Bizə yazın

Baku

-°C

USD

-

ABŞ-da ölüm hökmünə dəstək 55 ilin ən aşağı səviyyəsinə düşüb

Dünya 11 Noyabr 2026, 00:50

489

ABŞ-da ölüm hökmünün tətbiqini dəstəkləyənlərin sayı son 55 ilin minimumuna enib. Yeni sorğuya əsasən, amerikalıların 49 faizi ölüm hökmünün tərəfdarı, 45 faizi isə əleyhdarıdır.

Citypost.az ABŞ KİV-lərinə istinadən xəbər verir ki, bu nəticələr “Gallup” təşkilatının oktyabrın 1-dən 19-dək 1200 nəfər arasında keçirdiyi sorğuda əksini tapıb.

Sorğuya görə, Respublikaçıların 73 faizi, müstəqil seçicilərin 50 faizi, Demokratların isə cəmi 28 faizi ölüm hökmünü dəstəkləyir. Yaşı 50-dən yuxarı olanların əksəriyyəti bu cəzanın tərəfdarı olduğu halda, gənclər arasında əks mövqe üstünlük təşkil edir.

Qeyd edək ki, ABŞ-da bu il 35 nəfər edam edilib. Ölkənin 23 ştatında ölüm hökmü ləğv olunub, Kaliforniya, Oreqon və Pensilvaniyada isə moratorium tətbiq edilir.

Turan

Problemlərinizi bizə bildirin

077 323 55 66

Salvador qoşunları Haitidə dəstə qərargahını dağıdıb

Salvador Prezidenti Nayib Bukele ölkəsinin Haitiyə göndərilən hərbi qüvvələrinin nüfuzlu cinayətkar dəstələrdən birinin qərargahını məhv etdiyini açıqlayıb.Citypost.az france24.com-a istinadən xəbər verir ki, Bukele bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.O bildirib ki, Salvador əsgərləri “400 Mawozo” dəstəsinin qərargahını və onun lideri Lanmo San Jounun evini dağıdıblar. Hücumun Port-o-Prens yaxınlığındakı Krua-de-Buke şəhərində baş verdiyi bildirilir.Məlumata görə, əməliyyat zamanı təxminən 20 nəfər öldürülüb. Dəstə liderinin isə hücum vaxtı evdə olmadığı qeyd olunur.Qeyd edək ki, Salvador son həftələrdə Haitiyə 2000-dən çox hərbçi göndərib. Bu addım ölkədə dəstə zorakılığının qarşısını almaq və itkin düşən dörd Salvador əsgərinin axtarışı ilə əlaqələndirilir.Beynəlxalq Amnistiya Təşkilatı Salvador qüvvələrinin...

11 Noyabr 2026, 00:44

Erməni mediası arqumentlərdən niyə çəkinir?

Panorama.am saytına girişimin bloklanması düşündürücü suallar yaradır: Fərqli fikrə cavab vermək əvəzinə onun müəllifini susdurmaq daha asandırmı?Jurnalistikanın əsas prinsiplərindən biri həqiqəti axtarmaq, fərqli mövqeləri dinləmək, faktları üzə çıxarmaq və ictimai müzakirəyə şərait yaratmaqdır. Mətbuatın gücü onun yalnız özünə sərf edən fikirləri yaymasında deyil, ən sərt tənqidlərə belə dözümlü yanaşmasında, qarşı tərəfin arqumentlərini dinləməsində və onlara tutarlı cavab verməsindədir. Təəssüf ki, Ermənistan mediasının bəzi nümayəndələrinin bu prinsipə münasibəti ilə bağlı düşündürücü bir hadisə ilə qarşılaşmışam.Ermənistanın Panorama.am xəbər portalına daxil olmaq istədiyim zaman saytın təhlükəsizlik sistemi tərəfindən bloklandığımı gördüm. Ekranda ingilis dilində bir bildiriş vardı: “You are unable to access panorama.am”. Bildirişdə...

10 Noyabr 2026, 18:52

İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib

İraqın Maysan əyalətində "Əl-Zəhraa" qızlar məktəbinin 61 şagirdi boğulma əlamətləri ilə xəstəxanaya yerləşdirilib."Report" xəbər verir ki, bu barədə İraqın INA agentliyi əyalətin Səhiyyə Departamentinə istinadən məlumat yayıb."Əl-Zəhraa" qızlar məktəbində şagirdlər arasında 61 boğulma halı qeydə alınıb. Hadisənin səbəbləri hələ müəyyən edilməyib", - məlumatda bildirilib.Qeyd olunub ki, bütün zərərçəkənlər tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.Bir həftə əvvəl eyni məktəbdə oxşar hadisə qeydə alınmışdı. O zaman boğulma əlamətləri ilə 84 şagird tibbi yardım üçün müraciət etmişdi....

10 Noyabr 2026, 18:35

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

SEPAH-ın yeni raket şəhəri təqdim olunub.APA-nın Tehran bürosunun Tasnimə istinadən verdiyi məlumata görə, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhəri Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Əli Abdullahının və SEPAH Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvinin iştirakı ilə təqdim olunub.Təqdimat zamanı müxtəlif növ ballistik və qanadlı raketlər, eləcə də onların buraxılış qurğuları nümayiş etdirilib.

10 Noyabr 2026, 18:30

Pezeşkian özünə yeni müşavir təyin edib

İran Prezidenti Məsud Pezeşkian Hüseyn Füruzanı azad ticarət-sənaye və xüsusi iqtisadi zonalar üzrə müşaviri təyin edib.Citypsot.az IRNA agentliyinə istinadən xəbər verir ki, Pezeşkian yeni müşavirə mövcud resurs və imkanlardan istifadə etməklə hökumətin iqtisadi inkişaf proqramının həyata keçirilməsinə töhfə verməyi tapşırıb.Füruzan bu istiqamətdə təklif və tövsiyələrin hazırlanmasına da dəstək göstərəcək. (Modern.az)

10 Noyabr 2026, 18:09

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb.Citypost.az xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb.Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğundan şübhələnib.Ovçu tabuta yaxınlaşaraq atəş açacağı ilə hədələyib. Bu zaman tabutun içindən aptek köşkünün sahibi olan gənc çıxıb. Hadisə yerindən keçən və dərman bitkiləri topladığı bildirilən bir şəxs ovçuya kömək edərək gənci kəndə aparıb.Tabutdan çıxan kişinin kəndə gətirilməsi sakinlərin böyük marağına səbəb olub. Bəziləri hadisə ilə bağlı polisə müraciət etməyi təklif edib.İlkin məlumata görə, gənc qədim inanclara əsaslanan ayin...

10 Noyabr 2026, 17:52