Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş

Cəmiyyət 09 Noyabr 2026, 10:55

302

2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsullar da hesablanacaq.

Bəs bu uçot nə deməkdir? Təsərrüfat sahibləri əlavə vergi ödəməli olacaqlar, yoxsa dəyişiklik yalnız statistik xarakter daşıyır?

Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov yeni qaydaya əsasən, ailənin öz istehlakına sərf etdiyi, qohumlara verdiyi, dəyişdirdiyi və digər məqsədlərlə istifadə etdiyi süd və yumurta da statistik uçota daxil ediləcək deyib.

“Yəni kəndlinin üç inəyindən əldə etdiyi südün hər litri, həyətində saxladığı toyuqların yumurtası da dövlət statistikasının predmetinə çevriləcək. İlk baxışdan qərarın məqsədi kənd təsərrüfatı istehsalının real həcmini müəyyənləşdirməkdir. Lakin ölkənin mövcud iqtisadi reallıqları fonunda belə təşəbbüslərin nə dərəcədə prioritet olması müzakirə doğurur. Azərbaycanın iqtisadi inkişaf modelində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxaldan asılılığın azaldılması əsas hədəflərdir. Bu baxımdan aqrar siyasətin icrasında nəticəyönümlü yanaşmanın səviyyəsi ciddi suallar yaradır”.

İqtisadçı bildirib ki, kənd təsərrüfatında həllini gözləyən daha fundamental problemlər var:

“Fermerlərin maliyyə resurslarına çıxışı, suvarma sistemləri, torpaqların münbitliyi, yem bazası, məhsuldarlıq, logistika, saxlama və emal müəssisələri, satış bazarlarına çıxış əsas problemlərdəndir. Lakin aqrar siyasətin gündəliyində bəzən istehsalın artırılmasından daha çox uçot və hesabat mexanizmlərinin genişləndirilməsi ön plana çıxır. Kəndlinin üç inəyini, beş-on toyuğunu uçota almaqdan əvvəl kənd təsərrüfatında həll edilməli daha vacib məsələlər var. Təəssüf ki, bəzi yanaşmalar əsas problemlərin arxa plana keçdiyi təsəvvürünü yaradır”.

A.İbrahimovun sözlərinə görə, süd və yumurta istehsalının real həcmini müəyyənləşdirmək üçün alternativ statistik metodlardan da istifadə etmək mümkündür:

“İstehsal həcmini seçmə müşahidələr, təsərrüfatların iqtisadi göstəriciləri və mövcud inzibati məlumat bazaları əsasında hesablamaq olar. Hər bir fərdi təsərrüfatın gündəlik istehsalını ayrıca nəzarət predmetinə çevirmək hansı əlavə iqtisadi səmərə yaradacaq? Bu işə sərf ediləcək resurslar kənd təsərrüfatının inkişafına yönəldilsə, daha böyük nəticə əldə etmək mümkün olmazmı?”.

İqtisadçı qeyd edib ki, ailənin öz istehlakı üçün istehsal etdiyi süd və yumurtanın statistik uçota alınması özlüyündə vergi öhdəliyi yaratmır:

“Vergi öhdəliyi yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yaranır. Bununla belə, məlumatların gələcəkdə vergi və digər inzibati nəzarət mexanizmlərində istifadə olunması ilə bağlı vətəndaşların sualları cavablandırılmalıdır. Statistik uçotun hüquqi çərçivəsi, məlumatların məxfiliyi və fərdi təsərrüfat sahiblərinin üzərinə düşən öhdəliklər dəqiq açıqlanmalıdır”.

A.İbrahimovun fikrincə, dövlət qurumlarının fəaliyyəti toplanan məlumatların və hesabatların sayı ilə deyil, real iqtisadi nəticələrlə qiymətləndirilməlidir:

“Aqrar sektorun inkişafı kəndlinin üzərinə əlavə hesabat yükü qoymaqla təmin edilə bilməz. Kəndliyə ucuz maliyyə, əlçatan su, keyfiyyətli toxum və yem, müasir texnologiya, səmərəli subsidiya mexanizmi və məhsulunu satmaq üçün real bazar lazımdır. Statistik uçotun aparılmasına prinsip etibarilə etiraz yoxdur. Lakin hər yeni inzibati mexanizmin iqtisadi səmərəsi, zəruriliyi və vətəndaşa yaradacağı yük əvvəlcədən hesablanmalıdır. Kəndlinin həyətindəki inəyin südünü hesablamaq mümkündür. Daha vacib olan isə həmin kəndlinin niyə daha çox süd istehsal edə bilmədiyini və məhsulundan niyə kifayət qədər gəlir əldə etmədiyini araşdırmaqdır. Çünki kəndlinin üç inəyini uçota almaqla ölkənin ərzaq təhlükəsizliyi təmin olunmur. Bunun üçün istehsal artmalı, fermer gəlir əldə etməli, yerli kənd təsərrüfatının rəqabət qabiliyyəti yüksəlməlidir”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, bölgələrə leysan yağdı

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli intensivdir. Bəzi dağlıq ərazilərə isə qar yağır.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qar örtüyünün hündürlüyü Şahdağda 29, Qrızda 27, Xınalıqda 25, Sarıbaşda (Qax) 23, Əlibəydə (Zaqatala) 22, Qusarda (Laza) 20, Kişçayda (Şəki) 17, Gədəbəydə 11, Daşkəsəndə 10, Xaltanda 8, Kəlbəcərdə 7, Laçın, Qubadlı, Altıağacda 4, Şuşa, Şahbuzda 2, Lerik və Göygöldə 1 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 21 (aylıq normanın 72%-i), Maştağada 15, Binədə 9, Pirallahıda 7, Sumqayıtda 3 mm-dir.Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Astarada 41, Oğuzda 40, Şəkidə 30, İsmayıllı, Yardımlıda 29, Lənkəranda...

09 Noyabr 2026, 10:54

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.Nicat Məmmədli əməkdaşlığın davam etdirilməsinin sosial həssas qrupa aid olan gənclərin təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Sədr bildirib ki, tələbələrə göstərilən maliyyə dəstəyi onların təhsillərini davam etdirmələrinə, bilik və bacarıqlarını inkişaf etdirmələrinə, gələcək hədəflərinə doğru inamla irəliləmələrinə şərait yaradır..Yusif Poladov vətəndaşların təhsil sahəsinə göstərdiyi dəstəyin və sosial həmrəyliyin böyük əhəmiyyət...

09 Noyabr 2026, 10:22

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr – Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib.Citypost.az paylaşımı təqdim edir:

09 Noyabr 2026, 09:37

Nigar Sabirqızı: “Türkiyə düşmənləri mənim dostluq siyahımda ola bilməz”  

Jurnalist Nigar Sabirqızı Türkiyə-Azərbaycan münasibətləri, iki ölkə arasında qardaşlıq əlaqələrinə qarşı çıxan şəxslərin mövqeyi ilə bağlı sərt açıqlama ilə çıxış edib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda son bir ay ərzində Türkiyə əleyhinə fikirlər səsləndirən bir neçə şəxsi Facebook-dakı dostluq siyahısından çıxardığını bildirib.Nigar Sabirqızı qeyd edib ki, həmin şəxslər bu addımından xəbərdardırlar. Hətta onlardan birinin buna görə öz səhifəsi vasitəsilə ona ultimatum göndərdiyini də vurğulayıb.Jurnalist bildirib ki, Türkiyəyə qarşı düşmən mövqedə olan şəxslərin onun dostluq siyahısında yer alması mümkün deyil. O, belə insanların başqalarının sifarişi ilə Türkiyəyə qarşı çıxış etməsini də tənqid edib.Nigar Sabirqızı paylaşımında Azərbaycan Prezidentinin...

09 Noyabr 2026, 08:52

Şöhrət Eldəniz: “Belə getsə, paytaxt elə Xankəndi olacaq”

Jurnalist Şöhrət Eldəniz Prezident İlham Əliyevin son dövrlər Azərbaycanın mühüm tədbirlərini və görüşlərini Qarabağda, xüsusilə Xankəndi və Şuşada keçirməsinə diqqət çəkib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Şöhrət Eldəniz qeyd edib ki, Prezidentin ölkə üçün əhəmiyyətli tədbirlərə Qarabağda ev sahibliyi etməsi bölgənin strateji və siyasi əhəmiyyətini bir daha ön plana çıxarır.Jurnalist paylaşımında Xankəndinin gələcəkdə Azərbaycanın paytaxtına çevrilə biləcəyini də yumoristik şəkildə gündəmə gətirib. O, Bakının sıxlığı, səs-küyü və tıxaclarını nəzərə alaraq, Xankəndinin geniş və rahat şəhər kimi paytaxt üçün daha əlverişli ola biləcəyini vurğulayıb.Şöhrət Eldəniz paylaşımında yazıb:“Fikir verirsiniz, Prezident Azərbaycanın ən önəmli tədbirlərini, görüşlərini Qarabağda, Xankəndində,...

09 Noyabr 2026, 08:38

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə videoçarx paylaşılıb.CityPost.az paylaşımı təqdim edir: Посмотреть эту публикацию в Instagram Публикация от @presidentaz

09 Noyabr 2026, 00:18