviyə keçib. Rəsmi Bakının suveren qərarlarına münasibət, dövlətlərin daxili işlərinə müdaxilə məsələsi və qardaşlıq münasibətlərində qarşılıqlı hörmətin qorunması yenidən gündəmin əsas mövzularına...
27 Oktyabr 2026, 13:57
Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.Citypost.az xəbər verir ki, Sahib Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb.2025-ci ilin yanvar ayından iyulunadək Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.O, 2025-ci ilin iyulunda Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib....
27 Oktyabr 2026, 13:36
Zahid Oruc: Sökülən əmlaka görə kompensasiya meyarları şəffaf olmalıdır
Sökülən ev və obyektlərə görə kompensasiyanın hesablanması üçün vahid meyarların müəyyənləşdirilməsi təklif olunub.Citypost.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında çıxış edib.Zahid Oruc bildirib ki, Konstitusiya Məhkəməsi qanunvericilikdəki boşluqların və qeyri-müəyyənliyin əsassız kompensasiya tələblərinə, mülkiyyət hüquqlarının pozulmasına və tikintinin uzanmasına səbəb olduğunu bildirib və qaydaların təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflər göndərib: “Bəzən onlarla ailə ilə razılıq əldə edildiyi, köçürülmə və tikintiyə milyonlarla manat xərcləndiyi halda, bir-iki mülkiyyətçi ilə razılaşmanın illərlə uzanması layihənin başlanmasına mane olur”.Deputat kompensasiyanın hesablanması üçün ictimaiyyətə açıq meyarların yaradılmasını, Nazirlər Kabineti tərəfindən qiymətləndirmə şkalasının, bazar qiymətlərindən...
27 Oktyabr 2026, 13:20
Prezidentdən yüksək vəzifəyə TƏYİNAT – SƏRƏNCAM
Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
27 Oktyabr 2026, 13:06
İlham Əliyev məşhur generalı VƏZİFƏDƏN AZAD ETDİ
Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
27 Oktyabr 2026, 13:05
Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq....
27 Oktyabr 2026, 12:20