Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək
Cəmiyyət 28 Oktyabr 2026, 11:03
423
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
DİN-dən Citypost.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Xocalı, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 12-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Həmçinin oxuyun
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 13-də 08:00-da DİN Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Xoş ənənələrə malik Azərbaycan-Çexiya əlaqələrinin bu gün dinamik inkişaf etməsi bizi sevindirir. Fəal siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı zəmin yaradır.İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan dövlətlərarası münasibətlərimizin və səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çexiya xalqına daim əmin-amanlıq...
28 Oktyabr 2026, 11:18
Baş prokuror: Azərbaycan korrupsiyaya qarşı mübarizədə cəza tədbirləri ilə kifayətlənmir
Ölkəmiz korrupsiyaya qarşı mübarizədə yalnız cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir.Citypost.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə çıxışında deyib.O, qeyd edib ki, antikorrupsiya siyasətinin digər mühüm istiqaməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və təcrübə mübadiləsidir:"Çünki bu sosial bəla ilə mübarizə aparmaq üçün səylərimizi birləşdirməliyik. Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr korrupsiyaya qarşı qlobal mübarizədə üzərimizə düşən vəzifələri bir daha nəzərdən keçirmək və yeniləmək imkanı yaradacaq”....
28 Oktyabr 2026, 11:00
Prezident: “Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan cinayətdir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılara müraciət ünvalayıb.Citypost.az xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib.Müraciətdə deyilir:"Sizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasında salamlayıram.Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir. Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə...
28 Oktyabr 2026, 10:36
İtkin düşmüş kimi axtarılan 12 nəfər tapılıb
Oktyabrın 27-də polisin keçirdiyi tədbirlər nəticəsində itkin düşmüş kimi axtarılan 12 nəfər tapılıb.Citypost.az xəbər verir ki, həmin şəxslər ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk ediblər.Tapılan şəxslər aidiyyəti üzrə təhvil veriliblər.
28 Oktyabr 2026, 10:20
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.Bu barədə Citypost.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir."Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə ictimaiyyətə əlavə...
28 Oktyabr 2026, 10:15
Bakıda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir
Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçiriliir.Citypost.az xəbər verir ki, tədbir “Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusuna həsr olunub.Tədbirdə Azərbaycanın milli iqlim öhdəliklərinin həyata keçirilməsi, enerji sektorunda yaşıl transformasiya, bərpa olunan enerji mənbələrinin inkişafı və bu sahədə investisiya imkanları müzakirə olunacaq.Xatırladaq ki, bundan əvvəlki 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilmişdi....
28 Oktyabr 2026, 10:05