Britaniya kralı Çarlz keçmiş müstəmləkə Qayanaya səfər edib
Dünya 30 Oktyabr 2026, 09:36
2058
Böyük Britaniya kralı III Çarlz Karib hövzəsinə doqquz günlük səfəri çərçivəsində keçmiş Britaniya müstəmləkəsi olan Qayanaya gedib. Səfər zamanı iqlim dəyişikliyinin yaratdığı təhlükələr və Britaniyanın transatlantik kölə ticarətindəki tarixi rolu yenidən gündəmə gəlib. Kral eyni zamanda ölkəsinin keçmiş müstəmləkəçilik siyasətinə görə üzr istəməsi və təzminat ödəməsi ilə bağlı çağırışlarla üzləşir.
Citypost.az AFP-yə istinadən xəbər verir ki, Çarlzı oktyabrın 30-da Qayananın paytaxtı Corctaun yaxınlığındakı Çeddi Caqan Beynəlxalq Hava Limanında ölkə Prezidenti İrfaan Əli qarşılayıb. Kral əvvəlcə fəxri qarovul dəstəsini yoxlayıb, daha sonra prezident sarayında təşkil olunan dövlət qəbulunda iştirak edib.
Qayana Çarlzın doqquz günlük Karib turu çərçivəsində səfər etdiyi üç ölkədən ikincisidir. Səfər ölkənin Böyük Britaniyadan müstəqillik əldə etməsinin 60-cı ildönümü münasibətilə ikitərəfli münasibətlərin qeyd olunması baxımından da əhəmiyyət daşıyır.
Kralın Qayanada iki gün ərzində iqlim dəyişikliyinin regiona təsirlərinə diqqət yetirəcəyi, xüsusilə də qorunan tropik meşə ərazilərindən birinə baş çəkəcəyi gözlənilir. Neft ehtiyatları ilə zəngin olan Qayana həm də geniş yağış meşələri və biomüxtəlifliyi ilə seçilir.Bununla yanaşı, səfər Britaniyanın müstəmləkəçilik tarixi və transatlantik kölə ticarətindəki rolu ilə bağlı müzakirələrin intensivləşdiyi dövrə təsadüf edir. Bir sıra Karib hövzəsi ölkələrinin rəhbərləri Britaniyanın keçmişdə törədilmiş ədalətsizliklərə görə üzr istəməsini və təzminat məsələsinə baxmasını tələb edirlər.Qayana Prezidenti İrfaan Əli daha əvvəl açıqlamasında Britaniyanın üzr istəməsinin bu istiqamətdə atılmalı növbəti addım olduğunu bildirib. O, keçmiş imperiyanın regionu istismar etdiyini, insanların həyatına ağır zərbə vurduğunu və ölkələrin inkişafını ləngitdiyini vurğulayıb.
Həmçinin oxuyun
Kral Çarlz isə indiyədək köləlik tarixinin yaratdığı ağrı və ədalətsizlikləri etiraf etsə də, rəsmi üzr istəməkdən çəkinib. O, Baham adalarında keçirilən gənclər toplantısında çıxışı zamanı keçmişdə baş vermiş böyük əzabların və ədalətsizliklərin qəbul edilməsinin vacibliyini bildirib.
Qeyd edək ki, köləliyə görə təzminat məsələsinin gələn həftə Antiqua və Barbudada keçiriləcək Birlik Hökumət Başçılarının sammitində də müzakirə olunacağı gözlənilir. 77 yaşlı kral həyat yoldaşı, Kraliça Kamilla ilə birlikdə həmin tədbirdə iştirak edəcək. Çarlz hazırda açıqlanmayan xərçəng növündən müalicə alır.
Turan
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
Ukrayna iki il ərzində Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına G7 ölkələrindən 49,4 milyard dollar alıb.Citypost.az APA-a istinadən xəbər verir ki, bu, Ukrayna Maliyyə Nazirliyinin hesabatlarında öz əksini tapıb.Məlumata görə, Kiyev 2026-cı ilin əvvəlindən bəri bu mexanizm çərçivəsində təxminən 10,5 milyard dollar maliyyə dəstəyi əldə edib.Qeyd edək ki, 2024-cü ilin oktyabrında G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə ediləcək gəlirlər hesabına Ukraynaya 50 milyard dollar kredit ayrılması barədə razılığa gəliblər....
07 Noyabr 2026, 08:29
Ermənistanın sabiq naziri məhkəməyə yenə xərəkdə gətirildi
Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan yenidən məhkəmə zalına tibbi xərəkdə gətirilib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, vəkilləri Xaçatryana 2015-ci ildə onurğa kanalı stenozu diaqnozu qoyulduğunu bildiriblər. Müdafiə tərəfi sabiq nazirin qeyri-insani rəftara məruz qaldığını iddia edir.Xaçatryan barəsində dörd cinayət işi başlanıb. İşlər üzrə dövlətə dəydiyi iddia olunan ümumi zərər təxminən 1,5 milyard dollar qiymətləndirilir. Sabiq nazir sentyabrın 2-də həbs edilib....
06 Noyabr 2026, 19:00
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
Fransada polis noyabrın 5-dəki genişmiqyaslı etirazlar zamanı 642 nəfəri saxlayıb.Citypost.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.Həmçinin bildirilib ki, iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 112 əməkdaşı yaralanıb.
06 Noyabr 2026, 18:44
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
Noyabrın 7-də səhər saatlarında Ay və Venera 2026-cı il ərzində ən yaxın məsafədə görünəcək.Modern.az “Forbes”ə istinadən xəbər verir ki, noyabrın 6-da Venera nazik Aypara ilə yanaşı müşahidə olunacaq. Növbəti gün isə cəmi 3 faiz işıqlanan Ay Veneradan bir dərəcədən də az məsafədə yerləşəcək.Mütəxəssislər bu mənzərəni Günəş doğmazdan təxminən 45 dəqiqə əvvəl, şərq və cənub-şərq istiqamətində açıq üfüqdən izləməyi tövsiyə edirlər.Noyabrın 17-18-də Leonid meteor yağışının maksimum aktivliyi, noyabrın 21-də Merkurinin qərb elongasiyası, noyabrın 24-də isə super Ay hadisəsi gözlənilir....
06 Noyabr 2026, 18:00
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə etdilər
Qətər əmiri şeyx Təmim bin Həməd Ali Tani və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Yaxın Şərqdə gərginliyin azaldılması üzrə diplomatik səyləri müzakirə ediblər.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qətər əmiri ofisinin bəyanatında bildirilib.Tərəflər, həmçinin, iki ölkə arasındakı strateji münasibətləri və onların daha da möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər.Liderlər İran ətrafında gərginliyin azaldılması üzrə beynəlxalq səyləri, o cümlədən Qətər tərəfindən atılan addımları müzakirə ediblər. Bu addımlara böhranı aradan qaldırmağa, regionda təhlükəsizlik və sabitliyi təmin etməyə imkan verəcək hərtərəfli razılaşmanın əldə olunması məqsədilə maraqlı tərəflərin mövqelərinin yaxınlaşdırılması və danışıqlar prosesinə kömək göstərilməsi daxildir.Qətər əmiri fikir ayrılıqlarının həlli və gərginliyin...
06 Noyabr 2026, 17:55
"Cəhənnəm Necati"nin əsas adamlarından biri həbs edildi - Foto
Türkiyənin Manisa vilayətində "Cəhənnəm Necati" kimi tanınan Necati Arabacının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın əsas şəxslərindən biri hesab olunan 39 yaşlı A.P. saxlanılıb.Oxu.Az-ın "Hürriyet"ə istinadən məlumatına görə, axtarışda olan şəxs barəsində artıq qüvvəyə minmiş 15 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası var.Sözügedən əməliyyat İzmir polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat idarələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.İstintaqın məlumatına görə, axtarışda olan şəxs Manisa ərazisində gizlənibmiş. A.P. cinayət törətmək məqsədilə təşkilat yaratdığına görə İzmirin 20-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən mühakimə olunmuşdu. O, yaxalandıqdan sonra məhkəməyə gətirilib və barəsində həbs qərarı icra olunub.Şəxs cəzaçəkmə müəssisəsinə göndərilib....
06 Noyabr 2026, 14:44