Bizə yazın

Baku

-°C

USD

-

3 yaşınadək uşağı olan anaları işdən çıxaranları hansı cəza gözləyir?

Hüquq 09 Noyabr 2026, 09:00

286

Himayəsində azyaşlı uşağı olan anaların işdən çıxarılması məsələsi əmək qanunvericiliyində xüsusi qaydada tənzimlənir. Bəzi hallarda müəssisələrdə struktur dəyişikliyi və işçi ixtisarı aparılarkən azyaşlı uşağı olan qadınların da əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərarlar qəbul edilir. Lakin qanunvericilik müəyyən kateqoriyadan olan işçilərin hüquqlarını qoruyur və işəgötürənlərin belə şəxslərlə əmək münasibətlərinə xitam verməsini məhdudlaşdırır.

Vəkil Cavanşir Qasımzadə Citypost.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilərin dairəsi müəyyənləşdirilib.

Vəkilin sözlərinə görə, həmin maddəyə əsasən, üç yaşınadək uşağı olan qadınlarla, eləcə də üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvinə yol verilmir.O qeyd edib ki, bu hüquqi təminatın əsas məqsədi azyaşlı uşaqların himayəsində olan valideynlərin sosial müdafiəsini təmin etmək, onların əmək hüquqlarını qorumaq və ailələrin maddi vəziyyətinin pisləşməsinin qarşısını almaqdır.

Cavanşir Qasımzadə vurğulayıb ki, qanunun bu tələbi həm dövlət, həm də özəl müəssisələrə aiddir. Bəzi işəgötürənlər özəl şirkət olduqlarını əsas gətirərək əmək münasibətlərində sərbəst qərar vermək hüququna malik olduqlarını düşünə bilərlər. Lakin bu, yanlış yanaşmadır.

"Özəl müəssisə də Azərbaycan Respublikasının qanunvericiliyinə tabedir. İşəgötürən istər dövlət müəssisəsi, istərsə də özəl şirkət olsun, əmək münasibətlərini Əmək Məcəlləsinin tələblərinə uyğun qurmalıdır. Heç bir müəssisə öz daxili qaydalarını və ya rəhbərliyin qərarını qanunvericilikdən üstün tuta bilməz", – deyə vəkil bildirib.

Onun sözlərinə görə, xüsusilə işçilərin ixtisarı zamanı bu məsələyə diqqət yetirilməlidir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə xitam verilə bilər. Ancaq bu əsas bütün işçilərə şamil edilmir. Qanunun 79-cu maddəsi ilə qorunan şəxslərlə bağlı işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvinə məhdudiyyət mövcuddur.

Vəkil əlavə edib ki, işəgötürənlər bəzən işçini öz ərizəsi ilə işdən çıxmağa məcbur etməyə, yaxud əmək münasibətlərinə xitam verilməsi üçün müxtəlif əsaslar yaratmağa çalışırlar. Belə hallarda işçi öz hüquqlarını bilməli, təzyiq altında ərizə yazmamalı və imzaladığı sənədlərin hüquqi nəticələrini əvvəlcədən dəyərləndirməlidir.

Cavanşir Qasımzadə diqqətə çatdırıb ki, əmək qanunvericiliyində müəyyən istisnalar da nəzərdə tutulur. Belə ki, müəssisənin ləğv edilməsi və müddətli əmək müqaviləsinin müddətinin başa çatması kimi hallar ayrıca hüquqi qaydada qiymətləndirilir. Buna görə də hər bir işdənçıxarılma halının hüquqi əsası və konkret vəziyyət araşdırılmalıdır.

O bildirib ki, işçinin əmək hüquqları pozulduğu halda, məsələ ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etmək və məhkəmə qaydasında hüquqlarını müdafiə etmək mümkündür. Bunun üçün işdənçıxarılma əmri, əmək müqaviləsi və digər müvafiq sənədlər mühüm əhəmiyyət daşıyır.

Vəkilin sözlərinə görə, bəzi xüsusi statuslu şəxslərin əmək və qulluq münasibətləri ayrıca qanunvericilik aktları ilə tənzimlənsə də, bu, özəl müəssisələrə əmək qanunvericiliyinin tələblərindən kənara çıxmaq hüququ vermir.

Beləliklə, üç yaşınadək uşağı olan qadının işəgötürənin təşəbbüsü ilə, o cümlədən ştat ixtisarı əsası ilə işdən çıxarılması Əmək Məcəlləsinin 79-cu maddəsi ilə qadağan edilən hallardandır. Bu tələb dövlət müəssisələri ilə yanaşı, özəl şirkətlərə də aiddir. İşəgötürənlər qanunvericiliyin tələblərinə əməl etməli, işçilər isə hüquqlarının pozulmasına yol verməməli və zərurət yarandıqda hüquqi müdafiə vasitələrindən istifadə etməlidirlər.

Yusif

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sənədsiz tikilən ev boşanma zamanı necə bölünür? – Hüquqi prosedur necə həyata keçirilir?

Ailə münasibətlərinə xitam verilərkən ər-arvad arasında yaranan əmlak mübahisələri bəzən daha mürəkkəb xarakter alır. Xüsusilə nikah dövründə inşa edilmiş, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış evlərin boşanma zamanı necə bölünməsi tərəflər üçün ciddi suallar yaradır. Belə vəziyyətlərdə bir çoxları düşünür ki, əmlakın rəsmi sənədinin olmaması onun bölünməsini mümkünsüz edir. Halbuki sənədsiz əmlakla bağlı mübahisələrdə də tərəflərin çəkdiyi xərclər, tikintiyə sərf olunan vəsait və əmlakın faktiki dəyəri hüquqi baxımdan əhəmiyyət daşıya bilər.Hüquqşünas Lamiyə Tahirova Citypost.az-a açıqlamasında bildirib ki, nikah dövründə tikilmiş, lakin müvafiq sənədləri olmayan evlərin bölünməsi zamanı ilk növbədə həmin əmlaka sərf edilən vəsait və onun faktiki dəyəri müəyyənləşdirilməlidir. Bu...

06 Noyabr 2026, 11:40

Birgə yaşayış dövründə götürülən kredit boşanma zamanı ər-arvad arasında bölünə bilərmi?

Ailə münasibətlərinə xitam verilməsi zamanı tərəflər arasında yaranan əsas mübahisələrdən biri də nikah dövründə əldə edilmiş əmlakın və götürülmüş borc öhdəliklərinin necə bölüşdürülməsidir. Xüsusilə ər və ya arvaddan birinin birgə yaşayış dövründə bankdan kredit götürməsi, lakin sonradan boşanma baş verdikdə həmin borcun digər tərəflə bölüşdürülməsini tələb etməsi hüquqi baxımdan bir sıra suallar yaradır. Bu zaman ən çox maraq doğuran məsələlərdən biri kreditin yalnız bir tərəfin adına rəsmiləşdirilməsinə baxmayaraq, digər həyat yoldaşının da həmin borca görə məsuliyyət daşıyıb-daşımamasıdır.Vəkil Əminə İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, nikah dövründə götürülən hər bir kredit avtomatik olaraq ər-arvadın ümumi borcu hesab edilmir. Belə hallarda əsas məsələ...

06 Noyabr 2026, 10:40

Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal

Azərbaycanda avtomobil idarə edən sürücülərin böyük əksəriyyəti əsas yol hərəkəti qaydalarını — sürət həddini aşmamağı, qırmızı işıqda keçməməyi və təhlükəsizlik kəmərini bağlamağı yaxşı bilir. Lakin elə situasiyalar var ki, sürücülər adət etdikləri vərdişlərin və ya kiçik ehtiyatsızlıqların cərimə ilə nəticələndiyindən xəbərsiz olurlar. Yol hərəkəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş bu xırda detal kimi görünən qaydalar, əslində həm büdcənizə, həm də sürücülük balınıza ciddi təsir göstərə bilər.CityPost.az  sükan arxasında tez-tez qarşılaşdığımız və cəriməyə səbəb olan həmin situasiyaları təqdim edir:Pəncərədən atılan kiçik bir zibilin baha başa gəlməsi Hərəkətdə olarkən və ya işıqforda gözləyərkən pəncərədən siqaret kötüyü, tullantı və ya salfet atmaq sadəcə mədəniyyətsizlik deyil,...

05 Noyabr 2026, 13:56

Ana vəfat etdikdən sonra ev övladlarından hansına qalır? – Bacı və qardaşın da vərəsəlik hüququ varmı?

Valideyn vəfat etdikdən sonra onun adına olan evin övladlardan birinin adına rəsmiləşdirilməsi zamanı digər ailə üzvlərinin vərəsəlik hüququ ilə bağlı suallar yaranır. Xüsusilə mərhum valideynin evində övladlarından yalnız biri yaşayıb qeydiyyatda olduqda, digər bacı və qardaşların həmin əmlakdan pay tələb edib-etməyəcəyi müzakirə mövzusuna çevrilir. Bəzi hallarda isə evdə yaşayan övladın həyat yoldaşının da vəfat etməsi vərəsəlik məsələsini daha da mürəkkəbləşdirir. Bəs ana vəfat etdikdən sonra onun adına olan evdə yaşayan övlad mənzili öz adına keçirə bilərmi? Digər bacı və qardaşların həmin evə münasibətdə miras payı qalırmı?Vəkil Samir Süleymanov Citypost.az-a açıqlamasında bildirib ki, ananın vəfatından sonra onun mülkiyyətində olan ev üzrə...

05 Noyabr 2026, 10:30

Evdə üç ildən artıq qeydiyyatda olan şəxsin razılığı olmadan mənzil satıla bilər? – Vəkildən AÇIQLAMA

Bəzi vətəndaşlar uzun müddət yaşadıqları və ya qeydiyyatda olduqları evin gələcəkdə satılması zamanı onların razılığının tələb olunub-olunmayacağı ilə maraqlanırlar. Xüsusilə bir mənzildə üç ildən artıq qeydiyyatda olan şəxslər həmin ünvanda qeydiyyat müddətinin onlara müəyyən mülkiyyət və ya satışa müdaxilə hüququ verib-vermədiyini aydınlaşdırmağa çalışırlar. Bəs evdə uzun müddət qeydiyyatda olmaq həmin mənzilin satılması zamanı şəxsin razılığını zəruri edirmi? Ev sahibi mənzili başqa şəxsə satmaq və ya bağışlamaq istədikdə qeydiyyatda olanların hüquqları necə qorunur?Vəkil Əli Qəmbərov Citypost.az-a açıqlamasında bildirib ki, şəxsin hər hansı mənzildə qeydiyyatda olma müddəti onun həmin əmlak üzərində mülkiyyət hüququ əldə etməsi demək deyil. Onun sözlərinə görə, vətəndaşın evdə...

05 Noyabr 2026, 09:30

Bank borcuna görə məhkəməsiz əmlaka həbs qoyula bilər? – Vəkildən AÇIQLAMA

Bank qarşısında kredit və ya digər maliyyə öhdəliyi olan şəxslər bəzən ödənişləri gecikdirdikdə məsələni yalnız bankın xəbərdarlıqları və məhkəmə müraciəti ilə məhdudlaşan proses kimi qiymətləndirirlər. Lakin qanunvericilikdə borcun tutulması ilə bağlı məhkəmədənkənar mexanizmlər də nəzərdə tutulub. Belə hallardan biri notarius tərəfindən aparılan icra qeydi institutudur. Bu mexanizm müəyyən şərtlər daxilində kreditorun məhkəməyə müraciət etmədən borcun tutulması prosesinə başlamasına imkan yarada bilər. Bəs notariusun icra qeydi nə deməkdir, bu sənəd əsasında borclunun əmlakına yönəlmək mümkündürmü və vətəndaşlar belə hallarla qarşılaşmamaq üçün nələrə diqqət etməlidirlər?Vəkil Lamiyə Tahirova Citypost.az-a açıqlamasında bildirib ki, borclunun bank və ya digər kreditor qarşısında öhdəliyini vaxtında yerinə yetirməməsi...

05 Noyabr 2026, 08:30