Vüqar Rəhimzadə: Bayrağımız Zəfərin və ərazi bütövlüyümüzün simvoludur
Siyasət 07 Noyabr 2026, 10:38
500
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Günü Azərbaycan xalqının vahid ideologiya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdiyini nümayiş etdirən ən ali bayramlardan biridir. Bayraq keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü olmaqla yanaşı, hər bir vətəndaşın dövlətə olan sadiqliyinin və vətənpərvərlik hissinin ali təzahürüdür. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb, 1920-ci ilin aprel ayınadək dövlət bayrağı statusuna malik olub. Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Bayrağımızın ikinci dəfə rəsmi dövlət statusu alması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu bayraq muxtar respublikanın dövlət bayrağı olaraq qəbul edilmişdir. Bu addım müstəqilliyə doğru gedən yolda hüquqi və siyasi dönüş nöqtəsi olmuşdur. Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, 90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.
Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi olaraq qəbul edilməsi tezliklə bütün Azərbaycanda milli azadlıq hərəkatına böyük təkan verdi. Naxçıvan Ali Məclisi həmin sessiyada həmçinin Azərbaycan SSR Ali Sovetinə müraciət edərək, bu Bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi olaraq qəbul edilməsini təklif etdi. Bu təşəbbüsdən bir neçə ay sonra, 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli Bayrağımıza rəsmi dövlət statusu verdi.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağımız ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Konstitusiyamızın 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun da qəbul edilib. 2004-cü il 8 iyun tarixli Qanun bu sahədə qanunvericilik bazasını təkmilləşdirmişdir. Həmin sənədə əsasən Dövlət Bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilib. Atılan hər bir addım Bayrağımızın milli fəxr, dövlət müstəqilliyi və vahidlik ideyalarının təzahürü kimi xalqımızın tarixində böyük əhəmiyyətə malik olduğunu nümayiş etdirir. Bayrağımız milli qürurumuz, kimliyimizdir.
Həmçinin oxuyun
Milli Məclisin deputatı bildirib ki, uzun illər Dövlət Bayrağı Günü bir mübarizə rəmzi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü sayəsində 2020-ci il Vətən müharibəsində şanlı Zəfərimiz bu fəlsəfəni tamamilə dəyişdi. Altı il bundan öncə üçrəngli Bayrağımız torpaqlarımızın işğaldan azad edilməsinə, öz tarixi sahibinə qovuşmasına şahidlik etdi. Qalibiyyət rəmzimiz olan Bayrağımız azad edilmiş bütün torpaqlarımızda ucaldıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu torpaqlara ilk səfəri tarixi günün - Azərbaycan Bayrağının ucaldılması ilə yadda qaldı. Hər bir bayram, əlamətdar gün daim dünənə bir baxış keçirməyi zərurət kimi qarşıya qoyur. Belə ki, Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” çağırışını etmişdir. Çünki həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanında nümayiş etdirilmişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin çağırışı 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan, şanlı Qələbəmizin əbədiləşdirilməsinə xidmət edən 2020-ci ilin 10 dekabr tarixində keçirilən Zəfər paradında öz təqsiqini tapdı. 44 günün hər gününü tariximizə Zəfər səhifəsi kimi yazan rəşadətli ordumuzun azad edilmiş ərazilərimizdə qalibiyyətimizin nümayişi olaraq qaldırdığı Azərbaycan Bayrağı Zəfər paradında Azadlıq meydanında nümayiş etdirildi. O zaman Müzəffər Ali Baş Komandan böyük qürurla bildirdi ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.
Bu gün Şuşada, Xankəndidə, Xocalıda, azad edilmiş bütün ərazilərimizdə dalğalanan üçrəngli Bayrağımız artıq sadəcə müstəqilliyin deyil, həm də mütləq Zəfərin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının simvoludur. Bu gün Dövlət Bayrağımız beynəlxalq tribunalarda, diplomatik nümayəndəliklərdə, idman arenalarında qalib, suveren ölkənin fəxr mənbəyi kimi ucalır.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev 17 noyabr 2007-ci il tarixdə “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” Sərəncam imzaladı. Bu Sərəncam Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də keçirildi. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmış və 2010-cu il noyabrın 9-da onun açılışı olmuşdur. Muzey fəaliyyəti dövründə Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilib və gələn qonaqlara ətraflı məlumatlar verilib. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib. Meydan 2024-cü ilin noyabrın 8-də yenidən açılmış və Prezident İlham Əliyev Azərbaycan bayrağını qaldırmışdır. Təmir-bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir. Bundan əlavə, Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi Qələbəyə həsr edilən videolar nümayiş olunur.
Millət vəkili ümumiləşdirilmiş şəkildə bildirib ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ümummilli Lider Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Azərbaycan, ABŞ və Ermənistanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsini həyata keçirmək üçün üçtərəfli texniki qrupları fəaliyyətə başlayıb."Report"un məlumatına görə, bu barədə üç ölkə hökumətlərinin 6 noyabrda dərc olunmuş birgə bəyanatında bildirilib.İşçi qruplarının işə başlaması ilə bağlı görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan iştirak ediblər.Bəyanatda qeyd edilir ki, yeni format üç ölkənin hökumət nümayəndələrini, və texniki mütəxəssislərini regional nəqliyyat əlaqələrini inkişaf etdirmək, uzunmüddətli sabitliyi gücləndirmək və iqtisadi əməkdaşlığı genişləndirmək üçün birgə işləmək üçün bir araya gətirir.Tərəflər...
07 Noyabr 2026, 08:00
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏliyevəZati-aliləri,Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi möhkəmləndirmək üçün etibarlı zəmin yaratmağa imkan vermişdir.Sülhün qurulması istiqamətində aparılan işlərdə Cənubi Qafqazda baş verən mühüm prosesləri nəzərə alaraq, Qafqaz ölkələrinin müdrikliyi və dövlət başçılarının uzaqgörən siyasəti sayəsində bu regionun sülh və sabitlik məkanına çevriləcəyinə inanıram.Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram”....
06 Noyabr 2026, 21:44
Zaur Şükürov: Azərbaycan xalqı Vətən müharibəsində yumruq kimi birləşdi
44 günlük Vətən müharibəsi boyu ölkəmiz Ali Baş Komandanımızın qətiyyətli, müdrik və uzaqgörən siyasətinin, şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığının, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, müasir texnologiyalardan səmərəli istifadənin, düzgün strateji planlaşdırmanın və əsgər-mülki vətəndaş birliyinin nümunəsini göstərdi.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov noyabrın 8-i Zəfər Günü münasibətilə Citypost.az saytına açıqlamasında bildirib.Deputatın sözlərinə görə, noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı və qürurverici günlərindən birini böyük fərəh və iftixar hissi ilə qeyd edir: “Şuşa şəhərinin azad edilməsi ilə işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur edən qalib Azərbaycan öz gücünü, qüdrətini, cəsarətini, xalq-iqtidar, xalq-ordu birliyini, Vətən, torpaq sevgisini döyüş meydanında sübut etdi”.Z.Şükürov...
06 Noyabr 2026, 20:44
İlham Əliyev: Biz ədaləti, ləyaqətimizi və haqqımızı bərpa etdik
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşü zamanı deyib. Dövlət başçısı ədaləti bərpa etdiklərini bildirib:"Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əminəm, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanında alınıb və bu gün onların əziz...
06 Noyabr 2026, 20:22
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi töhfələr, habelə qlobal və regional gündəlikdə duran məsələlər müzakirə olunub.Tərəflər Azərbaycanın BMT ilə əməkdaşlıqda fəal rolunu, habelə qlobal çağırışların həllinə töhfə verilməsi istiqamətində addımlarını məmnunluqla qeyd ediblər. Bu çərçivədə, Azərbaycanın Qoşulmama Hərəkatı, COP29, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), Ümumdünya Şəhərsalma Forumu...
06 Noyabr 2026, 17:21
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşdü
Litva xarici işlər naziri Kestutis Budris Vilnüsdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Kestutis Budris sosial media hesabında paylaşım edib."Litva ilə Azərbaycan enerji, ticarət, xalqlararası əlaqələr, eləcə də Cənubi Qafqazda sülh və rifahın təmin edilməsi daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl irəliləyiş əldə edir",- o bildirib.
06 Noyabr 2026, 16:50