Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək
Cəmiyyət 17 Noyabr 2026, 11:55
301
Bir ixrac gömrük bəyannaməsi üzrə rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi müəyyənləşib.
Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Həmçinin oxuyun
Belə ki, bir ixrac gömrük bəyannaməsi üzrə rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarının məbləği qədər, lakin 1 000 manatdan yuxarı olmamaqla müəyyən ediləcək.
Türkiyə Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.“38 il əvvəl milli dirçəliş ruhu ilə müstəqilliyə doğru addımlayan və Qarabağda böyük qələbə qazanan Azərbaycan Türkü qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edirik”, – paylaşımda bildirilib.
17 Noyabr 2026, 11:45
Bakıda avtomobildən 576 ədəd pirotexniki vasitə aşkarlandı
Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Citypost.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsindən 7 karton qutuda 2 adda ümumilikdə 576 ədəd pirotexniki vasitə aşkar olunub.Faktla bağlı araşdırma aparılır....
17 Noyabr 2026, 11:34
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllimlə görüşüb.Bu barədə APA-ya nazirlikdən məlumat verilib.Bildirilib ki, görüşdən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla birgə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov və nazirliyin əməkdaşları da iştirak ediblər.Görüş zamanı son illərdə ölkənin təhsil sistemində həyata keçirilən islahatlar, təhsilin məzmununun müasir çağırışlara uyğunlaşdırılması, müəllimlərin sertifikatlaşdırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, işə qəbul, qiymətləndirmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən...
17 Noyabr 2026, 11:20
Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-sı Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.“Qafqazinfo” xəbər verir ki, görüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-leytenant” və “general-mayor” ali hərbi rütbələrinin verilməsi haqqında Azərbaycan Prezidentinin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.General-polkovnik Zakir Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.Təltif olunan zabitlər - Zaur Rüstəmov, Hikmət Əliyev və Elnur Ələsgərli öz növbələrində göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər....
17 Noyabr 2026, 11:17
Tanınmış bloger Ehtiram Fərzəlibəyov şirkətinin rəhbərliyindən getdi
Tibbi avadanlıq və ləvazimatların təchizatı sahəsində fəaliyyət göstərən "Araş" firmasında rəhbər dəyişikliyi baş verib.Citypost.az xəbər verir ki, şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsindən ayrılıb. Onun yerinə Əli Abdullayev təyin olunub.Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən "Araş" firmasının nizamnamə kapitalı 100 manatdır.Şirkət mütəmadi olaraq dövlət qurumlarının iri satınalmalarında qalib olur. Belə ki, son illərdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə milyonluq müqavilələr imzalanıb.Ehtiram Fərzəlibəyov həmçinin Azərbaycanda tanınmış kulinar, food və travel bloqerdir. O, müxtəlif ölkələrin mətbəxi, restoranlar və səyahətlər haqqında sosial şəbəkələrdə paylaşımlar edir.O, həmçinin kulinariya mövzusunda kitabların müəllifidir...
17 Noyabr 2026, 11:15
FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib
Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.Fövqəladə Hallar Nazirliyindən Citypost.az-a verilən məlumata görə, FHN tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsində onların həyat və sağlamlığı üçün təhlükəli vəziyyətlərin yaranması halları qeydə alınır:"Belə ki, Nazirliyin “112” qaynar telefon xəttinə azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı mütəmadi olaraq məlumatlar daxil olur. Daxil olmuş müraciətlər əsasında FHN-in müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində təkcə son 15 gün ərzində 32 uşaq xilas edilərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verilib.Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar...
17 Noyabr 2026, 10:47