Bizə yazın

Baku

-°C

USD

-

Məhkəmədən xəbərsiz qalan şəxsin nikahı pozula bilərmi? – VƏKİL AÇIQLADI

Hüquq 09 Noyabr 2026, 10:00

446

Bəzən vətəndaşlar uzun müddət həyat yoldaşları ilə əlaqə saxlamadıqları və ya məhkəmə bildirişlərindən xəbər tutmadıqları üçün nikahlarının pozulduğunu sonradan öyrənirlər. Belə hallar xüsusilə məhkəmə proseslərində iştirak etməyən, ünvanını və ya əlaqə nömrəsini dəyişdiyi halda bu barədə müvafiq məlumatları yeniləməyən şəxslər arasında baş verə bilər. Bəs həyat yoldaşlarından birinin xəbəri olmadan nikah pozula bilərmi? Məhkəmə boşanma prosesində tərəflərdən birinin iştirak etməməsi halında hansı qərarı verə bilər?

Vəkil Lalə Salmanova Citypost.az-a açıqlamasında bildirib ki, müəyyən hallarda tərəflərdən biri boşanma qərarından yalnız xeyli müddət sonra xəbər tuta bilər. Belə vəziyyətlərdə əsas məsələ məhkəmə prosesinin qanunvericiliyin tələblərinə uyğun aparılması və tərəflərin lazımi qaydada məlumatlandırılmasıdır.

Vəkilin sözlərinə görə, boşanma ilə bağlı məhkəməyə müraciət edildikdə prosesdə iştirak edən tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalıdır. Məhkəmə bildirişləri qanunvericilikdə nəzərdə tutulan qaydada göndərilir. Bu, poçt vasitəsilə, elektron sistem üzərindən və digər qanuni məlumatlandırma üsulları ilə həyata keçirilə bilər.

Lalə Salmanova qeyd edib ki, bəzən məhkəmə tərəfindən göndərilən bildiriş vətəndaşa faktiki olaraq çatmaya bilər. Məsələn, şəxs yaşayış ünvanını dəyişə, poçt göndərişini vaxtında əldə edə bilməyə, mobil telefon nömrəsini yeniləyə və ya elektron bildirişdən xəbərsiz qala bilər. Nəticədə məhkəmə prosesindən məlumatı olmayan şəxs barəsində müəyyən prosessual qərarlar qəbul edilə bilər.

Hüquqşünas bildirib ki, burada mühüm məqam məhkəmənin tərəfi qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumatlandırıb-məlumatlandırmamasıdır. Yəni şəxsin məhkəmə iclasında iştirak etməməsi avtomatik olaraq onun məlumatlandırılmadığı anlamına gəlmir. Eyni zamanda, bildirişin göndərilməsi ilə onun lazımi qaydada təqdim edilmiş hesab olunması arasında da hüquqi fərqlər mövcuddur.

Vəkilin sözlərinə görə, tərəflərdən birinin məhkəmə iclasına gəlməməsi boşanma prosesinin mütləq dayandırılması demək deyil. Əgər həmin şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılıbsa, lakin üzrlü səbəb olmadan iclasa gəlmirsə, məhkəmə işə onun iştirakı olmadan baxılması məsələsini həll edə bilər.

O vurğulayıb ki, belə hallarda şəxsin məhkəməyə gəlməməsi və ya prosesə münasibət bildirməməsi avtomatik şəkildə boşanmaya razılıq verməsi kimi qiymətləndirilməməlidir. Məhkəmə tərəflərin mövqeyini, nikahın pozulması üçün hüquqi əsasları və işin digər hallarını araşdıraraq qərar qəbul edir.

Lalə Salmanova əlavə edib ki, vətəndaşların bu kimi hallarla üzləşməməsi üçün elektron məhkəmə sistemindən istifadə etməsi olduqca vacibdir. Onun sözlərinə görə, hər bir şəxs "Elektron məhkəmə" informasiya sistemində şəxsi kabinet yaratmalı və həmin kabinet vasitəsilə özü ilə bağlı məhkəmə işlərini, daxil olan bildirişləri və prosessual sənədləri mütəmadi izləməlidir.

Hüquqşünas bildirib ki, elektron məhkəmə kabineti yalnız boşanma məsələləri üçün deyil, ümumiyyətlə, vətəndaşın iştirak etdiyi və ya barəsində baxılan müxtəlif məhkəmə işləri ilə bağlı məlumat əldə etməsi baxımından əhəmiyyətlidir. Şəxsi kabinetin mütəmadi yoxlanılması məhkəmə prosesindən xəbərsiz qalmaq riskini azalda bilər.

Vəkil diqqətə çatdırıb ki, vətəndaş sonradan xəbər tutduğu boşanma qərarının qanunsuz olduğunu düşünürsə, ilk növbədə məhkəmə işinin materialları ilə tanış olmalıdır. Bildirişlərin hansı ünvana və hansı üsulla göndərildiyi, onların təqdim edilib-edilmədiyi, məhkəmə iclaslarının necə keçirildiyi araşdırılmalıdır.

Əgər şəxsin məhkəmə prosesi barədə lazımi qaydada məlumatlandırılmadığı və bunun nəticəsində öz hüquqlarını müdafiə etmək imkanından məhrum olduğu müəyyən edilərsə, qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəmə qərarından şikayət vermək və buraxılmış prosessual müddətin bərpasını tələb etmək məsələsi qaldırıla bilər.

Beləliklə, həyat yoldaşlarından birinin faktiki olaraq boşanma prosesindən xəbərsiz qalması mümkündür. Lakin bu, məhkəmənin həmin şəxsi məlumatlandırmadan istənilən halda nikahı poza biləcəyi demək deyil. Əsas şərt tərəflərin qanunvericiliyə uyğun qaydada xəbərdar edilməsi və hər birinin hüquqlarını müdafiə etmək imkanının təmin olunmasıdır. Vətəndaşların elektron məhkəmə kabineti yaratması, əlaqə və yaşayış məlumatlarını aktual saxlaması, daxil olan bildirişləri izləməsi gələcəkdə belə hüquqi problemlərin qarşısını almağa kömək edə bilər.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

3 yaşınadək uşağı olan anaları işdən çıxaranları hansı cəza gözləyir?

Himayəsində azyaşlı uşağı olan anaların işdən çıxarılması məsələsi əmək qanunvericiliyində xüsusi qaydada tənzimlənir. Bəzi hallarda müəssisələrdə struktur dəyişikliyi və işçi ixtisarı aparılarkən azyaşlı uşağı olan qadınların da əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərarlar qəbul edilir. Lakin qanunvericilik müəyyən kateqoriyadan olan işçilərin hüquqlarını qoruyur və işəgötürənlərin belə şəxslərlə əmək münasibətlərinə xitam verməsini məhdudlaşdırır.Vəkil Cavanşir Qasımzadə Citypost.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilərin dairəsi müəyyənləşdirilib.Vəkilin sözlərinə görə, həmin maddəyə əsasən, üç yaşınadək uşağı olan qadınlarla, eləcə də üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvinə...

09 Noyabr 2026, 09:00

Sənədsiz tikilən ev boşanma zamanı necə bölünür? – Hüquqi prosedur necə həyata keçirilir?

Ailə münasibətlərinə xitam verilərkən ər-arvad arasında yaranan əmlak mübahisələri bəzən daha mürəkkəb xarakter alır. Xüsusilə nikah dövründə inşa edilmiş, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış evlərin boşanma zamanı necə bölünməsi tərəflər üçün ciddi suallar yaradır. Belə vəziyyətlərdə bir çoxları düşünür ki, əmlakın rəsmi sənədinin olmaması onun bölünməsini mümkünsüz edir. Halbuki sənədsiz əmlakla bağlı mübahisələrdə də tərəflərin çəkdiyi xərclər, tikintiyə sərf olunan vəsait və əmlakın faktiki dəyəri hüquqi baxımdan əhəmiyyət daşıya bilər.Hüquqşünas Lamiyə Tahirova Citypost.az-a açıqlamasında bildirib ki, nikah dövründə tikilmiş, lakin müvafiq sənədləri olmayan evlərin bölünməsi zamanı ilk növbədə həmin əmlaka sərf edilən vəsait və onun faktiki dəyəri müəyyənləşdirilməlidir. Bu...

06 Noyabr 2026, 11:40

Birgə yaşayış dövründə götürülən kredit boşanma zamanı ər-arvad arasında bölünə bilərmi?

Ailə münasibətlərinə xitam verilməsi zamanı tərəflər arasında yaranan əsas mübahisələrdən biri də nikah dövründə əldə edilmiş əmlakın və götürülmüş borc öhdəliklərinin necə bölüşdürülməsidir. Xüsusilə ər və ya arvaddan birinin birgə yaşayış dövründə bankdan kredit götürməsi, lakin sonradan boşanma baş verdikdə həmin borcun digər tərəflə bölüşdürülməsini tələb etməsi hüquqi baxımdan bir sıra suallar yaradır. Bu zaman ən çox maraq doğuran məsələlərdən biri kreditin yalnız bir tərəfin adına rəsmiləşdirilməsinə baxmayaraq, digər həyat yoldaşının da həmin borca görə məsuliyyət daşıyıb-daşımamasıdır.Vəkil Əminə İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, nikah dövründə götürülən hər bir kredit avtomatik olaraq ər-arvadın ümumi borcu hesab edilmir. Belə hallarda əsas məsələ...

06 Noyabr 2026, 10:40

Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal

Azərbaycanda avtomobil idarə edən sürücülərin böyük əksəriyyəti əsas yol hərəkəti qaydalarını — sürət həddini aşmamağı, qırmızı işıqda keçməməyi və təhlükəsizlik kəmərini bağlamağı yaxşı bilir. Lakin elə situasiyalar var ki, sürücülər adət etdikləri vərdişlərin və ya kiçik ehtiyatsızlıqların cərimə ilə nəticələndiyindən xəbərsiz olurlar. Yol hərəkəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş bu xırda detal kimi görünən qaydalar, əslində həm büdcənizə, həm də sürücülük balınıza ciddi təsir göstərə bilər.CityPost.az  sükan arxasında tez-tez qarşılaşdığımız və cəriməyə səbəb olan həmin situasiyaları təqdim edir:Pəncərədən atılan kiçik bir zibilin baha başa gəlməsi Hərəkətdə olarkən və ya işıqforda gözləyərkən pəncərədən siqaret kötüyü, tullantı və ya salfet atmaq sadəcə mədəniyyətsizlik deyil,...

05 Noyabr 2026, 13:56

Ana vəfat etdikdən sonra ev övladlarından hansına qalır? – Bacı və qardaşın da vərəsəlik hüququ varmı?

Valideyn vəfat etdikdən sonra onun adına olan evin övladlardan birinin adına rəsmiləşdirilməsi zamanı digər ailə üzvlərinin vərəsəlik hüququ ilə bağlı suallar yaranır. Xüsusilə mərhum valideynin evində övladlarından yalnız biri yaşayıb qeydiyyatda olduqda, digər bacı və qardaşların həmin əmlakdan pay tələb edib-etməyəcəyi müzakirə mövzusuna çevrilir. Bəzi hallarda isə evdə yaşayan övladın həyat yoldaşının da vəfat etməsi vərəsəlik məsələsini daha da mürəkkəbləşdirir. Bəs ana vəfat etdikdən sonra onun adına olan evdə yaşayan övlad mənzili öz adına keçirə bilərmi? Digər bacı və qardaşların həmin evə münasibətdə miras payı qalırmı?Vəkil Samir Süleymanov Citypost.az-a açıqlamasında bildirib ki, ananın vəfatından sonra onun mülkiyyətində olan ev üzrə...

05 Noyabr 2026, 10:30

Evdə üç ildən artıq qeydiyyatda olan şəxsin razılığı olmadan mənzil satıla bilər? – Vəkildən AÇIQLAMA

Bəzi vətəndaşlar uzun müddət yaşadıqları və ya qeydiyyatda olduqları evin gələcəkdə satılması zamanı onların razılığının tələb olunub-olunmayacağı ilə maraqlanırlar. Xüsusilə bir mənzildə üç ildən artıq qeydiyyatda olan şəxslər həmin ünvanda qeydiyyat müddətinin onlara müəyyən mülkiyyət və ya satışa müdaxilə hüququ verib-vermədiyini aydınlaşdırmağa çalışırlar. Bəs evdə uzun müddət qeydiyyatda olmaq həmin mənzilin satılması zamanı şəxsin razılığını zəruri edirmi? Ev sahibi mənzili başqa şəxsə satmaq və ya bağışlamaq istədikdə qeydiyyatda olanların hüquqları necə qorunur?Vəkil Əli Qəmbərov Citypost.az-a açıqlamasında bildirib ki, şəxsin hər hansı mənzildə qeydiyyatda olma müddəti onun həmin əmlak üzərində mülkiyyət hüququ əldə etməsi demək deyil. Onun sözlərinə görə, vətəndaşın evdə...

05 Noyabr 2026, 09:30