TDT sammitinə kimin qatılıb-qatılmaması niyə müzakirə olunur? – Əli Həziquliyevdən RƏY
Siyasət 30 Oktyabr 2026, 01:04
501
Tanınmış jurnalist, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Əli Həziquliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2024-cü ildə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsini xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə keçiriləcək TDT Zirvə görüşündə iştirak edə bilməməsi ilə bağlı məsələyə münasibət bildirib.
Citypost.az xəbər verir ki, Əli Həziquliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Jurnalist xatırladıb ki, 2024-cü il iyulun 6-da Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyən Rəcəb Tayyib Ərdoğan həmin vaxt Almaniyada Türkiyə milli futbol komandasına dəstək verməyə üstünlük vermişdi.
“Belə şeylər olur… Şişirtməyə ehtiyac yoxdur”, – deyə Əli Həziquliyev qeyd edib.
Həmçinin oxuyun
Qeyd edək ki, Azərbaycan Prezidentinin mətbuat xidməti İlham Əliyevin əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcəyini bildirib.
Bundan əlavə, oktyabrın 30-da Prezident İlham Əliyevin Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracağı gözlənilir.
Turan
Ceyhun Bayramov: TDT daha səmərəli fəaliyyət göstərməlidir
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada TDT-yə üzv olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, nazir çıxışında ilk olaraq Türkiyəni Cümhuriyyətin yaranmasının 103-cü ildönümü münasibətilə təbrik edib.Ceyhun Bayramov Azərbaycanın TDT-yə sədrliyinin prioritetlərinin əməkdaşlığın inkişaf etdirilməsi, ortaq tarixi və mədəni irsin qorunması, xalqlarımızı birləşdirən əlaqələrin möhkəmləndirilməsi, institusional səmərəliliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də təşkilatın beynəlxalq mövqeyinin gücləndirilməsindən ibarət olduğunu bildirib.O qeyd edib ki, bu prioritetlər 2025-ci ilin oktyabrında Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının sammitində bir daha təsdiqlənib.Nazir qlobal münaqişələrin davam etdiyi, beynəlxalq hüquqa çağırışların artdığı və qlobal təhlükəsizlik arxitekturasının zəifliklərinin...
29 Oktyabr 2026, 12:46
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Ceyhun Bayramovu Türkiyə xarici işlər naziri Hakan Fidan qarşılayıb.
29 Oktyabr 2026, 12:41
Mehriban Əliyevadan Türkiyəyə bayram təbriki
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, paylaşımda deyilir:"Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!"
29 Oktyabr 2026, 09:59
Nigar Sabirqızı: “Güneyli soydaşlarımız üçün bir gün mütləq Günəş doğacaq”
İTV-nin aparıcısı, tanınmış jurnalist Nigar Sabirqızı son günlər Cənubi Azərbaycan mövzusunun gündəmə gəlməsini müsbət qiymətləndirib və güneyli soydaşlarımızın ana dilində təhsil hüququ ilə bağlı təşəbbüslərə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Nigar Sabirqızı qeyd edib ki, əvvəlcə Elm və Təhsil Nazirliyi iranlı nazirin azərbaycanlı hicablı qızlara müraciətinə lazımi cavab verib. Daha sonra 51 qeyri-hökumət təşkilatı İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ana dilində təhsil alması üçün addımlar atmağa çağırıb. Bu gün isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da oxşar müraciətlə çıxış edib.Jurnalistin fikrincə, bu təşəbbüslər Azərbaycanın İranda yaşayan soydaşlarının taleyinə...
29 Oktyabr 2026, 09:15
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət və gömrük sahələrindəki əməkdaşlığa dair məsələlər müzakirə edilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.Qeyd edək ki, müzakirələr Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun bu ölkənin ticarət naziri Ömər Bolatla görüşündə aparılıb:"Görüşdə iki qardaş ölkə arasında iqtisadiyyat, ticarət və gömrük sahələrindəki əməkdaşlığa dair məsələlər müzakirə edilib", - məlumatda bildirilib....
28 Oktyabr 2026, 18:30
Rövşən Muradov: “Azərbaycançılıq cəmiyyətin bütövlüyünü gücləndirir”
Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin inandırıcılığı ölkə daxilində formalaşmış birgəyaşayış mədəniyyətindən qaynaqlanır. Fərqli dini və etnik mənsubiyyətli insanların eyni dövlətə bağlılığı cəmiyyətin bütövlüyünü gücləndirir. Bakıda keçirilən yeddinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyev bu amili dövlətin möhkəmliyi, vətəndaşların təhlükəsizliyi və ölkənin inkişafı ilə qarşılıqlı əlaqədə qiymətləndirdi. Azərbaycan dünyaya öz ictimai münasibətlərində yaşatdığı anlaşma təcrübəsini təqdim edir.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az-a saytına açıqlamasında bildirib.Millət vəkilinin sözlərinə görə, Azərbaycançılıq həmin bütövlüyün ideya mənbəyidir. Bu məfkurə vətəndaşların ortaq Vətən duyğusunu, ölkənin taleyinə münasibətini və məsuliyyətini birləşdirir. Hər bir insanın öz mədəni irsinə bağlı qalaraq ümummilli məqsədlərdə iştirak etməsi ictimai...
28 Oktyabr 2026, 14:40