Bizə yazın

Baku

-°C

USD

-

Gələn ildən gəlir vergisi bu qədər olacaq

İqtisadiyyat 17 Noyabr 2026, 11:48

278

Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır.

Citypost.az “Qafqazinfo”a  istinadən  xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək tətbiq olunacaq.

Dəyişikliklərə görə, 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan vergi qanunvericiliyinə görə, 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılır.

Xatırladaq ki, Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştlərin müddəti artırılmayıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,92 dollar və ya 3,82% azalaraq 98,76 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 102,68 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

17 Noyabr 2026, 09:50

Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar

"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq".Citypost.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, qanunvericiliyə əsasən, pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiya məbləğləri hər altı ildən bir yenidən hesablanır. Bu zaman həmin müddət ərzində toplanmış pensiya kapitalı nəzərə alınır:"2026-cı ildə altı illik əmək fəaliyyətini tamamlayan vətəndaşların pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq artırılacaq.Digər pensiyaçıların məbləğlərindəki artım isə illik indeksləşdirmə mexanizmi əsasında həyata keçirilir....

16 Noyabr 2026, 18:45

Deputat: "Aparıcı banklar Azərbaycana cəlb edilməlidir"

​Dünyanın aparıcı bankları Azərbaycana cəlb edilməlidir.Citypost.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq maliyyə əməliyyatlarının, eləcə də regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkədə fəaliyyət göstərməsi üçün imkanlar yaradır: "Hazırda Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən müəssisələrin sayı 65,5 mini ötüb. Ölkədə xarici markalı avtomobillərin istehsal olunduğu müəssisədə 1 300-dən artıq insan çalışır, ötən il orada 52 mindən çox avtomobil istehsal edilib. Bundan başqa, Çinin aparıcı elektromobil istehsalçısı ilə əməkdaşlıq həyata keçirilir"."Özbəkistanda da xarici kapitalın iştirakı...

16 Noyabr 2026, 16:35

Minimum maaşla bağlı müjdə: 100 manat artım...

Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir.Citypost.az xəbər verir ki, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır.Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. (Oxu.az)

16 Noyabr 2026, 16:18

Azərbaycan üzərindən tranzit yükdaşımalarının həcmi açıqlandı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12 081,7 min ton, dəniz nəqliyyatı ilə 5 370,1 min ton və avtomobil nəqliyyatı ilə 8490,6 min ton yük daşınıb.Dövlət Statistika Komitəsindən Citypost.az-a verilən məlumata görə, hesabat dövründə Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 447 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 3886,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6 867,2 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə 14 741,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 7 507,2 min ton təşkil edib."Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 47 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 46,6 faizini...

16 Noyabr 2026, 10:19

Azərbaycan nefti bahalaşdı

Azərbaycan neftinin qiyməti artıb.Citypost.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı neftin bir bareli 2,8 dollar və ya 2,8 faiz qalxaraq 102,68 dollara çatıb.Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

14 Noyabr 2026, 09:59