Azərbaycanın son illərdə keçdiyi şərəfli tarixi yol və xalqımızın əzmkar mübarizəsi – RƏY
Siyasət 28 Oktyabr 2026, 13:09
531
Azərbaycan artıq sadəcə regional oyunçu deyil, qlobal səviyyədə sivilizasiyalararası körpü rolunu oynayan mərkəzdir. BMT-nin Sivilizasiyalar Alyansı kimi nüfuzlu tərəfdaşlarla birlikdə qurulan bu platforma, dünyanın ən həssas və təxirəsalınmaz problemlərinin müzakirə olunduğu intellektual mərkəzə çevrilib.
Citypost.az xəbər verir ki, Bunu Oxu24.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, Azərbaycanın Asiya ilə Avropa arasında mədəniyyət qovşağında yerləşməsi təkcə coğrafi üstünlük deyil, həm də əsrlərin süzgəcindən keçmiş bir yaşam tərzidir:
“Cəmiyyətimizdəki sabitliyin və ahəngdarlığın təməlində məhz dini və etnik dözümlülük dayanır. Konstitusiyamıza əsasən bərabər hüquqlara malik olan müxtəlif xalqlar və dinlərin nümayəndələri Azərbaycanda sadəcə qonşu kimi deyil, əsl bir ailə kimi yaşayırlar. Bu, sübut edir ki, multikulturalizm Azərbaycanda süni şəkildə yaradılmış layihə deyil, xalqımızın milli təfəkkürünün tərkib hissəsidir.
Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları bir amal ətrafında birləşdirən güclü mənəvi sütündür. Bu birliyin əsl gücü və sınağı İkinci Qarabağ müharibəsi zamanı özünü büruzə verdi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş ədalətin bərpası və ərazi bütövlüyümüzün təmin olunması üçün Qələbəmizin rəmzinə çevrilmiş “Dəmir yumruq” kimi birləşdi. Bu, daxili sabitliyimizin və həmrəyliyimizin qırılmazlığını göstərən ən bariz nümunədir.
Həmçinin oxuyun
Xalqımızın əsrlər boyu müstəqillikdən məhrum olmasına baxmayaraq, öz dilini, dəyərlərini, milli kimliyini və həyat tərzini qoruyub saxlamağı bacarmışdır. Müxtəlif imperiyalar və siyasi sistemlər dəyişsə də, azərbaycanlıların milli ruhu heç vaxt sarsılmayıb. 35 illik müstəqillik dövrü isə xalqımızın öz taleyinin əsl sahibinə çevrildiyini, sıfırdan güclü dövlət qurmağa və ölkəni inkişaf etdirməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün bunların başında ədalətsizliyə Qarşı Qanuni Müqavimət və Pozulmaz İnam dayanırdı.
İllərlə davam edən, əslində isə münaqişəni dondurmağa və Azərbaycanı haqsız duruşla barışdırmağa hesablanmış danışıqlar masası xalqımızın iradəsini qıra bilmədi. Güc mərkəzləri Azərbaycan xalqının əyilməz iradəsini və dövlətin strateji planlarını səhv hesablamışdılar. Nəticədə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququndan istifadə edən Azərbaycan, beynəlxalq hüququ öz gücü ilə bərpa edərək tarixi ədalətsizliyə son qoydu.
Bu forumda, cənab Prezidentin çıxışında, bir xalqın mədəni tolerantlıqla əzmkar mübarizəni necə uzlaşdırdığını, həm dialoqa açıq olduğunu, həm də öz haqqını və suverenliyini qorumaq üçün hər cür gücə malik olduğunu təsdiq edən güclü bir siyasi və mənəvi çağırışın şahidi olduq”.
Mahirə Əmirhüseynova: “Azərbaycan heç kimdən dərs almaq niyyətində deyil”
Dövlətin suverenliyi sərhədlərlə məhdudlaşmır, ideoloji təhlükəsizliyi də əhatə edir!Hər bir dövlətin daxili işlərinə qarışmamaq prinsipi beynəlxalq münasibətlərin əsas qaydalarından biridir. Azərbaycanın mövqeyi də aydındır: fiziki təhlükəsizlik nə qədər vacibdirsə, milli maraqların və ideoloji təhlükəsizliyin qorunması da bir o qədər əhəmiyyətlidir.Azərbaycana demokratiya, azadlıq və inkişaf mövzusunda mühazirə oxumağa çalışanlar əvvəlcə öz ölkələrindəki vəziyyətə nəzər salsınlar. Başqalarına yol göstərməyə tələsməzdən əvvəl öz cəmiyyətlərindəki problemlərə də baxmaq lazımdır.Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun bir yol keçib. Ölkəmiz müstəqilliyini möhkəmləndirib, iqtisadi və siyasi potensialını artırıb, beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirib. Bu gün Azərbaycan regional...
28 Oktyabr 2026, 09:12
Azər Cabbarov: "Əsil türk Azərbaycan haqqında hədyan yazmaz"
Jurnalist Azər Cabbarov sosial şəbəkələrdə Azərbaycan əleyhinə yazan bəzi "türklər" barədə fikirlərini bildirib.Citypost.az xəbər verir ki,bu barədə Facebook səhifəsində paylaşım edib.Müəllifin sözlərinə görə, belə şəxslərin türk kimliyi şübhə doğurur:"Sosial şəbəkələrdə Azərbaycan əleyhinə yazan "türklərin" türklüyü şübhəlidir. Onlarla üç nəfərlik qrupda oturursan, bir az söhbətdən sonra biri erməni, digəri ərəb, başqası yunan əsilli çıxır." Deyə bildirib A.Cabbarov Azərbaycanı "əzəli və əbədi türk yurdu" adlandıraraq bildirib ki, əsl türk ölkəsi barədə əsassız sözlər yazmaz:"Əsil türk Azərbaycan əzəli və əbədi türk yurdu və xalqı barədə hədyan yazmaz." - deyə bildirib Jurnalistin fikrincə, Azərbaycan cəmiyyəti müxtəlif xalqların birgəyaşayışı nəticəsində formalaşıb və ölkədə tolerantlıq, dünyəvilik yüksək səviyyədədir:"Biz...
28 Oktyabr 2026, 08:51
Heydər Oğuz: “Saralın vəzifədən çıxarılması üçün münasib bəhanə lazım idi”
Jurnalist Heydər Oğuz Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən azad edilməsinin səbəbləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Heydər Oğuzun fikrincə, Oqtay Saralın vəzifədən azad edilməsi Azərbaycanın tələbinin yerinə yetirilməsi məqsədi daşımayıb.Jurnalist Saralı sərt tənqid edərək onun çıxışlarını və davranışlarını qeyri-ciddi adlandırıb. O bildirib ki, Saralın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsini tutması da uyğun görünmürdü.Heydər Oğuz hesab edir ki, Saralın vəzifədən uzaqlaşdırılması üçün münasib bir bəhanəyə ehtiyac olub və Azərbaycan məsələsi bu baxımdan fürsət yaradıb.“Sadəcə bunun üçün göydəndüşmə bir bəhanə lazım idi, Azərbaycan isə AKP-yə bu bəhanəni verdi”,...
28 Oktyabr 2026, 08:19
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Turizmin (UN Tourism) ölkəmizdə səfərdə olan Baş katibi Şeyxa Əl-Nuveys ilə görüşüb.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT Turizmi arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin zəngin turizm potensialının beynəlxalq səviyyədə təşviqi, turizm sahəsində yeni əməkdaşlıq imkanları, eləcə də Azərbaycanın beynəlxalq turizm platformalarında iştirakının genişləndirilməsi məsələləri müzakirə olunub.Nazir Ceyhun Bayramov Baş katibi sözügedən vəzifəyə seçilməsi münasibəti bir daha təbrik edib və ona uğurlar arzulayıb. Azərbaycanın beynəlxalq turizm əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin tarixi-mədəni irsi, müxtəlif təbii landşaftları, müasir infrastrukturu və qonaqpərvərlik ənənələrinin...
27 Oktyabr 2026, 20:14
Vüqar Rəhimzadə: “Azərbaycan Avropa ilə Asiya arasında mədəniyyət körpüsüdür”
Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən beynəlxalq dialoq platforması kimi dünyanın diqqətində olduğu xüsusi qeyd edilir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin miqyasına, eyni zamanda, onların əhatə etdikləri mövzulara diqqət yetirsək bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu, yerini, söz sahibliyini, malik olduğu imkanların fonunda yüksək səviyyədə təşkilatçılığını aydın görə bilərik. Bugünümüzün reallıqları bu məqamı da təsdiqləyir ki, müasir beynəlxalq münasibətlərdə dövlətin nüfuzu iqtisadi və hərbi potensialı ilə yanaşı, fərqli maraqlara malik tərəfləri dialoq ətrafında birləşdirmək, ortaq gündəliyin formalaşmasına töhfə vermək bacarığı ilə də ölçülür. Azərbaycanın son illərdə ev sahibliyi etdiyi tədbirlərə diqqət yetirdikdə coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən...
27 Oktyabr 2026, 17:00
Ramil Həsən AK Parti rəsmisi ilə Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Efkan Ala ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisdən məlumat verilib.Görüşdə həmçinin AK Partinin xarici əlaqələr üzrə sədr müavini Zafer Sırakaya da iştirak edib.Görüş zamanı TÜRKPA-nın Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş 15-ci plenar iclası və Assambleya Şurasının iclası çərçivəsində qəbul edilmiş qərarlar, eləcə də qardaş ölkələr arasında münasibətlərin yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb.Həmçinin Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin əhəmiyyəti qeyd...
27 Oktyabr 2026, 12:51