Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Cəmiyyət 07 Noyabr 2026, 11:14
242
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib.
Citypost.az Oxu.Az-a istinadla xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, daha sonra jurnalistika sahəsində çalışıb. pizza
Müxtəlif illərdə Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 1996-2003-cü illərdə Lerik Rayon Təhsil Şöbəsinin müdiri olub, rayonun mədəniyyət sahəsində də rəhbər vəzifə tutub.
Qəhrəman Əliyev ədəbi yaradıcılıqla da məşğul olub. "Könlüm vurulub Lerikdə...", "Gəl dağlarla görüşə", "Gəlimli-gedimli dünya", "Ürəyimin dünya dərdi" və digər kitabların müəllifidir. 200-dən artıq elmi-publisistik məqalə yazıb.
Həmçinin oxuyun
O, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olub.
Yaqub Eyyubov təqaüdə göndərilir
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov son vaxtlar gözə dəymir. O, nə rəsmi tədbirlərdə görünür, nə də Azərbaycana işgüzar səfər edən xarici vəzifəli şəxslərin qarşılanması və yola salınmasında iştirak edir.Dövlət Protokolunun Əsas Qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasına rəsmi və işgüzar səfər edən xarici dövlət başçıları və ali vəzifəli digər qonaqların qarşılanmasında, yola salınmasında Baş nazirin birinci müavini Yaqub Eyyubovu görməyə adət etmişik. Amma o, son günlər ali qonaqlarla yanaşı deyil.Müşahidələrə görə, Yaqub Eyyubov sonuncu dəfə bu il iyulun 15-də Azərbaycanda səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınma mərasimində iştirak edib.Oktyabr ayında Bakı şəhəri...
07 Noyabr 2026, 10:47
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri noyabrın 8-9-da işləməyəcək
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq.Bu barədə Citypost.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır.Noyabrın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
07 Noyabr 2026, 10:46
Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.Citypost az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına yaradılmış şərait barədə məlumat verdi.Bildirildi ki, nazirliyin sifarişi ilə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən...
07 Noyabr 2026, 10:20
Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdən əvvəlki ümumi diri çəkisi hesablanacaq.Bu göstərici inək və camışlar, qoyun və keçilər, donuzlar, eləcə də quşlar üzrə ayrıca təsnifləşdiriləcək.Bundan başqa, əvvəlki il ərzində qoyunlardan qırxılmış yunun və təsərrüfatda istehsal edilmiş baramanın ümumi miqdarı da kiloqramla qeydə alınacaq.Məlumatlar faktiki istehsal göstəriciləri əsasında uçota daxil ediləcək. Ümumi göstəricilərlə onların tərkib hissələri arasında uyğunluq təmin olunmalı, eyni məhsulun və ya göstəricinin...
07 Noyabr 2026, 08:48
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA
“Biz artıq bir neçə ildir ki, ali təhsildə çox uğurla adambaşı maliyyələşmə mexanizmini tətbiq edirik. Yəni ali təhsil müəssisələrinə vəsait, onun saxlama xərcləri üzrə yox, hər qəbul olan tələbəyə görə ödənilir. Bu mexanizmin uğurunu nəzərə alaraq, hökumət tərəfindən qərar qəbul edilib ki, bunu tədricən ümumi təhsildə də tətbiq etməyə başlayaq. Ona görə də cari və növbəti illərdə məktəblərimizin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək”.CityPost.az xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.“Düşünürük ki, adambaşına maliyyələşmə kifayət qədər uğurlu...
06 Noyabr 2026, 22:53
Bu il pensiyalar daha az artacaq - Deputat
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının 7,5 faiz artırılacağı proqnozlaşdırılır. Gələn ildən pensiyaların indeksləşdirilməsi qaydasında da dəyişiklik nəzərdə tutulur.Komitə sədri Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, 7,5 faiz ilkin proqnozdur. Yekun indeksləşdirmə əmsalı orta aylıq nominal əməkhaqqının artımına dair rəsmi göstərici əsasında müəyyənləşdiriləcək.Badamov xatırladıb ki, 2026-cı ildə əmək pensiyaları 9,3 faiz artırılıb. Gələn il üçün proqnozlaşdırılan artım tempi bu göstəricidən 1,8 faiz bəndi aşağıdır.Komitə sədrinin sözlərinə görə, nəzərdə tutulan yeni qaydaya əsasən, orta aylıq əməkhaqqından aşağı olan pensiyalara indeksləşdirmə əmsalı tam tətbiq ediləcək. Pensiyası orta aylıq əməkhaqqından yüksək olan şəxslərdə isə həmin həddi aşan hissəyə fərqli əmsalların tətbiqi nəzərdə tutulur. Badamov...
06 Noyabr 2026, 22:51