Bizə yazın

Baku

-°C

USD

-

“Tarixi danmaq olar, izini silmək əsla” – Əməkdar jurnalistdən KƏSKİN AÇIQLAMA

Siyasət 11 Noyabr 2026, 01:21

384

Başqasının Haqqına girənə din  yox, oğurluq deyilir.

Bunlar düzələn deyil. Erməniləri deyirəm. Xislətlərinin bəlasını çəkib bitirməmiş, yenə də oyunlara başlayıblar. İrəvanda Azərbaycanlılara məxsus Göy məscidin iclas zalına erməni şairin adını veriblər.. Hətta onun  büstünü qoymaq kimi bir  planlarl da varmış.

Bütün  bu " tamaşa"nın  şahidi və iştirakçısı  kim olsa yaxşıdı?

Özlərini " İslam dayağı" hesab edən bir ölkənin Vitse-prezidenti.Həmid Purməhəmmədi. Bu Vitse- prezident bir az da irəli gedərək Yeqişe Çarentsini" İran mədəniyyətinin dostu" da adlandırıb. 

Olsun. Onsuzda  illərdi ki, İranın molla rejimi bütün əməlləri ilə Ermənistanın "dostu "olduğunu demədən göstərib.Otuz illik işğal dönəmində  də bunu dəfələrlə isbatlaylb.İndi  sözümüzün canı bu deyil." Məsələ molla rejiminin Vitse - prezidentinin göz görəsi yalanı və oğurluğudu.

Adamnan soruşarlar ki, sizə  məxsus olmayan bir məbədə , onun bir guşəsinə nə haqla ad verirsiz?

O məscidin kimə məxsus olduğunu bilə -bilə onu necə " özününkü",  "mədəniyyəti"nin bir hissəsi   hesab edirsiz?

Doğrudanmı bu məscidin 1760- cı ildə İrəvan xanı Hüseynəli  xanın əmri ilə tikintisinə başlanıldığından  və 1766 - 1767  cı ildə tamamlandığlndan xəbərsizsiz?

Bilirsiz. Çox yaxşı bilirsiz ki, o məscid Azərbaycanın tarixi və mədəni irsidi.Sadəcə dünyanı dərəbəylik bilib də ,milli mədəni irsimizi  oğurlamağa cəhd edirsiz

Ağayi Vitse -prezidentin , "mollakratların"unutduğu məqamları bir daha yada salaq.Adını ölkənizin  adına pərçimlədiyiniz İslamın ən mühüm prinsplərindən biri - başqasının haqqına girməməkdi.

Belə də sual olunur.Məxsus olmadığınız  bir tarixi - mədəni irsi öz adına çıxmaq, onun izlərini başqa adla təqdim etmək, hansı dini dəyərlərə sığır?

Sığmır əlbəttə ki. Başqasının  haqqını mənimsəməyə din yox,  oğurluq deyirlər.

Bu arada  özünüzü, əməllərinizi  çox da "islam təəssübkeşi""dayağı",  "dirəyi"  kimi epitetlərlə   pərdələməyin. Sizin etdiyinizin nəinki dinə, heç insanlığa da dəxli yoxdu.. Olsa olsa bu islam adına bir ayıbdı. Ləkədi. hələ onu demirik ki, bu bütün Azərbaycana təhqirdi. 50 milyonluq azərbaycanlıya  hörmətsizlikdi.

Bilin.  Tarixi danmaq olar, izini silmək əsla. Həqiqəti   oğurlamaqsa ümimiyyətlə  mümkün deyil, heç  olmayacaq da...

Kiminlə dostluq etməyinizdən asılı olmayaraq....

Bəturə Nəbiyeva

Əməkdar jurnalist

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli: “Tarixdə ATATÜRK kimi qaldı”  

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı professor, media eksperti Qulu Məhərrəmli paylaşım edib.Citypost.az xəbər verir ki, professor sosial şəbəkə hesabında Atatürkün tarixi xidmətlərini və Türkiyənin taleyində oynadığı mühüm rolu vurğulayıb.Qulu Məhərrəmli qeyd edib ki, Atatürk Türkiyəni parçalamağa çalışan qüvvələrə qarşı mübarizə aparıb, ağır sınaqlardan keçərək çökmüş imperiyanın xarabalıqları üzərində yeni dövlət – Türkiyə Cümhuriyyətini qurub.Professorun sözlərinə görə, Atatürk yalnız Türkiyənin deyil, bütövlükdə dünyanın tarixində iz qoymuş böyük sərkərdə və siyasətçi kimi yadda qalıb.Qulu Məhərrəmli paylaşımını bu sözlərlə yekunlaşdırıb:“Tarixdə ATATÜRK kimi qaldı. Anım günündə ehtiramla yad edirik”.Turan...

11 Noyabr 2026, 01:05

Qulamhüseyn Əlibəyli: Ədalətli sülhün əsas şərti Ukraynanın məcburiyyətsiz qəbul etdiyi razılaşmadır

Nəhayət ki, Əbu-Dabidə gözlənilən görüş baş tutdu Rusiya və Ukrayna nümayəndələri fevraldan bəri ilk dəfə olaraq Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə üz-üzə oturub 4 saat müzakirə apardılar. Bu görüşdə konkret nəticə əldə olunmasa da Vaşinqton görüşü məhsuldar, Kiyev isə konstruktiv adlandırdı. Görüş Rusiyanın tələbinə uyöun olaraq Avropa İttifaqının nümayəndələrinin iştirakı olmadan keçirildi.Rusiya ilə Ukraynanın atəşkəs və hətta hərbi əməliyyatların tamamilə  dayandırılması, humanitar tədbirlər, əsirlərin mübadiləsi kimi məsələləri Avropanın iştirakı olmadan daha məhdud formatlarda müzakirəsi, ABŞ-ın bu prosesdə vasitəçi və ya təminatçı rolunu oynaması tamamilə normal hesab oluna bilər. Lakin atəşkəsdən və ya müharibədən sonrakı təhlükəsizlik sistemi, sanksiyaların gələcəyi və Ukraynanın bərpası ...

11 Noyabr 2026, 01:00

Razi Nurullayev erməni partiya rəhbəri ilə görüşdü – NƏLƏR MÜZAKİRƏ OLUNDU?

Razi Nurullayev Vyanada “İşıqlı Ermənistan” Partiyasının rəhbəri Edmond Marukyanla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında məlumat paylaşıb.R. Nurullayev bildirib ki, beynəlxalq təşkilatların təşkilatçılığı ilə keçirilən ənənəvi görüşlər çərçivəsində Avstriya Milli Müdafiə Akademiyasında baş tutan müzakirələr açıq və konstruktiv atmosferdə keçib.Görüşdə regiondakı vəziyyət, Azərbaycan və Ermənistandakı siyasi proseslər, sülh müqaviləsinin perspektivləri və TRIPP layihəsi ətrafında fikir mübadiləsi aparılıb.Nurullayevin sözlərinə görə, əvvəllər radikal mövqeləri ilə seçilən bəzi erməni siyasi dairələrində konstruktiv yanaşmaya meyillər müşahidə olunur. O, bunu davamlı sülhün formalaşması baxımından əhəmiyyətli tendensiya adlandırıb.Razi Nurullayev müzakirələrdə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsini qaldırdığını vurğulayıb:“Ermənistan Konstitusiyasında Azərbaycana...

10 Noyabr 2026, 17:42

Ermənistan üçtərəfli Bəyanatı niyə TƏHRİF EDİR? - ŞƏRH

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Üçtərəfli Bəyanatın altıncı ildönümü Ermənistan mediasında yenidən geniş müzakirələrə səbəb olub. Lakin bu müzakirələrdə diqqət çəkən məqam sənədin hüquqi məzmunundan daha çox onun Ermənistanın daxili siyasi mübarizəsində istifadə edilməsidir. Bəzi erməni nəşrləri və siyasi qüvvələr müharibənin nəticələrini, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və sonrakı prosesləri elə təqdim etməyə çalışırlar ki, sanki Ermənistanın üzləşdiyi bütün problemlərin məsuliyyəti Azərbaycanın üzərinə düşür.Citypost.az xəbər verir ki, bu barədə Oxu24.com-a açıqlamsında ekspert Şəmsi Qoca deyib."NEWS.am 9 noyabr tarixli materialında bəyanatın doqquz bəndindən bir sıra öhdəliklərin yerinə yetirilmədiyini iddia edir. Xüsusilə əsirlərin dəyişdirilməsi və regional nəqliyyat əlaqələrinin açılması məsələləri...

10 Noyabr 2026, 16:14

Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH

İrəvanın tarixi Göy məscidində erməni şairinin adının yaşadılması və büstünün qoyulması təşəbbüsü təkcə mədəni tədbir deyil. Bu hadisə Azərbaycanın tarixi-mədəni irsinə münasibəti, Ermənistanın mənimsəmə siyasətini və İranın regional maraqlarını yenidən gündəmə gətirir.İrəvanda baş verənlərə baxın! Bir vaxtlar İrəvan xanı Hüseynəli xanın təşəbbüsü ilə tikilmiş, Azərbaycan tarixinin və memarlıq irsinin yadigarı olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarensin adı verilir. Bununla da kifayətlənmirlər, həmin zalda Çarensin büstünün qoyulması planlaşdırılır. Mərasimdə isə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şəxsən iştirak edir.Adamdan soruşarlar: Göy məscid hara, Yeğişe Çarens hara? Məscid hara, şair büstü hara? Məscidin öz tarixi, öz qurucusu, öz milli-mədəni yaddaşı...

10 Noyabr 2026, 14:43

4 şəhərimizdəki hava limanlarının koordinatlarını SEPAH-a kim ötürüb? – ŞOK AD

“Azərbaycanın bir neçə rusdilli saytı Rusiyanın “Telegram” kanallarına istinadən İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiklərini yazıb. Yayımlanan məlumatlara görə, İran kəşfiyyat məqsədilə Çin kosmik şirkəti olan “Emposat”dan Azərbaycanın hərbi aerodromlarının və hava limanlarının peyk görüntülərini istəyib. Tələb olunan məlumatların Tehrana təqdim edildiyi bildirilib. Söhbət Gəncə, Füzuli, Laçın və Naxçıvan hava limanlarından gedir”.Citypost.az "Yeni Sabah"a istinadən  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib:Politoloq bildirib ki, məlumatda Çinin “Emposat” şirkətinin 2026-cı ilin əvvəlindən İranla əməkdaşlıq etdiyi də yazılıb: İnternet mağaza“Bundan başqa Çinin  “Earth Eye” şirkətinin də İslam İnqilabı Keşikçiləri Koprusu (SEPAH) ilə peyk üzərindən kəşfiyyat sahəsində əməkdaşlıq...

10 Noyabr 2026, 12:40