Dağlıq ərazilərdə qar örtüyünün hündürlüyü 33 sm-ə çatıb
Cəmiyyət 10 Noyabr 2026, 11:37
322
Mövsüm Əliyev haqqında MARAQLI FAKTLAR
Professor Qulu Məhərrəmlinin yazısı.Bu günlər daha qürurla dalğalanan üçrəngli bayrağımız təkcə Cümhuriyyətin rəmzi və nişanəsi deyil, həm də onun ruhudur. Dövlət Byrağı günündə hələ sovet dövründə həmin ruhu yaşadan və təbliğ edən bir şəxsiyyət- Azərbaycan Cümhuriyyətinin ilk tədqiqatçısı Mövsüm Əliyev haqqında danışmağı vacib sayıram. Müstəqillik dövründə Cümhuriyyət haqqında yazanların çoxu onun "Odlar yurdu" qəzetində çap olunmuş silsilə məqalələrinə istinad edirdi, çünki publisistika olsa da ilkin mənbə sayılırdı. Onun haqqında çox yazıb, çox danışıblar. Amma Rais Rəsulzadənin dediyi heç yadımdan çıxmır: "Hələ sovet dövrü idi. Bir gün emalatxanama ortayaşlı bir adam gəldi, salam-kəlamdan sonra soruşdu ki, siz babanızın kim olduğunu bilirsizmi? Heç...
10 Noyabr 2026, 11:41
Bakıda məşhur xəstəxana bağlanır
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.Citypost.az Baku.ws-ə istinadən xəbər verir ki, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur.Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüblər. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.Qeyd edək ki, Saray qəsəbəsində modul tipli vərəm dispanseri fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində isə 9 saylı Ağciyər və Vərəm Dispanseri yerləşir....
10 Noyabr 2026, 11:26
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür.Citypost.az xatırladır ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən...
10 Noyabr 2026, 10:46
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb.Citypost.az “Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir.Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb, ürəyi sızıldayıb.Görüntülərini də heç tanımadığı biri çəkərək paylaşıb.
10 Noyabr 2026, 10:44
Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb
Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub."Report"un yerli bürosu xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilib.Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Ali Sevim abidə önünə gül çələngi qoyub.Anım mərasimində dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.Sonra...
10 Noyabr 2026, 09:58
Günel Natiqdən ETİRAZ: “Atamın şəxsi məlumatları da təhrif olunub, saxtalaşdırılıb”
Jurnalist Günel Natiq Azərbaycan Radiosunun 100 illik yubileyi münasibətilə hazırlanan ensiklopediyada atasının bioqrafik məlumatlarının təhrif edilməsinə etiraz edib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycan Televiziyası (AzTV) tərəfindən hazırlanan ensiklopediyada təkcə özünün deyil, mərhum atasının da şəxsi məlumatlarının yanlış təqdim olunduğunu bildirib.Günel Natiq qeyd edib ki, uzun illər Dövlət Televiziyasında çalışan tərcüməçi və jurnalist Natiq Səfərovun ən məşhur proqramı “Natəvan qızlar klubu” olub. Onun sözlərinə görə, məhz bu proqramın uğuruna görə atası vaxtilə nadir hallarda təqdim edilən və pulla əldə olunması mümkün olmayan həqiqi “Qızıl qələm” mükafatına layiq görülüb.Jurnalist ensiklopediyada atasının fəaliyyəti ilə bağlı “Komsomol həyatı” ifadəsinin...
10 Noyabr 2026, 09:51