Yaqub Eyyubov təqaüdə göndərilir
Cəmiyyət 07 Noyabr 2026, 10:47
310
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov son vaxtlar gözə dəymir. O, nə rəsmi tədbirlərdə görünür, nə də Azərbaycana işgüzar səfər edən xarici vəzifəli şəxslərin qarşılanması və yola salınmasında iştirak edir.
Dövlət Protokolunun Əsas Qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasına rəsmi və işgüzar səfər edən xarici dövlət başçıları və ali vəzifəli digər qonaqların qarşılanmasında, yola salınmasında Baş nazirin birinci müavini Yaqub Eyyubovu görməyə adət etmişik. Amma o, son günlər ali qonaqlarla yanaşı deyil.
Müşahidələrə görə, Yaqub Eyyubov sonuncu dəfə bu il iyulun 15-də Azərbaycanda səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınma mərasimində iştirak edib.
Oktyabr ayında Bakı şəhəri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) ev sahibliyi edərkən də Yaqub Eyyubov diqqət çəkməyib. Oktyabrın 15-də başlayan AQEM-in VII Zirvə Görüşündə iştirak etmək üçün bir sıra ölkələrin dövlət və hökumət nümayəndələri Azərbaycana gəlib. Maraqlıdır ki, həmin vaxt Yaqub Eyyubov sammitə gələn yüksək vəzifəli qonaqların heç birinin aeroportdakı qarşılanmasında iştirak etməyib.
Məsələn, İsrail Dövlətinin Prezidenti İshak Hersoqu Baş nazirin müavini Samir Şərifov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun isə Baş nazirin digər müavini Şahin Mustafayev qarşılayıb. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan prezidentlərinin qarşılanma mərasimində də Yaqub Eyyubov iştirak etməyib.
Doğrudur, Dövlət Protokolunun Əsas Qaydalarına görə, Azərbaycana rəsmi, işgüzar, yolüstü və qeyri-rəsmi səfər edən ali qonaqları Baş nazirin müavinləri, xarici işlər naziri və digər vəzifəli şəxslər də qarşılaya, yola sala bilər. Amma əvvəllər bu mərasimlərdə bir qayda olaraq Yaqub müəllim diqqət çəkdiyindən, son günlərdə onun yoxa çıxması bəzi suallar doğurub.
Yeri gəlmişkən, noyabrın 4-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədov Azərbaycanda səfərdə olan Rusiya Federasiyası, Belarus, Özbəkistan, Qırğızıstandan olan nazir və nazir müavinlərilə görüşüb. Bu görüşdə Baş naziri onun yeni mavini Teymur Musayev müşayiət edib, Yaqub Eyyubov yenə görünməyib.
Citypost.az Modern.az-a istinadən xəbər verir ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov hazırda məzuniyyətdədir. Onun son vaxtlar rəsmi tədbirlərdə görünməməsi də bununla əlaqələndirilir.
Həmçinin oxuyun
Yaqub Eyyubovun məzuniyyətinin dekabrda bitəcəyi bildirilir. Lakin Yaqub müəllim məzuniyyətdən sonra işə çıxmaya da bilər. Belə ki, məlumatlı mənbənin bildirdiyinə görə, Baş nazirin birinci müavininin gələn ay təqaüdə göndəriləcəyi gözlənilir.
Qeyd olunur ki, Yaqub Eyyubov təqaüdə yola salınandan sonra onun vəzifəsinə hazırda Baş nazirin müavini postunu tutan Samir Şərifov gətirilə bilər.
Elə keçmiş səhiyyə naziri Teymur Musayevin bir neçə gün öncə Baş nazirin müavini təyin edilməsi də bu məsələ ilə əlaqələndirilir. Bildirilir ki, Yaqub Eyyubov təqaüdə yola salınandan sonra Baş nazirin müavinlərini əvvəlki sayda (üç nəfər) saxlamaq üçün Teymur Musayevə Nazirlər Kabinətində yüksək vəzifə verilib.
Arayış: Yaqub Eyyubov hazırda 81 yaşındadır. O, 24 oktyabr 1945-ci ildə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəalliyyətinə 1964-cü ildə leyt.Şmidt adına zavodda tornaçı kimi başlayıb.
1997-1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri, 1998-1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri olub.
1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsini tutub.
Yaqub Eyyubov 2003-cü ildən hal-hazıradək Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.
1993-cü ildən hakim Yeni Azərbaycan Partiyasının üzvü olan Yaub Eyyibov “Şərəf” ordeni (2015), Rusiyanın “Dostluq” ordeni (2015), Belarusun “Şərəf” ordeni (2015), “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965), V.İ. Leninin anadan olmasının 100 illiyinə görə medalı (1971) ilə təltif olunub.
22 oktyabr 2025-ci ildə Prezident ilham Əliyevin sərəncamı ilə Yaqub Eyyubova “İstiqlal” ordeni verilib.
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri noyabrın 8-9-da işləməyəcək
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq.Bu barədə Citypost.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır.Noyabrın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
07 Noyabr 2026, 10:46
Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.Citypost az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına yaradılmış şərait barədə məlumat verdi.Bildirildi ki, nazirliyin sifarişi ilə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən...
07 Noyabr 2026, 10:20
Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdən əvvəlki ümumi diri çəkisi hesablanacaq.Bu göstərici inək və camışlar, qoyun və keçilər, donuzlar, eləcə də quşlar üzrə ayrıca təsnifləşdiriləcək.Bundan başqa, əvvəlki il ərzində qoyunlardan qırxılmış yunun və təsərrüfatda istehsal edilmiş baramanın ümumi miqdarı da kiloqramla qeydə alınacaq.Məlumatlar faktiki istehsal göstəriciləri əsasında uçota daxil ediləcək. Ümumi göstəricilərlə onların tərkib hissələri arasında uyğunluq təmin olunmalı, eyni məhsulun və ya göstəricinin...
07 Noyabr 2026, 08:48
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA
“Biz artıq bir neçə ildir ki, ali təhsildə çox uğurla adambaşı maliyyələşmə mexanizmini tətbiq edirik. Yəni ali təhsil müəssisələrinə vəsait, onun saxlama xərcləri üzrə yox, hər qəbul olan tələbəyə görə ödənilir. Bu mexanizmin uğurunu nəzərə alaraq, hökumət tərəfindən qərar qəbul edilib ki, bunu tədricən ümumi təhsildə də tətbiq etməyə başlayaq. Ona görə də cari və növbəti illərdə məktəblərimizin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək”.CityPost.az xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.“Düşünürük ki, adambaşına maliyyələşmə kifayət qədər uğurlu...
06 Noyabr 2026, 22:53
Bu il pensiyalar daha az artacaq - Deputat
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının 7,5 faiz artırılacağı proqnozlaşdırılır. Gələn ildən pensiyaların indeksləşdirilməsi qaydasında da dəyişiklik nəzərdə tutulur.Komitə sədri Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, 7,5 faiz ilkin proqnozdur. Yekun indeksləşdirmə əmsalı orta aylıq nominal əməkhaqqının artımına dair rəsmi göstərici əsasında müəyyənləşdiriləcək.Badamov xatırladıb ki, 2026-cı ildə əmək pensiyaları 9,3 faiz artırılıb. Gələn il üçün proqnozlaşdırılan artım tempi bu göstəricidən 1,8 faiz bəndi aşağıdır.Komitə sədrinin sözlərinə görə, nəzərdə tutulan yeni qaydaya əsasən, orta aylıq əməkhaqqından aşağı olan pensiyalara indeksləşdirmə əmsalı tam tətbiq ediləcək. Pensiyası orta aylıq əməkhaqqından yüksək olan şəxslərdə isə həmin həddi aşan hissəyə fərqli əmsalların tətbiqi nəzərdə tutulur. Badamov...
06 Noyabr 2026, 22:51
Şanlı Zəfər Tariximiz" adlı layihəsinin növbəti tədbiri keçirilib
Noyabrın 5-də Azərbaycan Texniki Universitetinə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə tarixi qələbəmizi 6-cı ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şanlı Zəfər Tariximiz" adlı növbəti tədbiri keçirilib. Tədbirdə Texniki Universitetin rektoru Vilayət Vəliyev, millət vəkili Ceyhun Məmmədov, Azərbaycan Yazıcılar Birliyinin uzvu, Prezident təqaudcusu, “Fire Land Group” rəhbəri Mircəlal Qurbanov, müəllim və tələbə kollektivi, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, media və ictimaiyyət numayəndələri iştirak edib.Tədbirdən öncə Ulu öndərin büstü önünə və şəhidlərin xatirə abidəsinin önünə güllər düzülüb.Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü , suverenliyi uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik...
06 Noyabr 2026, 21:25