Bizə yazın

Baku

-°C

USD

-

Laosun yeni səfiri Prezidentə etimadnaməsini təqdim etdi

Siyasət 03 Noyabr 2026, 11:23

770

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib.

Citypost.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı səfirin etimadnaməsini Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ötən ay ölkəmizə rəsmi səfərindən sonra təqdim etdiyini vurğuladı. Prezident İlham Əliyev səfərin çox uğurlu olduğunu dedi. Bildirdi ki, münasibətlərimizin dostluq xarakterini nümayiş etdirən bu səfər zamanı ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olundu.

Azərbaycan Prezidenti Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Laosun yüksək səviyyədə iştirak etdiyini dedi. Dövlətimizin başçısı AQEM-in beynəlxalq nüfuzunun artdığını vurğuladı, məhz ölkəmizin sədrliyi dövründə Laosun bu təşkilatın tamhüquqlu üzvü olmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il uzadılması ilə bağlı qərarın bütün üzv dövlətlər, o cümlədən Laos tərəfindən dəstəklənməsinə görə minnətdarlığını bildirdi, bunu ölkəmizə olan hörmətin nümunəsi kimi qiymətləndirdi.

Dövlətimizin başçısı səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Qəbula görə təşəkkür edən səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Laos dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Səfir, həmçinin qeyd etdi ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqımıza bir daha minnətdarlığını bildirir. O, Laos Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini dövlətimizin başçısına çatdırdı.

Səfir fəaliyyəti dövründə əməkdaşlığımızın inkişafı istiqamətində səylə çalışacağını dedi.

Söhbət zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan lideri panamalı həmkarına təbrik ünvanladı

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli cənab Prezident,Panama Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Əminəm ki, Azərbaycan-Panama dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Panama xalqına daim əmin-amanlıq və rifah arzulayıram”....

03 Noyabr 2026, 11:37

Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Keniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cona Mayna Mvangini qəbul edib.Citypost.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı Keniya Prezidenti Uillyam Samoei Rutonun ölkəmizə səfərini, həmçinin onunla Azərbaycanda və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırlatdı.Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, bu, digər istiqamətlər, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkan yaradır. Dövlətimizin başçısı bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd etdi.Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.Səfir qəbula görə dövlətimizin...

03 Noyabr 2026, 11:32

İlham Əliyev Laosa rəsmi səfərə dəvət edildi

Laosun yeni səfiri Siphandon Oybuabuddi ölkəsinə rəsmi səfərlə bağlı dəvətini Prezident İlham Əliyevə təqdim edib.Citypost.az xəbər verir ki, dəvət İlham Əliyevin Siphandon Oybuabuddini qəbul etdiyi zaman baş tutub.Səfir, həmçinin qeyd edib ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqa bir daha minnətdarlığını bildirib.

03 Noyabr 2026, 11:26

Şöhrət Eldəniz: “Ərdoğan komandasını dəyişməsə, daha ciddi problemlər yaşayacaq”

Jurnalist Şöhrət Eldəniz Türkiyənin siyasi rəhbərliyinin fəaliyyəti və Prezident Rəcəb Tayyib Ərdoğanın komandası ilə bağlı tənqidi fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşım edərək Türkiyənin gələcəkdə daha ciddi problemlərlə üzləşə biləcəyini iddia edib.Şöhrət Eldəniz bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mövcud komandasında dəyişiklik etməzsə, ölkənin siyasi və geosiyasi vəziyyəti daha da mürəkkəbləşə bilər.Jurnalist vurğulayıb ki, onun narahatlığı Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı deyil. O hesab edir ki, Türkiyənin hazırkı komandası ölkəni İranın və şovinist ərəb dairələrinin təsiri qarşısında çətin vəziyyətə sala bilər.Şöhrət Eldənizin fikrincə, Türkiyənin milli maraqlarının qorunması baxımından rəhbər komandanın tərkibində dəyişikliklərin aparılması vacibdir.Turan...

03 Noyabr 2026, 08:45

Məhəmməd Türkmən: Dövlətlər danışıb problemləri həll edəcək, fürsətçilər isə...

Jurnalist Məhəmməd Türkmən Azərbaycan-Türkiyə münasibətləri ətrafında yaranan müzakirələrə və sosial şəbəkələrdəki bəzi reaksiyalara sərt münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşım edərək iki ölkə arasındakı münasibətlərin zamanla yenidən qaydasına düşəcəyinə inandığını qeyd edib.Məhəmməd Türkmənin fikrincə, dövlətlər arasında münasibətlərdə maraqların müəyyən məsələlərdə üst-üstə düşməməsi mümkündür və belə vəziyyətlər danışıqlar yolu ilə həll edilə bilər. Onun sözlərinə görə, əsas problem siyasi proseslər fonunda mövqelərini dəyişən, dünən Türkiyəyə sevgisini ifadə edən, bu gün isə türk düşmənçiliyi nümayiş etdirən şəxslərin davranışıdır.Jurnalist bildirib ki, bəzi şəxslər yaranmış vəziyyətdən istifadə edərək uzun müddətdir daxilində saxladıqları münasibəti və kin-küdurəti ortaya qoyurlar. O, belə insanların...

03 Noyabr 2026, 08:25

Sahib Alıyev: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”

Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Cənubi Qafqazda sülhün konkret addımlarla möhkəmləndirilməli olduğu barədə açıqlamasına münasibət bildirib.Citypost.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında paylaşım edərək Ermənistanın sülh istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, Azərbaycanın isə konkret addımlarla sülh prosesinə töhfə verdiyini vurğulayıb.Sahib Alıyev qeyd edib ki, Vaşinqton anlaşmasından sonra atılan addımlar Azərbaycanın sülh təşəbbüsünün irəli sürülməsində olduğu kimi, onun praktiki müstəvidə möhkəmləndirilməsində də əsas rol oynadığını göstərir. Onun sözlərinə görə, Azərbaycan Ermənistana öz dəmir yolu vasitəsilə yüklərin daşınmasına imkan yaradıb, eyni zamanda yanacaq qıtlığının yaşandığı bir vaxtda bu ölkəyə neft məhsulları göndərir.Sahib Alıyev bildirib...

03 Noyabr 2026, 00:28