Bizə yazın

Baku

-°C

USD

-

AĞRIKƏSİCİLƏRƏ ALDANMAYIN! Həkimdən baş ağrısı ilə bağlı xəbərdarlıq

Tibb 09 Noyabr 2026, 08:30

449

Baş ağrısı gündəlik həyatda ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olsa da, onun tez-tez təkrarlanması və qəbul edilən dərmanlara baxmayaraq keçməməsi ciddi yanaşma tələb edir. Bəzi insanlar baş ağrısı yarandıqda həkimə müraciət etmək əvəzinə, özbaşına ağrıkəsici dərman qəbul etməyə üstünlük verirlər. Lakin bu üsul ağrını müvəqqəti azaltsa da, onun yaranmasına səbəb olan əsas problemi aradan qaldırmır.

Terapevt-kardioloq Aytən Yüzbaşıyeva Citypost.az-a açıqlamasında bildirib ki, baş ağrısının müalicəsində ilk növbədə onun hansı səbəbdən yarandığı müəyyənləşdirilməlidir. Həkimin sözlərinə görə, baş ağrısını hər dəfə dərman vasitəsilə aradan qaldırmağa çalışmaq düzgün yanaşma deyil. Çünki ağrı orqanizmdə baş verən müəyyən dəyişikliklərin və ya sağlamlıq problemlərinin əlaməti ola bilər.

Həkim qeyd edib ki, baş ağrısının yaranmasına səbəb olan amillər müxtəlifdir. Bunlardan biri arterial təzyiqin yüksəlməsidir. Xüsusilə yüksək qan təzyiqi olan şəxslərdə baş ağrısı müşahidə edilə bilər. Ancaq hər baş ağrısını yüksək təzyiqlə əlaqələndirmək də doğru deyil. Bu səbəbdən ağrı zamanı arterial təzyiqin ölçülməsi və digər əlamətlərin də nəzərə alınması vacibdir.

Aytən Yüzbaşıyevanın sözlərinə görə, baş ağrısına səbəb olan digər amillərdən biri də boyun fəqərələri və boyun nahiyəsindəki problemlərdir. Uzun müddət kompüter qarşısında işləmək, düzgün olmayan vəziyyətdə oturmaq, boyun əzələlərinin gərginliyi və fəqərələrdəki müəyyən dəyişikliklər baş nahiyəsində ağrıların yaranmasına gətirib çıxara bilər. Belə hallarda ağrının xarakteri, hansı nahiyədə hiss olunması və nə zaman güclənməsi araşdırılmalıdır.

Həkim miqrenin də baş ağrılarının əsas səbəblərindən biri olduğunu diqqətə çatdırıb. Miqren zamanı ağrı bəzən başın bir tərəfində daha güclü hiss olunur, ürəkbulanma, işığa və səsə qarşı həssaslıqla müşayiət edilə bilər. Bu tip ağrılar adi baş ağrısından fərqləndiyi üçün düzgün diaqnozun qoyulması və uyğun müalicənin seçilməsi mühüm əhəmiyyət daşıyır.Bununla yanaşı, gündəlik həyat tərzi də baş ağrılarının yaranmasına təsir göstərir. Uzun müddət davam edən stress, əsəb gərginliyi, yuxu rejiminin pozulması, kifayət qədər yatmamaq, gün ərzində az su qəbul etmək və uzun müddət ac qalmaq baş ağrısına səbəb ola bilər. Bəzi hallarda isə yorğunluq, həddindən artıq fiziki və zehni yüklənmə də bu vəziyyəti ağırlaşdıra bilər.

Mütəxəssis vurğulayıb ki, baş ağrısı tez-tez təkrarlanırsa, əvvəlkindən daha şiddətli olursa və ya qəbul edilən ağrıkəsicilərə baxmayaraq davam edirsə, mütləq həkim müayinəsindən keçmək lazımdır. Xəstənin şikayətləri dinlənilməli, tibbi tarixçəsi araşdırılmalı, arterial təzyiqi yoxlanılmalı və ehtiyac olduğu halda əlavə müayinələr aparılmalıdır.

Onun sözlərinə görə, yalnız ağrının səbəbi müəyyən edildikdən sonra düzgün müalicə planı hazırlanmalıdır. Məsələn, problem arterial təzyiqlə bağlıdırsa, təzyiqin nəzarətdə saxlanılması, miqrenlə əlaqəlidirsə, miqrenə uyğun müalicənin seçilməsi, boyun nahiyəsindəki problemlərdən qaynaqlanırsa, həmin istiqamətdə müvafiq tədbirlərin görülməsi vacibdir. Stress və yuxu pozuntusu kimi amillər olduqda isə həyat tərzinin tənzimlənməsi də müalicənin mühüm hissəsini təşkil edir.

Aytən Yüzbaşıyeva əlavə edib ki, ağrıkəsici dərmanların tez-tez və həkim məsləhəti olmadan qəbulu da arzuolunmaz nəticələrə səbəb ola bilər. Belə ki, bəzi hallarda ağrıkəsicilərin həddindən artıq istifadəsi dərmanların yaratdığı əlavə baş ağrılarına – medikamentoz baş ağrısına gətirib çıxara bilər. Bu isə insanın ağrıkəsicilərdən daha çox istifadə etməsinə və problemin getdikcə dərinləşməsinə səbəb ola bilər.

Həkim baş ağrısı ilə bağlı bəzi hallarda təcili tibbi yardımın vacibliyini də diqqətə çatdırıb. Qəfil başlayan və çox şiddətli olan, həyatında ilk dəfə belə intensivlikdə hiss edilən baş ağrısı, yaxud ağrı ilə yanaşı nitq pozuntusu, görmədə dəyişiklik, qol və ayaqlarda zəiflik, huşun itməsi və yüksək hərarət kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən tibbi yardıma müraciət edilməlidir.

Həkim sonda bir daha vurğulayıb ki, baş ağrısını hər dəfə ağrıkəsici ilə ört-basdır etmək çıxış yolu deyil. Əsas məqsəd ağrını müvəqqəti dayandırmaq yox, onun yaranma səbəbini müəyyənləşdirmək və həmin səbəbə uyğun müalicə aparmaqdır. Baş ağrısı orqanizmin verdiyi bir siqnal kimi qiymətləndirilməli, xüsusilə davamlı və təkrarlanan ağrılar diqqətdən kənarda qalmamalıdır.

Əli

Problemlərinizi bizə bildirin

077 323 55 66

Diabetik ayaq yaralarında hansı bakteriyalar təhlükə yaradır? – Həkimdən infeksiyalarla bağlı açıqlama

Qış aylarında müxtəlif infeksion xəstəliklərlə yanaşı, xüsusilə şəkərli diabetdən əziyyət çəkən insanlarda yara infeksiyaları, yumşaq toxumaların iltihabı və diabetik ayaq problemləri də ciddi narahatlıq doğurur. Bu cür yaralar vaxtında aşkar edilmədikdə və düzgün müalicə olunmadıqda daha dərin toxumalara yayıla, sümük infeksiyasına, hətta bəzi hallarda amputasiya zərurətinə səbəb ola bilər. Problemin əsas çətinliklərindən biri isə yaranın hansı bakteriya tərəfindən törədildiyini müəyyənləşdirmək və buna uyğun antibiotik müalicəsi seçməkdir.Doktor Eldar Məmmədov Citypost.az-a açıqlamasında bildirib ki, diabetik ayaq yaralarında və cərrahi müdaxilələrdən sonra yaranan infeksiyalarda bakteriyanın düzgün müəyyənləşdirilməsi müalicənin uğuru baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xüsusilə dərin və yumşaq toxuma infeksiyalarında törədicinin...

06 Noyabr 2026, 11:00

Limon suyu yüksək təzyiq dərmanlarını əvəz edə bilərmi? – Endokrinoloqdan xəbərdarlıq

Yüksək arterial təzyiqdən əziyyət çəkən bəzi insanlar dərman preparatlarından istifadə etmək əvəzinə təbii vasitələrə üstünlük verirlər. Xüsusilə limon suyunun təzyiqi aşağı saldığına dair fikirlər cəmiyyətdə geniş yayılıb. Bəzi şəxslər limon suyu içdikdən sonra özlərini daha yaxşı hiss etdiklərini əsas gətirərək həkimin təyin etdiyi dərmanları qəbul etməyi dayandırırlar. Lakin bu yanaşma sağlamlıq üçün ciddi risklər yarada bilər. Çünki hər hansı qida məhsulunun müəyyən faydalı xüsusiyyətlərə malik olması onun dərman preparatlarını əvəz edə biləcəyi demək deyil.Endokrinoloq Ayşən Eldar Citypost.az-a açıqlamasında bildirib ki, limon suyunun arterial təzyiqə müsbət təsir göstərə biləcəyi ilə bağlı bəzi elmi araşdırmalar mövcud olsa da, onun hipertoniya müalicəsində istifadə...

06 Noyabr 2026, 10:00

Hərarəti dərhal salmaq lazımdırmı? – Həkimdən temperaturun orqanizm üçün əhəmiyyəti ilə bağlı açıqlama

İnsan orqanizmi hər hansı virus və ya bakterial infeksiya ilə qarşılaşdıqda ilk müdafiə reaksiyalarından biri bədən temperaturunun yüksəlməsidir. Bir çox insan hərarət yaranan kimi onu mümkün qədər tez aşağı salmağa çalışır. Xüsusilə temperatur 37,5-38 dərəcəyə çatdıqda dərman qəbul etmək geniş yayılmış vərdişlərdəndir. Lakin hərarətin yüksəlməsi heç də həmişə orqanizm üçün zərərli proses hesab edilməməlidir. Əksinə, bu, immun sisteminin infeksiyaya qarşı mübarizə mexanizmlərindən biridir.Doktor Mehdi Babaşov Citypost.az-a açıqlamasında bildirib ki, bədən temperaturunun yüksəlməsi orqanizmin müdafiə sisteminin aktivləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, infeksiya zamanı yaranan hərarət bədənin təhlükəyə qarşı verdiyi təbii reaksiyadır və bu prosesi hər dəfə dərhal dayandırmağa...

06 Noyabr 2026, 09:00

Revmatizm təkcə oynaqları zədələmir– Revmatoloqdan AÇIQLAMA

Revmatoloji xəstəliklər dedikdə əksər insanların ağlına ilk növbədə oynaq ağrıları, hərəkət məhdudiyyəti və sümük problemləri gəlir. Lakin bu xəstəliklərin təsir dairəsi düşündüyümüzdən daha genişdir. Bəzi revmatoloji xəstəliklər immun sisteminin öz orqanizminə qarşı fəaliyyətə keçməsi nəticəsində yaranır və yalnız oynaqları deyil, ürək, böyrək, ağciyər, göz, damarlar və sinir sistemi kimi həyati əhəmiyyət daşıyan orqanları da zədələyə bilir. Bu səbəbdən revmatoloji xəstəliklərə yalnız oynaq ağrısı kimi yanaşmaq düzgün deyil.Terapevt-revmatoloq Mayis Əmrahov Citypost.az-a açıqlamasında bildirib ki, ilk növbədə, cəmiyyətdə geniş istifadə olunan “revmatizm” termininin mahiyyətini düzgün anlamaq lazımdır. Onun sözlərinə görə, bu ifadə daha çox keçmişdən qalan ümumiləşdirici anlayışdır və revmatologiya sahəsinə daxil...

05 Noyabr 2026, 11:00

Təzə pendir hansı təhlükəli infeksiyaya səbəb ola bilər? – İnfeksionistdən XƏBƏRDARLIQ

Süddən hazırlanan məhsullar gündəlik qidalanmamızın mühüm hissəsini təşkil edir. Xüsusilə təzə pendir bir çox insanın süfrəsində tez-tez yer alır. Lakin bu məhsulun hazırlanma və saxlanma qaydalarına düzgün əməl edilmədikdə, insan sağlamlığı üçün ciddi təhlükə yarana bilər. Belə ki, pasterizə edilməmiş və ya lazımi qaydada qaynadılmamış süddən hazırlanan pendir vasitəsilə brüselyoz kimi təhlükəli infeksion xəstəliyə yoluxmaq mümkündür.İnfeksionist-hepatoloq Vüsalə Yaşar Citypost.az-a açıqlamasında bildirib ki, brüselyoz əsasən Brucella bakteriyalarının orqanizmə daxil olması nəticəsində yaranır. Xəstəliyin insana keçməsinin əsas yollarından biri infeksiyaya yoluxmuş heyvanların südündən hazırlanan, kifayət qədər istilik emalından keçirilməmiş süd və süd məhsullarının qəbul edilməsidir. Xüsusilə çiy süd, pasterizə olunmamış süd, eləcə...

05 Noyabr 2026, 10:00

USM zamanı həkimlər niyə dərindən nəfəs alıb nəfəsi saxlamağı istəyirlər? – Radioloqdan AÇIQLAMA

Ultrasəs müayinəsi (USM) zamanı həkimlərin pasiyentlərə tez-tez “dərindən nəfəs alın və nəfəsinizi saxlayın” deməsi bir çox insanda maraq doğurur. Bəziləri bunu sadəcə müayinə zamanı görüntünün daha aydın alınması üçün verilən adi göstəriş hesab etsə də, əslində bu üsulun tibbi və fizioloji səbəbləri var. Nəfəsalma və nəfəsin qısa müddətə saxlanılması daxili orqanların yerləşməsinə, diafraqmanın hərəkətinə və ultrasəs görüntüsünün keyfiyyətinə təsir göstərir. Xüsusilə qarın boşluğu orqanlarının müayinəsi zamanı bu üsul həkimə daha dəqiq görüntü əldə etməyə kömək edir. Bəs USM zamanı nəfəsi saxlamaq nə üçün vacibdir və bu, müayinənin nəticələrinə necə təsir edir?USM mütəxəssisi, radioloq Etibar Namazov Citypost.az-a açıqlamasında bildirib ki, ultrasəs...

05 Noyabr 2026, 09:00