Bakıda reklam agentliyinin direktoru həbs olundu
Hadisə 17 Noyabr 2026, 12:00
275
Bakıda reklam agentliyinin direktoru xırda xuliqanlıqda təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Citypost.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qəbul edilib.
Bildirilib ki, 1993-cü il təvəllüdlü, Gədəbəy rayonundan olan şəxs “Zen Agency” reklam agentliyinin direktoru Elvin Həsənovdur. O, Binəqədi rayonunda yerləşən “Vest Taun”(West Town) yaşayış kompleksində tanışı ilə mübahisə edərək ictimai asayişi pozmaqda ittiham olunub.
Məhkəmə materiallarına görə, tərəflər əvvəllər İT sahəsində birlikdə çalışıblar. Onların arasında pul və borc münasibətləri zəminində narazılıq yaranıb. Telefon danışığı zamanı problemi həll edə bilməyən şəxslər yaşayış binasının həyətində görüşüblər. Görüş zamanı mübahisə böyüyüb və tərəflər arasında sözlü qarşıdurma yaranıb.
Hadisə ilə bağlı zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə və polisə müraciət edərək hücuma məruz qaldığını və təhqir olunduğunu bildirib.
Həmçinin oxuyun
Polis araşdırması zamanı reklam agentliyinin direktorunun tanışına qarşı təhqiramiz ifadələr işlətdiyi və yaşayış kompleksinin ərazisində səs-küy saldığı müəyyən edilib.
Məhkəmə onun əməlini İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) maddəsi ilə tövsif edib. Nəticədə direktor 8 gün müddətinə inzibati qaydada həbs olunub. Həbs müddəti saxlanıldığı vaxtdan – saat 02:50-dən hesablanacaq.
Qeyd edək ki, “Zen Agency” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Elvin Ellaz oğlu Həsənovdur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 40-dır.
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 49 kiloqram 950 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində iki hal olmaqla 39 kiloqram 700 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.Faktlar üzrə əməliyyat-istintaq tədbirləri...
17 Noyabr 2026, 11:39
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı
Gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində - “Neftçilər” metro stansiyası yaxınlığında insident baş verib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.Bildirilib ki, gənc oğlan sərxoş halda gecə klubundan çıxaraq 10 DK 111 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobili yaxınlıqdakı mağazaya çırpıb. Bu zaman onunla birgə olan qadın yola çıxaraq dava-dalaş salıb. Əlbəyaxa dava və təhqiramiz ifadələrlə müşayiət edilən hadisə ətrafdakıların diqqətini çəkib və narahatlığa səbəb olub.Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırma aparılır.***Əldə etdiyimiz məlumata görə, hadisəni törədən avtomobil polis əməkdaşları tərəfindən mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.Araşdırmanın nəticəsindən asılı olaraq, mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət veriləcək....
17 Noyabr 2026, 11:26
9 ayda yol qəzalarında 500 nəfər həyatını itirib
2026-cı ilin yanvar-sentyabr aylarında 838 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.Məlumata görə, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz azalaraq 1140 nəfər olub. Onlardan 500 nəfər həlak olub, 640 nəfər isə yaralanıb. Hadisələrin 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.Yol-nəqliyyat hadisələrinin 82,9 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalaraq 345 nəfər,...
17 Noyabr 2026, 10:49
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
Şəmkir rayonunda evdən iki nəfərin meyiti aşkarlanıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Belə ki, evlərin birində kişi və qadının meyiti tapılıb.Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.Meyitləri aşkarlanan şəxslərin kimliyi və ölüm səbəbləri barədə hələlik məlumat verilməyib.Faktla bağlı araşdırma aparılır.
16 Noyabr 2026, 21:49
Gəncədə 42 yaşlı kişi dördüncü mərtəbədən yıxılıb
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.Belə ki, şəhər sakini 1984-cü il təvəllüdlü A. Baxışəliyev beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.42 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.A. Baxışəliyevin hansı şəraitdə yıxılması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.
16 Noyabr 2026, 20:15
Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq aksesuar oğurlanıb
Ağcabədi rayonunda qəbiristanlıqdan mərmər aksesuarlar oğurlanıb.APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb.Bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gələn sakinlər qəbirüstü abidələrin üzərindəki mərmər gül qablarının oğurlandığını aşkar ediblər.Kənd sakinlərinin iddiasına görə, oğurlanan əşyaların ümumi dəyəri 10 min manatdan çoxdur.Sakinlər hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verdiklərini bildiriblər.Qeyd olunan faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır....
16 Noyabr 2026, 16:37