Bizə yazın

Baku

-°C

USD

-

İndoneziyada meşə yanğınlarının tüstüsü sentyabrda 3560 nəfərin ölümünə səbəb olub

Dünya 30 Oktyabr 2026, 09:33

2128

İndoneziyada aylarla davam edən meşə yanğınlarının yaratdığı hava çirkliliyi ciddi insan tələfatına yol açıb. Yeni araşdırmaya əsasən, yalnız sentyabr ayında yanğınlardan yayılan tüstünün təsiri nəticəsində təxminən 3560 nəfər həyatını itirib, milyonlarla insan isə sağlamlıq üçün təhlükəli hava ilə nəfəs almağa məcbur olub.

Citypost.az AFP-yə istinadən xəbər verir ki, Helsinkidə yerləşən Enerji və Təmiz Hava üzrə Tədqiqat Mərkəzinin (CREA) açıqlamasına görə, sentyabr ayında İndoneziyada təxminən 57,8 milyon insan zərərli hava çirkliliyinə məruz qalıb. Araşdırmada meşə və torpaq yanğınlarının yaratdığı PM2.5 hissəciklərinin təsiri nəticəsində ölüm hallarının avqust ayı ilə müqayisədə iki dəfə artdığı bildirilir.PM2.5 adlanan mikroskopik hissəciklər ağciyərlərin dərinliklərinə, hətta qan dövranına nüfuz edə bilir. Ümumdünya Səhiyyə Təşkilatı bu hissəciklərə məruz qalmağı müxtəlif xəstəliklər və vaxtından əvvəl ölüm riskinin artması ilə əlaqələndirir.

Araşdırmaya əsasən, yanğınlarla bağlı ölüm hallarının əksəriyyəti Borneo adasının İndoneziyaya məxsus hissəsində, həmçinin Yava və Sumatra adalarında qeydə alınıb. Bununla yanaşı, elektrik enerjisi istehsalı, sənaye müəssisələri, nəqliyyat vasitələrinin tullantıları və digər mənbələrdən yaranan hava çirkliliyi də ciddi nəticələrə səbəb olub. Bu amillərlə əlaqədar sentyabr ayında daha 1750 nəfərin öldüyü ehtimal edilir. Beləliklə, yanğınlardan və digər çirklənmə mənbələrindən qaynaqlanan ümumi ölüm sayının 5310 nəfərə çatdığı bildirilir.

Hesabatda qeyd olunur ki, sentyabr ayında ölkə üzrə PM2.5 çirklənməsinin səviyyəsi ÜST-ün illik tövsiyə etdiyi həddi yeddi dəfədən çox üstələyib. Sumatrada bu göstərici 10, Borneonun Kalimantan bölgəsində isə 24 dəfəyə çatıb. Eyni dövrdə ölkədə 330 mindən çox kəskin respirator infeksiya halı qeydə alınıb.Meşə yanğınlarının miqyası da narahatlıq doğurur. Meşələrin qırılmasını izləyən Nusantara Atlas mərkəzinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında İndoneziyada 1,9 milyon hektardan çox ərazi yanğınlar nəticəsində məhv olub. Ölkə hakimiyyəti isə bu rəqəmi hələ təsdiqləməyib və ya təkzib etməyib.El-Ninyo hava hadisəsinin gücləndirdiyi quraqlıq yanğınların yayılmasını daha da sürətləndirib. Yaranan tüstü və duman yalnız İndoneziya ilə məhdudlaşmayaraq Malayziya, Sinqapur, Filippin və Şərqi Timor kimi qonşu ölkələrdə də hava keyfiyyətinin pisləşməsinə səbəb olub.

Mütəxəssislər yanğınların böyük hissəsinin ağac emalı, palma yağı istehsalı və mədənçilik fəaliyyəti ilə məşğul olan şirkətlərin torpaq sahələrini təmizləməsi nəticəsində baş verdiyini bildirirlər. Landscape Indonesia konsaltinq şirkətinin baş direktoru Agus Sari hökumətin bu fəlakətə qarşı hazırlığını tənqid edərək, vəziyyətin əvvəlcədən proqnozlaşdırıla və qarşısı alına bilən olduğunu vurğulayıb. CREA mütəxəssisləri hökuməti yanğınlarla mübarizə tədbirlərini gücləndirməyə, torf sahələrinin bərpasına, qanunsuz torpaq yandırılmasına qarşı sərt tədbirlər görməyə və yanğınlara görə şirkətlərin hüquqi məsuliyyətini artırmağa çağırıblar. Həmçinin sənaye və nəqliyyat tullantılarının azaldılması üçün daha sərt ekoloji standartların tətbiqinin vacibliyi qeyd olunub.

İndoneziya hökuməti isə həyata keçirilən tədbirləri müdafiə edib. Rəsmi açıqlamaya görə, yanğınlarla mübarizə, süni yağış yaradılması və digər əməliyyatlara 72 mindən çox insan cəlb olunub. Ən çox zərər çəkmiş ərazilərdə 2100-dən çox həkim və səhiyyə işçisi fəaliyyət göstərib, əhaliyə isə 5,3 milyon maska paylanıb.

Turan

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiyanın ABŞ-dakı səfiri vəfat edib

Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev vəfat edib.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, ABŞ-dakı səfir Aleksandr Nikitiç Darçiyev 11 noyabrda 66 yaşında qəflətən vəfat edib.Qeyd edək ki, 2014-cü ildən 2021-ci ilə qədər diplomat Rusiyanın Kanadadakı səfiri vəzifəsində çalışıb.2025-ci ilin yazında Vladimir Putin Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

11 Noyabr 2026, 20:56

Ukrayna və Rusiya azı 1000 hərbi əsirin mübadiləsi barədə razılığa gəlib

Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üçtərəfli danışıqların ilk gününün yekunlarına əsasən, yaxın vaxtlarda "1000-in 1000-ə" və ya daha çox formulu üzrə genişmiqyaslı əsir mübadiləsi keçirmək barədə razılığa gəliblər."Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan mənbə bildirib.Onun sözlərinə görə, görüş zamanı əsas diqqət bütövlükdə Ukrayna və Avropa üçün təhlükəsizlik təminatları məsələlərinə ayrılıb. Rusiyanın özünə təhlükəsizlik təminatlarının verilməsinə dair tələbləri ayrıca müzakirə edilib.Bundan başqa, tərəflər etimad böhranı fonunda Ukraynanın bərpası və yeni Avropa təhlükəsizlik arxitekturasının formalaşdırılması məsələlərinə toxunublar.Ümumilikdə iki gün ərzində danışıqlar təxminən dörd saat davam edib....

11 Noyabr 2026, 17:48

Putin üçün uzunömürlülük axtarışı: 7 min meymun... 

Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutunda yaşlı meymunların unikal kolleksiyası yaradılıb. Alimlər onların köməyi ilə insan ömrünün uzadılması yollarını tapmağa ümid edirlər.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, Kovalçuk bu tədqiqatlar barədə Moskvada keçirilən Kurçatov Genom Forumu çərçivəsində danışıb.“İnstitutun laboratoriyalarında 22 növdən olan 7000-dən çox primat saxlanılır. Yaşlanmanın bütün mərhələlərini izləmək üçün yaşlı meymunlar üzərində analizlər aparırıq. Yaşı 18-dən və 30-dan çox olan fərdləri qiymətləndiririk. Hərtərəfli müayinələr keçiririk: biokimyəvi və struktur analizlər aparır, damarları, beyini – hər şeyi tədqiq edirik. Primatlar bizə ən yaxın nümunədir. Bu, ömrün uzadılmasını tənzimləyən sistemin yaradılması üçün əsasdır”, - o...

11 Noyabr 2026, 17:20

Nvidia rəhbərini casusluqda ittiham olunan çinli qadın Honkonq pasportu ilə Tayvana daxil olub 

Nvidia şirkətinin rəhbəri Jensen Huangla münasibətdə olduğu bildirilən və Çinə casusluqda şübhəli bilinən çinli qadının Tayvana Honkonq pasportu ilə daxil olduğu məlum olub.Citypost.az france24.com-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Milli İmmiqrasiya Agentliyi məlumat yayıb.Qurumun rəhbəri Lin Hornq-en bildirib ki, Alis Huangın ölkəyə giriş-çıxış qeydləri mövcuddur və məsələ araşdırılır.Tayvanın daxili işlər naziri Liu Şi-fanq isə qadının ölkəyə daxil olduğunu, lakin hazırda xaricdə olduğunu açıqlayıb. Onun sözlərinə görə, Alis Huangın Tayvana giriş icazəsi ləğv edilib və o, bir daha adaya buraxılmayacaq.Qeyd edək ki, ABŞ rəsmiləri Alis Huangın Çinin kəşfiyyat orqanları ilə əlaqəli olduğunu iddia edirlər. Jensen Huang isə onunla münasibətdə...

11 Noyabr 2026, 09:09

Süni intellekt platformalarında reklamların sayı arta bilər  

Onlayn reklam şirkəti Criteo-nun rəhbəri Maykl Komasinski hesab edir ki, gələcəkdə bir çox süni intellekt platforması gəlir əldə etmək məqsədilə reklam sisteminə keçəcək.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə Lissabonda keçirilən “Veb Sammit” çərçivəsində AFP-yə açıqlamasında bildirib.Komasinskinin sözlərinə görə, süni intellekt modellərinin hazırlanması və tətbiqi böyük maliyyə vəsaiti tələb etdiyindən şirkətlər gəlir mənbələrini genişləndirməyə çalışırlar.O qeyd edib ki, reklam Google və Meta kimi böyük texnologiya platformalarının əsas gəlir mənbələrindən biridir və süni intellekt sahəsində də bu model geniş yayılacaq.Məlumata görə, OpenAI ChatGPT-də reklamları sınaqdan keçirir, Microsoft-un Copilot platformasında isə reklamlar artıq tətbiq olunur. Perplexity də reklam formatlarını...

11 Noyabr 2026, 09:06

Mişel Uellebekin müsəlmanlarla bağlı fikirləri MƏHKƏMƏLİK OLDU

Fransanın tanınmış yazıçısı Mişel Uellebek müsəlmanlarla bağlı mübahisəli fikirlərinə görə ayrı-seçkilik, nifrət və zorakılığa təhrik şübhəsi ilə rəsmi istintaqa cəlb edilib.Citypost.az france24.com-a istinadən xəbər verir ki, araşdırma 2022-ci ildə “Front Populaire” jurnalında dərc olunan müsahibə ilə bağlıdır.Uellebek həmin müsahibədə müsəlmanları Fransanın təhlükəsizliyi üçün təhdid kimi xarakterizə edib və onların ölkəni tərk etməli olduqlarını bildirib.2023-cü ildə Fransa Məscidləri Birliyi yazıçıya, filosof Mişel Onfraya və jurnalın rəhbərliyinə qarşı şikayət edib.Uellebekin vəkilləri isə onun açıqlamalarında nifrətə və zorakılığa təhrik olmadığını bildirərək, intellektual mübahisələrin məhkəmə müstəvisinə daşınmasını tənqid ediblər.Fransa Məscidləri Birliyinin vəkili isə ifadə azadlığının nifrətə təhriki əsaslandıra bilməyəcəyini vurğulayıb.Turan...

11 Noyabr 2026, 01:25