Bizə yazın

Baku

-°C

USD

-

Qoşa xəttin tapdalanması cərimənin əsası ola bilərmi? Vəkil izah etdi

Hüquq 28 Oktyabr 2026, 08:30

2677

Vəkil Fərhad Mehdiyev yol hərəkəti qaydalarının tətbiqi zamanı hüquq normalarının məqsədinin nəzərə alınmasının vacibliyinə diqqət çəkib. O bildirib ki, qanunvericiliyin hər hansı müddəası yalnız mətninə əsaslanaraq deyil, həm də hansı məqsədlə qəbul edildiyi nəzərə alınmaqla tətbiq olunmalıdır. Vəkilin fikrincə, qoşa bütöv xəttin tapdalanması ilə bağlı hallarda da pozuntunun mahiyyəti, sürücünün hərəkətinin məqsədi və real təhlükə yaradıb-yaratmadığı qiymətləndirilməlidir.

Fərhad Mehdiyev bu barədə Citypost.az saytına açıqlamasında hakimiyyət bölgüsü prinsipindən danışaraq bildirib ki, dövlət idarəçiliyində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin hər birinin öz funksiyası var. Onun sözlərinə görə, qanunvericilik hakimiyyəti hüquq normalarını müəyyənləşdirir, icra hakimiyyəti həmin normaların tətbiqini təmin edir, məhkəmə hakimiyyəti isə mübahisəli hallarda onların qanunauyğun tətbiq olunub-olunmadığını yoxlayır.

Vəkil qeyd edib ki, hüquq normalarının tətbiqi zamanı onların məqsədindən kənara çıxmaq düzgün yanaşma deyil. O, hüquq fakültəsində dərs deyərkən tələbələrə də bu prinsipin əhəmiyyətini izah etdiyini vurğulayıb. Fərhad Mehdiyevin fikrincə, hüquqşünas yalnız qanunun mətnini öyrənməklə kifayətlənməməli, həm də normanın hansı ictimai münasibətləri tənzimləmək, hansı təhlükənin qarşısını almaq və hansı hüquqi nəticəni təmin etmək üçün qəbul edildiyini anlamalıdır.

Vəkil qoşa bütöv xəttin tapdalanmasına görə cərimə yazılması məsələsini bu yanaşmanın nümunəsi kimi göstərib. Onun sözlərinə görə, qoşa xəttin əsas məqsədi əks istiqamətli nəqliyyat axınlarını ayırmaq və sürücülərin müəyyən manevrlər etməsinin, xüsusilə də təhlükəli keçidlərin qarşısını almaqdır. Yolun həmin hissəsində qoşa bütöv xəttin çəkilməsi sürücüyə xətti keçməmək barədə xəbərdarlıq edir. Qaydalarda manevr etməyə icazə verilən yerlərin isə müvafiq yol nişanlanması ilə fərqləndirilməsi yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Fərhad Mehdiyev hesab edir ki, qoşa xəttin tapdalanması ilə xətti keçərək qadağan olunmuş manevrin həyata keçirilməsi eyni məzmunlu hərəkətlər kimi qiymətləndirilməməlidir. O bildirib ki, sürücü xəttin üzərinə çıxsa da, əks istiqamətli hərəkət zolağına keçməyibsə, qarşı tərəfdəki nəqliyyat axınının zolağına daxil olmayıbsa və qadağan olunmuş manevr etməyibsə, həmin hərəkətin hansı hüquq normasını pozduğu ayrıca araşdırılmalıdır.

Vəkilin sözlərinə görə, burada əsas məsələ sürücünün sadəcə xəttə toxunması və ya onu tapdalaması deyil, konkret vəziyyətdə hansı hərəkəti etməsi və bunun yol hərəkəti qaydaları baxımından hansı nəticə doğurmasıdır. Əgər sürücü qoşa xətti keçərək geriyə dönmə, əks istiqamətli zolağa çıxma və ya qaydalarla qadağan edilən başqa bir manevr həyata keçirirsə, bu, fərqli hüquqi qiymətləndirmə tələb edə bilər. Lakin belə manevr baş verməyibsə, yalnız xəttin tapdalanması faktının hansı əsasla cəriməyə səbəb olduğu izah edilməlidir.

Fərhad Mehdiyev vurğulayıb ki, yol hərəkəti qaydalarının əsas məqsədlərindən biri insanların təhlükəsizliyini təmin etməkdir. Buna görə də konkret hadisə araşdırılarkən sürücünün hərəkətinin təhlükəsizliyə təsiri, yol şəraiti, manevrin xarakteri və faktiki olaraq hansı qaydanın pozulduğu nəzərə alınmalıdır. Onun fikrincə, hüquq normasının məqsədini nəzərə almadan, hadisənin bütün hallarını araşdırmadan yalnız formal əlamətə əsaslanmaq hüquqi mübahisələrə səbəb ola bilər.

Vəkil məhkəmələrin bu məsələlərdə mühüm rol oynadığını da diqqətə çatdırıb. O bildirib ki, sürücü barəsində tərtib edilən protokolun və tətbiq olunan cərimənin qanuniliyinə dair mübahisə yarandıqda, məhkəmə işin faktiki hallarını, təqdim olunan sübutları və tətbiq edilmiş hüquq normasının həmin hadisəyə uyğunluğunu yoxlamalıdır. Başqa sözlə, məhkəmə yalnız protokolda göstərilən pozuntunun adını deyil, həmin pozuntunun həqiqətən baş verib-vermədiyini də qiymətləndirməlidir.

Fərhad Mehdiyevin qənaətinə görə, əgər sürücünün qoşa bütöv xətti keçərək qadağan olunmuş manevr etmədiyi və ona aid edilən pozuntunun hüquqi baxımdan əsaslandırılmadığı müəyyən olunarsa, bu hal cərimə qərarının qanuniliyinin mübahisələndirilməsi üçün əsas ola bilər. Bununla belə, hər bir hadisə konkret sübutlar və qüvvədə olan qanunvericiliyin tələbləri əsasında qiymətləndirilməlidir.

Qeyd edək ki, qoşa bütöv xəttlə bağlı hərəkətlərə görə məsuliyyət məsələsində konkret yol şəraiti, sürücünün faktiki manevri və tətbiq edilən hüquq normasının tələbləri həlledici əhəmiyyət daşıyır. Buna görə də hər hansı cərimənin qanunsuz olduğunu ümumi şəkildə söyləməkdənsə, hadisənin təfərrüatlarının və protokolun hüquqi əsaslarının araşdırılması vacibdir.

Əli

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sənədsiz tikilən ev boşanma zamanı necə bölünür? – Hüquqi prosedur necə həyata keçirilir?

Ailə münasibətlərinə xitam verilərkən ər-arvad arasında yaranan əmlak mübahisələri bəzən daha mürəkkəb xarakter alır. Xüsusilə nikah dövründə inşa edilmiş, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış evlərin boşanma zamanı necə bölünməsi tərəflər üçün ciddi suallar yaradır. Belə vəziyyətlərdə bir çoxları düşünür ki, əmlakın rəsmi sənədinin olmaması onun bölünməsini mümkünsüz edir. Halbuki sənədsiz əmlakla bağlı mübahisələrdə də tərəflərin çəkdiyi xərclər, tikintiyə sərf olunan vəsait və əmlakın faktiki dəyəri hüquqi baxımdan əhəmiyyət daşıya bilər.Hüquqşünas Lamiyə Tahirova Citypost.az-a açıqlamasında bildirib ki, nikah dövründə tikilmiş, lakin müvafiq sənədləri olmayan evlərin bölünməsi zamanı ilk növbədə həmin əmlaka sərf edilən vəsait və onun faktiki dəyəri müəyyənləşdirilməlidir. Bu...

06 Noyabr 2026, 11:40

Birgə yaşayış dövründə götürülən kredit boşanma zamanı ər-arvad arasında bölünə bilərmi?

Ailə münasibətlərinə xitam verilməsi zamanı tərəflər arasında yaranan əsas mübahisələrdən biri də nikah dövründə əldə edilmiş əmlakın və götürülmüş borc öhdəliklərinin necə bölüşdürülməsidir. Xüsusilə ər və ya arvaddan birinin birgə yaşayış dövründə bankdan kredit götürməsi, lakin sonradan boşanma baş verdikdə həmin borcun digər tərəflə bölüşdürülməsini tələb etməsi hüquqi baxımdan bir sıra suallar yaradır. Bu zaman ən çox maraq doğuran məsələlərdən biri kreditin yalnız bir tərəfin adına rəsmiləşdirilməsinə baxmayaraq, digər həyat yoldaşının da həmin borca görə məsuliyyət daşıyıb-daşımamasıdır.Vəkil Əminə İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, nikah dövründə götürülən hər bir kredit avtomatik olaraq ər-arvadın ümumi borcu hesab edilmir. Belə hallarda əsas məsələ...

06 Noyabr 2026, 10:40

Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal

Azərbaycanda avtomobil idarə edən sürücülərin böyük əksəriyyəti əsas yol hərəkəti qaydalarını — sürət həddini aşmamağı, qırmızı işıqda keçməməyi və təhlükəsizlik kəmərini bağlamağı yaxşı bilir. Lakin elə situasiyalar var ki, sürücülər adət etdikləri vərdişlərin və ya kiçik ehtiyatsızlıqların cərimə ilə nəticələndiyindən xəbərsiz olurlar. Yol hərəkəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş bu xırda detal kimi görünən qaydalar, əslində həm büdcənizə, həm də sürücülük balınıza ciddi təsir göstərə bilər.CityPost.az  sükan arxasında tez-tez qarşılaşdığımız və cəriməyə səbəb olan həmin situasiyaları təqdim edir:Pəncərədən atılan kiçik bir zibilin baha başa gəlməsi Hərəkətdə olarkən və ya işıqforda gözləyərkən pəncərədən siqaret kötüyü, tullantı və ya salfet atmaq sadəcə mədəniyyətsizlik deyil,...

05 Noyabr 2026, 13:56

Ana vəfat etdikdən sonra ev övladlarından hansına qalır? – Bacı və qardaşın da vərəsəlik hüququ varmı?

Valideyn vəfat etdikdən sonra onun adına olan evin övladlardan birinin adına rəsmiləşdirilməsi zamanı digər ailə üzvlərinin vərəsəlik hüququ ilə bağlı suallar yaranır. Xüsusilə mərhum valideynin evində övladlarından yalnız biri yaşayıb qeydiyyatda olduqda, digər bacı və qardaşların həmin əmlakdan pay tələb edib-etməyəcəyi müzakirə mövzusuna çevrilir. Bəzi hallarda isə evdə yaşayan övladın həyat yoldaşının da vəfat etməsi vərəsəlik məsələsini daha da mürəkkəbləşdirir. Bəs ana vəfat etdikdən sonra onun adına olan evdə yaşayan övlad mənzili öz adına keçirə bilərmi? Digər bacı və qardaşların həmin evə münasibətdə miras payı qalırmı?Vəkil Samir Süleymanov Citypost.az-a açıqlamasında bildirib ki, ananın vəfatından sonra onun mülkiyyətində olan ev üzrə...

05 Noyabr 2026, 10:30

Evdə üç ildən artıq qeydiyyatda olan şəxsin razılığı olmadan mənzil satıla bilər? – Vəkildən AÇIQLAMA

Bəzi vətəndaşlar uzun müddət yaşadıqları və ya qeydiyyatda olduqları evin gələcəkdə satılması zamanı onların razılığının tələb olunub-olunmayacağı ilə maraqlanırlar. Xüsusilə bir mənzildə üç ildən artıq qeydiyyatda olan şəxslər həmin ünvanda qeydiyyat müddətinin onlara müəyyən mülkiyyət və ya satışa müdaxilə hüququ verib-vermədiyini aydınlaşdırmağa çalışırlar. Bəs evdə uzun müddət qeydiyyatda olmaq həmin mənzilin satılması zamanı şəxsin razılığını zəruri edirmi? Ev sahibi mənzili başqa şəxsə satmaq və ya bağışlamaq istədikdə qeydiyyatda olanların hüquqları necə qorunur?Vəkil Əli Qəmbərov Citypost.az-a açıqlamasında bildirib ki, şəxsin hər hansı mənzildə qeydiyyatda olma müddəti onun həmin əmlak üzərində mülkiyyət hüququ əldə etməsi demək deyil. Onun sözlərinə görə, vətəndaşın evdə...

05 Noyabr 2026, 09:30

Bank borcuna görə məhkəməsiz əmlaka həbs qoyula bilər? – Vəkildən AÇIQLAMA

Bank qarşısında kredit və ya digər maliyyə öhdəliyi olan şəxslər bəzən ödənişləri gecikdirdikdə məsələni yalnız bankın xəbərdarlıqları və məhkəmə müraciəti ilə məhdudlaşan proses kimi qiymətləndirirlər. Lakin qanunvericilikdə borcun tutulması ilə bağlı məhkəmədənkənar mexanizmlər də nəzərdə tutulub. Belə hallardan biri notarius tərəfindən aparılan icra qeydi institutudur. Bu mexanizm müəyyən şərtlər daxilində kreditorun məhkəməyə müraciət etmədən borcun tutulması prosesinə başlamasına imkan yarada bilər. Bəs notariusun icra qeydi nə deməkdir, bu sənəd əsasında borclunun əmlakına yönəlmək mümkündürmü və vətəndaşlar belə hallarla qarşılaşmamaq üçün nələrə diqqət etməlidirlər?Vəkil Lamiyə Tahirova Citypost.az-a açıqlamasında bildirib ki, borclunun bank və ya digər kreditor qarşısında öhdəliyini vaxtında yerinə yetirməməsi...

05 Noyabr 2026, 08:30