Bizə yazın

Baku

-°C

USD

-

Azər Həsrətdən TƏKLİF: İranın səfirliyi yerləşən küçəyə Albert Aqarunovun adı verilsin

Cəmiyyət 11 Noyabr 2026, 08:26

332

Siyasi şərhçi Azər Həsrət Bakıda yerləşən Bünyad Sərdarov küçəsinin adının dəyişdirilməsini və küçəyə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının verilməsini təklif edib.
Citypost.az xəbər verir ki, Azər Həsrət bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Siyasi şərhçi qeyd edib ki, İranın Bakıdakı səfirliyi Bünyad Sərdarov küçəsində yerləşir. Onun fikrincə, vaxtilə bolşevik hərəkatının üzvü olmuş Bünyad Sərdarovun adının paytaxtın mərkəzi küçələrindən birində saxlanılması məqsədəuyğun deyil.
Azər Həsrət Bünyad Sərdarovu Şaumyanın tərəfdarlarından biri və antimilli mövqedə dayanmış şəxs kimi xarakterizə edib. O hesab edir ki, küçənin adı dərhal dəyişdirilməli və onun yerinə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Albert Aqarunovun adı verilməlidir.
Siyasi şərhçi təklifinin reallaşdırılması üçün dövlət qurumlarından müvafiq addım gözlədiyini bildirib.
Azər Həsrət paylaşımında fikirlərini belə ifadə edib:“İranın Bakıdakı səfirliyi Bünyad Sərdarov küçəsində yerləşir. Bu zat da bolşevik olub. Yəni antimilli – Şaumyanın adamı. İndi xeyir ola, biz onun adını Bakının tam ortasında belə əzizləyirik? O ad dərhal dəyişdirilməlidir! Yerinə, misal üçün, müstəqil Azərbaycandan ötrü canını fəda etmiş Qarabağ şəhidi Albert Aqarunovun adı verilməlidir. Niyə də yox? Dövlət babadan hərəkət gözləyirik”.
Qeyd edək ki, Albert Aqarunov Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş tank komandiridir.
Turan

Problemlərinizi bizə bildirin

077 323 55 66

UNEC rektoru Çinin yeni kadr siyasəti barədə fikir bildirib

Çində dövlət idarəçiliyində kadr siyasəti ilə bağlı yeni yanaşma diqqət çəkib. Artıq ölkədə dövlət qurumlarında yüksək vəzifələrə yalnız Çin universitetlərində təhsil almış məzunların təyin ediləcəyi bildirilir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov sosial şəbəkə hesabında paylaşım edib.Rektor qeyd edib ki, əvvəllər xaricdə təhsil alaraq Çinə qayıdan məzunlar ölkədə yüksək qiymətləndirilən və istedadlı kadrlar kimi xarakterizə olunurdular. Lakin hazırda bu yanaşmada dəyişiklik müşahidə edilir.Ədalət Muradovun sözlərinə görə, Çində dövlət qurumlarında yüksək vəzifələrə təyinat zamanı ölkə daxilində təhsil almaq əsas şərtlərdən birinə çevrilir.UNEC rektoru Çinin bu qərarının nə dərəcədə doğru olduğunu zamanın göstərəcəyini bildirib...

11 Noyabr 2026, 08:07

Vətən Müharibəsi Qəhrəmanının büstünün açılışı olub

Zaqatalada Vətən müharibəsi qəhrəmanı, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan DİN-in Daxili Qoşunların zabiti Şixamir Qaflanovun büstünün açılışı olub. Citypost.az xəbər verir ki, qəhrəmanın adını daşıyan Humanitar Fənlər Gimnaziyasında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Polis Şöbəsinin, eləcə də digər hüquq-mühafizə orqanlarının əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Ş.Qaflanovun keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən, qəhrəmanlıqlarından söz açıblar. Sonra tədbir iştirakçıları Vətən Müharibəsi Qəhrəmanın büstü önünə əklil və...

11 Noyabr 2026, 08:00

Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər

Abşeron rayonunun Masazır kəndində, "Yeni Bakı" yaşayış kompleksinin yaxınlığında yerləşən və 4 saylı məktəbə aparan yoldakı iri dəmir dirək hər an aşmaq təhlükəsi ilə üz-üzədir.Citypost.az  xəbər verir ki, dirəyin ətrafındakı torpağın boşalması onun dayanıqlılığını itirməsinə səbəb olub. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, problem uzun müddətdir davam edir.Yağışlı havalarda isə dirəyin dibindəki torpaq daha da boşalır və aşma riski artır. Vəziyyət xüsusilə məktəblilərin təhlükəsizliyi baxımından narahatlıq doğurur. Belə ki, hər gün yüzlərlə şagird bu yoldan istifadə edərək dərsə gedib-gəlir.Şagirdlər təhlükəli dirəyin yanından keçərkən qorxduqlarını, hətta riskdən yayınmaq üçün palçıqlı alternativ yollardan istifadə etdiklərini bildirirlər.Ərazidə çoxmərtəbəli yaşayış binalarının da yerləşməsi yolu gün...

10 Noyabr 2026, 23:28

Prezident xanımı ilə Türkiyəyə getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib.CityPost.az   xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin üzvü Mövlud Çavuşoğlu, Antalya şəhərinin valisi Hulusi Şahin və...

10 Noyabr 2026, 22:13

Batumidə Zəfər və Dövlət Bayrağı günləri təntənə ilə qeyd olunub

Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Batumi şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Türkiyə və İran İslam Respublikasının Batumi şəhərindəki baş konsulları, diplomatik korpusun nümayəndələri, Batumidə fəaliyyət göstərən “Mirzə Fətəli Axundzadə adına gürcü və azərbaycanlıların Acarıstan Muxtar Respublikasındakı Xeyriyyə Cəmiyyəti”nin sədri Rövşən Namazov, SOCAR-ın Batumi nümayəndəliyinin rəhbəri Səfər Əlizadə, SOCAR-ın Kulevi Qara Dəniz Neft Terminalının rəhbəri İsmayıl Kərimov və terminalın kollektivi, regionda yaşayan azərbaycanlılar, tələbələr, diaspor və icma üzvləri, eləcə də çoxsaylı qonaqlar iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin...

10 Noyabr 2026, 18:00

Cavanşir küçəsindəki tikinti işləri müzakirə yaratdı

Qanunsuz tikinti işləri aparılır.Citypost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə belə bir iddia yayılıb.İddialara görə, paytaxtın Xətai rayonu, Cavanşir küçəsində yerləşən obyektdə qanunsuz tikinti işləri aparılıb. Ətrafdakı sakinlərin sözlərinə görə, uzun müddətdir ki, həmin tikili mövcuddur.Obyekt nümayəndəsinin sözlərinə görə, onlar həmin yeri anbar kimi işlədiblər. Həmin tikilinin tam qanuni olduğunu deyib, çıxarışını təqdim edib. Aparılan işlərin isə təmir-bərpa olduğu deyil.Obyekt nümayəndəsi təmir-bərpa işlərinin yekunlaşmamasına səbəb kimi son 2 gündür yağan yağışlar olduğunu göstərib....

10 Noyabr 2026, 17:45