Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc:"Ombudsman institutunun gücü vətəndaşın hüququ pozulduqda nə qədər prinsipial mövqe tutması ilə ölçülür”

Cəmiyyət 30 Oktyabr 2026, 10:55

474

“Cənab Prezident tərəfindən insan hüquqları üzrə müvəkkil vəzifəsinə üç namizədin Milli Məclisə təqdim edilməsi ölkəmizin hüquqi dövlət quruculuğunda mühüm üsullardan birinin fəaliyyətində yeni mərhələnin başlanması deməkdir”.

CityPost.az xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin oktyabrın 30-da keçirilən iclasında İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Ombudsman institutu yarandığı 24 illik tarixində üzərinə düşən missiyanı yerinə yetirib.

“Onun əsas vəzifəsi dövlət hakimiyyəti, bələdiyyələrin və digər qanunla müəyyən edilmiş qurumların fəaliyyəti nəticəsində pozulan insan hüquqlarının bərpasına kömək etmək, pozuntuların qarşısını almaq və dövlət hakimiyyəti ilə vətəndaş arasında əlavə hüquqi müdafiə mexanizmini yaratmaqdır. Bu vəzifəni də yerinə yetirməkdədir”, - Z.Oruc vurğulayıb. 

Komitə sədri diqqətə çatdırıb ki, ki, ombudsmanın qarşısında indi mühüm vəzifələr dayanır: 

“Gələcək müvəkkil öz fəaliyyətinə insan hüquqları sahəsində qlobal çağırışların ciddi şəkildə dəyişdiyi bir dövrdə başlayır. Müharibələr, geosiyasi qarşıdurmalar, miqrasiya böhranları, informasiya savaşları, süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlər qarşısında yeni hüquqi və mənəvi məsuliyyət yaradır. Artıq insan hüquqlarının pozulması fiziki zorakılıq, qanunsuz həbs və ya mülkiyyətə müdaxilə ilə məhdudlaşmır, fərdi məlumatların qanunsuz istifadəsi, süni intellekt vasitəsilə saxta görüntülərin hazırlanması, rəqəmsal ayrı-seçkilik, insanların şəxsi həyatına müdaxilə və alqoritmik qərarların doğurduğu hüquqi nəticələr də ciddi təhlükələrə çevrilib. Prezident İlham Əliyevin 2026-cı ilin iyunun 17-də ombudsmanların beynəlxalq Bakı sammitinin iştirakçılarına müraciətində texnoloji tərəqqinin insan amilinə xidmət etməsi dövlət siyasətimizin əsas prinsipləri kimi vurğulanıb. Digər tərəfdən biz insan hüquqları məsələsinin beynəlxalq münasibətlərdə siyasi təzyiq və üsul idarələrin yayılması yaxud geosiyasi maraqların örtüyünə çevrildiyini də yaxşı görürük və bu zəfərimizdən sonra daha əyani sübut olunur”.

Z.Oruc bildirib ki, Azərbaycan haqqında xaricdə səsləndirilən əsassız iddialara, selektiv yanaşmalara və insan hüquqları mövzusundan siyasi məqsədlərlə istifadəyə qarşı gələcək ombudsmanın güclü mandatı var:

“Beynəlxalq məkanda diplomatik təmsilçimiz kimi prinsipial mövqeyinin daha da güclənəcəyinə inanırıq. Eyni zamanda obyektiv və əsaslı iradların araşdırılması, aşkar edilən hüquq pozuntularının aradan qaldırılması da prinsipiallığın ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin müəyyən etdiyi dövlətçilik, suverenlik və insanların rifahı, müasir idarəetmə prinsipləri şəraitində müvəkkil daha təşəbbüskar, beynəlxalq platformalarda daha fəal, dövlət orqanlarına münasibətdə isə daha tələbkar olmalıdır. Ombudsman beynəlxalq təşkilatlara cavab verən tərəf kimi çıxış eləməklə bərabər özü də qlobal insan hüquqları gündəliyinə müxtəlif mövzularla təsir eləyən digər milli insan hüquqları institutları ilə birgə təşəbbüslər irəli sürən təsisatdır. Gələcək yeddi ildə fəaliyyət göstərən ombudsmanı seçərkən artıq formalaşmış təsisatı yeni şəraitə uyğun inkişaf etdirmək məsuliyyətini də bölüşürük. İndi qarşıda duran əsas vəzifə qalib vətəndaşlarımızın konstitusion hüquq azadlıqlarının daha da etibarlı təminatıdır. Gələcək müvəkkildən gözləntimiz peşəkarlıq, müstəqillik, obyektivlik və prinsipiallıqdır. O dövlət orqanlarından əməkdaşlığını daha da gücləndirməli, lakin onların fəaliyyətindəki nöqsanları göstərməkdən çəkinməməlidir. Vətəndaş ombudsmana müraciət etdikdə hüququnun bərpası üçün real hüququ müdafiə mexanizmini görməlidir. Ombudsman institutunun gücü vətəndaşın hüququ pozulduqda nə qədər prinsipial mövqe tutması ilə ölçülür. Qarşıdakı yeddi illik dövrün müvəkkil institutunun tarixində yeni yanaşmalar və tələblər səviyyəsində olduğunu hər birimiz qəbul eləyirik, yeni ombudsmanın həm formalaşan ənənələrin davamçısı, həm də qalib Azərbaycanın insan hüquqları siyasətində yeni hədəflərə çatmasında təşəbbüskar olacağına inanırıq”.

Qeyd edək ki, İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə hazırda bu postda çalışan Səbinə Əliyevanın, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayevin və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşana Valiyevanın namizədliyi irəli sürülüb. 

Ombudsman 7 il müddətinə seçilir. Bir şəxs iki dəfədən artıq bu vəzifəyə seçilə bilməz. Səbinə Əliyeva birinci dəfə 2019-cu ildə İnsan hüquqları üzrə müvəkkili seçilib. Onun səlahiyyət müddəti noyabrın 29-da başa çatır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dünyada su bitir? -EKSPERTDƏN ŞOK

XXI əsrdə dünyanın ən qiymətli strateji sərvətləri sırasında neft və qazla yanaşı, şirin su da xüsusi yer tutur. Əhali artımı, iqlim dəyişiklikləri, quraqlıq, çayların çirklənməsi və su ehtiyatlarının qeyri-bərabər bölüşdürülməsi bir çox ölkələrdə ciddi problemlər yaradır. Vaxtilə su ehtiyatlarının kifayət qədər olduğu düşünülən ərazilərdə belə bu gün su təminatı iqtisadi inkişafın, ərzaq təhlükəsizliyinin və milli təhlükəsizliyin əsas məsələlərindən birinə çevrilir.Mövzu ilə bağlı CityPost.az-a danışan ekspert Şəmsi Qoca bildirib ki,dünya əhalisinin artması ilə içməli suya, kənd təsərrüfatına və sənayeyə olan tələbat da yüksəlir. Lakin şirin su ehtiyatları qeyri-bərabər paylanıb. Planetdəki suyun böyük hissəsi duzlu sudur, istifadəyə yararlı şirin suyun isə əhəmiyyətli...

30 Oktyabr 2026, 11:31

Yeni Ombudsman namizədləri onlardır

Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.Citypost.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülüb. Onlar hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.Xatırladaq ki, hazırda Ombudsman vəzifəsini Səbinə Əliyeva icra edir.Belə ki, Ombudsman 7 il müddətinə seçilir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Səbinə Əliyeva bu vəzifəyə 29 noyabr 2019-cu ildə...

30 Oktyabr 2026, 11:15

Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.Citypost.az xəbər verir ki, iclasın gündəliyində "Pulsuz hüquqi yardım haqqında" və "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" iki yeni qanun layihəsinin ilk oxunuşda müzakirəsi daxil olmaqla ümumilikdə 11 məsələ var.İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.

30 Oktyabr 2026, 11:07

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində Yeni Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası nəzərdə tutulur.Citypost.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yeni Suraxanı - Hövsan dəmir yolu xəttinin bərpası ilə əlaqədar təşkil oluna mediatur zamanı jurnalistlərə bildirib.Onun sözlərinə görə, artıq layihələndirmə işlərinə başlanılıb."Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektlərinin söküntü işləri başa çatıb", - Bəxtiyar Hacıyev qeyd edib.O əlavə edib ki, artıq xətt boyunca stansiyaların yerləri də müəyyən olunub....

30 Oktyabr 2026, 10:22

Aytac Aslan uşaqlar üçün təşkil olunan tədbirlərin vaxtına irad bildirib

Jurnalist Aytac Aslan uşaqlar üçün nəzərdə tutulan tamaşa və tədbirlərin gündüz yuxu saatlarına salınmasını tənqid edib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Aytac Aslan bildirib ki, uşaqlar üçün təşkil olunan tədbirlərin əksəriyyəti saat 12:30–13:30, 13:00–14:00 və 13:30–14:30 aralığında keçirilir. O, bu saatların azyaşlı uşaqların istirahət vaxtına uyğun gəlmədiyinə diqqət çəkib.“Uşaqlar üçün olan tamaşa və tədbirlərin çoxu niyə onların yatmaq saatına salınır? Hansı tədbirə baxıram, saat 13:00–14:00, 12:30–13:30, 13:30–14:30”, – deyə jurnalist narazılığını ifadə edib.Turan ...

30 Oktyabr 2026, 09:05

Bakının bu rayonlarında işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 30-da Yasamal və Səbail Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM), Abşeronda isə elektrik yarımstansiyasında təmir işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Yasamalda saat 10:00-dan 13:00-dək Kazım Kazımzadə və Şəfayət Mehdiyev küçələri, İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.Səbail rayonu Bayıl qəsəbəsi Gülbala Əliyev küçəsində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.Abşeron RETSİ ərazisində 110/35/10 kV-luq 137 saylı yarımstasiyada təmir işləri yerinə yetiriləcək. Beləliklə, saat 10:00-dan 16:00-dək 35/6 kV-luq "Pirkəşkül", "Çaylı"...

30 Oktyabr 2026, 08:45