Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
Cəmiyyət 07 Noyabr 2026, 11:24
350
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.
Citypost.az xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitetin Klinikasının baş direktoru Samir Babayev burada yaradılmış şərait barədə dövlətimizin başçısına məlumat verdilər.
Bildirildi ki, təsdiq edilmiş memarlıq-planlaşdırma həllinə uyğun həyata keçirilən işlər çərçivəsində mövcud mühəndis-kommunikasiya sistemləri yenidən qurulub, şöbənin müasir tələblərə uyğun təşkili təmin edilib.
Təcili tibbi yardım şöbəsində xəstələrin qəbulu, müayinəsi və müalicəsinin səmərəli təşkili məqsədilə müasir tələblərə cavab verən funksional zonalar yaradılıb. Burada reanimasiya, uşaq pediatriya sahələri, palata, tibbi xidmətlərin və gündəlik fəaliyyətin təşkili üçün dərmanların saxlanılması və xidmətçi otaqları var. Şöbənin müvafiq tibbi avadanlıq və müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilməsi onun funksional imkanlarının genişləndirilməsinə və tibbi xidmətlərin səmərəli təşkilinə imkan yaradır. İlkin qiymətləndirilməsi aparılmış pasiyentlərin tibbi göstərişlərə uyğun olaraq digər müəssisələrə köçürülməsi üçün reanimasiya və intensiv terapiya imkanları ilə təchiz edilmiş təcili tibbi yardım avtomobilləri mövcuddur.
Klinikada hazırda 70 stasionar, o cümlədən 5 reanimasiya çarpayısı var. Əlavə olaraq Təcili yardım şöbəsində 19 çarpayı və 5 əməliyyat zalı nəzərdə tutulub. Beləliklə, burada eyni vaxtda 70 stasionar və 19 təcili yardım pasiyentinə xidmət göstərmək mümkün olacaq.
Həmçinin oxuyun
Tibb müəssisəsində 2027-ci il üzrə inkişaf planı çərçivəsində ümumilikdə 230-250 əməkdaşın çalışması proqnozlaşdırılır.
Universitet Klinikasının əsas missiyası yalnız tibbi xidmət göstərmək deyil, eyni zamanda, müasir tibb təhsili, klinik təcrübə və gələcəkdə elmi-tədqiqat fəaliyyətini birləşdirən tibb mərkəzi kimi inkişaf etməkdən ibarətdir.
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib.Citypost.az xəbər verir ki, dövlətimizin başçısına binalarda yaradılacaq şərait barədə məlumat verildi.Bildirildi ki, kitabxana tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsi, müasir informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və tələbəyönümlü akademik mühitin formalaşdırılması baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq, tələbə və əməkdaşların təhsil, elmi-tədqiqat və informasiya ehtiyaclarının qarşılanmasına, müstəqil öyrənmə və tədqiqat bacarıqlarının inkişafına, həmçinin professor-müəllim heyətinin elmi fəaliyyətinin dəstəklənməsinə xidmət edəcək.Müasir standartlara cavab verəcək dördmərtəbəli binada eyni vaxtda təxminən 1100 tələbənin istifadəsinə imkan verən funksional oxu zallarının, fərdi və qrup şəklində öyrənmə, görüş...
07 Noyabr 2026, 11:26
Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib.Citypost.az Oxu.Az-a istinadla xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, daha sonra jurnalistika sahəsində çalışıb. pizzaMüxtəlif illərdə Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 1996-2003-cü illərdə Lerik Rayon Təhsil Şöbəsinin müdiri olub, rayonun mədəniyyət sahəsində də rəhbər vəzifə tutub.Qəhrəman Əliyev ədəbi yaradıcılıqla da məşğul olub. "Könlüm vurulub Lerikdə...", "Gəl dağlarla görüşə",...
07 Noyabr 2026, 11:14
Yaqub Eyyubov təqaüdə göndərilir
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov son vaxtlar gözə dəymir. O, nə rəsmi tədbirlərdə görünür, nə də Azərbaycana işgüzar səfər edən xarici vəzifəli şəxslərin qarşılanması və yola salınmasında iştirak edir.Dövlət Protokolunun Əsas Qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasına rəsmi və işgüzar səfər edən xarici dövlət başçıları və ali vəzifəli digər qonaqların qarşılanmasında, yola salınmasında Baş nazirin birinci müavini Yaqub Eyyubovu görməyə adət etmişik. Amma o, son günlər ali qonaqlarla yanaşı deyil.Müşahidələrə görə, Yaqub Eyyubov sonuncu dəfə bu il iyulun 15-də Azərbaycanda səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınma mərasimində iştirak edib.Oktyabr ayında Bakı şəhəri...
07 Noyabr 2026, 10:47
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri noyabrın 8-9-da işləməyəcək
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq.Bu barədə Citypost.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır.Noyabrın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
07 Noyabr 2026, 10:46
Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.Citypost az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına yaradılmış şərait barədə məlumat verdi.Bildirildi ki, nazirliyin sifarişi ilə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən...
07 Noyabr 2026, 10:20
Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdən əvvəlki ümumi diri çəkisi hesablanacaq.Bu göstərici inək və camışlar, qoyun və keçilər, donuzlar, eləcə də quşlar üzrə ayrıca təsnifləşdiriləcək.Bundan başqa, əvvəlki il ərzində qoyunlardan qırxılmış yunun və təsərrüfatda istehsal edilmiş baramanın ümumi miqdarı da kiloqramla qeydə alınacaq.Məlumatlar faktiki istehsal göstəriciləri əsasında uçota daxil ediləcək. Ümumi göstəricilərlə onların tərkib hissələri arasında uyğunluq təmin olunmalı, eyni məhsulun və ya göstəricinin...
07 Noyabr 2026, 08:48