Bizə yazın

Baku

-°C

USD

-

Prezident: “Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan cinayətdir”

Cəmiyyət 28 Oktyabr 2026, 10:36

392

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılara müraciət ünvalayıb.

Citypost.az  xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib.

Müraciətdə deyilir:

"Sizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasında salamlayıram.

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.

Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir. Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir. Bu xüsusda, “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası” bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir. Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.

Torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərimizin, o cümlədən faydalı qazıntı yataqlarımızın xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurmuşdur. Bu cinayətlər nəticəsində əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılmışdır.

Rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır. Müvafiq hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Əminəm ki, Bakıda aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın daha da güclənməsinə, etimadın möhkəmlənməsinə və ölkələrimizin dayanıqlı inkişafına xidmət edəcəkdir.

İclasın işinə uğurlar arzulayıram".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.DİN-dən Citypost.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Xocalı, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 12-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 13-də 08:00-da DİN Daxili...

28 Oktyabr 2026, 11:03

Baş prokuror: Azərbaycan korrupsiyaya qarşı mübarizədə cəza tədbirləri ilə kifayətlənmir

Ölkəmiz korrupsiyaya qarşı mübarizədə yalnız cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir.Citypost.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə çıxışında deyib.O, qeyd edib ki, antikorrupsiya siyasətinin digər mühüm istiqaməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və təcrübə mübadiləsidir:"Çünki bu sosial bəla ilə mübarizə aparmaq üçün səylərimizi birləşdirməliyik. Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr korrupsiyaya qarşı qlobal mübarizədə üzərimizə düşən vəzifələri bir daha nəzərdən keçirmək və yeniləmək imkanı yaradacaq”....

28 Oktyabr 2026, 11:00

İtkin düşmüş kimi axtarılan 12 nəfər tapılıb

Oktyabrın 27-də polisin keçirdiyi tədbirlər nəticəsində itkin düşmüş kimi axtarılan 12 nəfər tapılıb.Citypost.az xəbər verir ki, həmin şəxslər ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk ediblər.Tapılan şəxslər aidiyyəti üzrə təhvil veriliblər.

28 Oktyabr 2026, 10:20

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.Bu barədə Citypost.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir."Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə ictimaiyyətə əlavə...

28 Oktyabr 2026, 10:15

Bakıda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir

Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçiriliir.Citypost.az xəbər verir ki, tədbir “Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusuna həsr olunub.Tədbirdə Azərbaycanın milli iqlim öhdəliklərinin həyata keçirilməsi, enerji sektorunda yaşıl transformasiya, bərpa olunan enerji mənbələrinin inkişafı və bu sahədə investisiya imkanları müzakirə olunacaq.Xatırladaq ki, bundan əvvəlki 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilmişdi....

28 Oktyabr 2026, 10:05

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib

Qaradağ rayonunda Səngəçal-Çeyildağ avtomobil yolunun 13-cü kilometrliyində sel nəticəsində dağılmış körpünün əvəzinə yeni körpü inşa edilib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.Bildirilib ki, intensiv yağıntılar və güclü sel nəticəsində zədələnmiş yol infrastrukturunun bərpası çərçivəsində tikilən yeni körpü biraşırımlıdır.Layihə çərçivəsində sıradan çıxmış körpü qurğusu yenisi ilə əvəz olunub, yolun həmin hissəsində nəqliyyat əlaqəsinin bərpası təmin edilib.Qeyd edək ki, intensiv yağıntılar və güclü sel nəticəsində respublikanın müxtəlif bölgələrində avtomobil yollarına, körpülərə və digər yol qurğularına dəymiş ziyanın aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir....

28 Oktyabr 2026, 09:27