Bizə yazın

Baku

-°C

USD

-

Almaniya XİN başçısı Yohan Vadeful Azərbaycana gələcək

Cəmiyyət 17 Noyabr 2026, 13:02

355

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad

“Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz”.Citypost.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə iradını bildirib: “Bura danışmaqxana deyil. Parlament etikasından və leksikasından istifadə edin. İkincisi, reqlamentin 5 dəqiqəyə keçirilməsi təklif edildi, səsə qoyuldu və qəbul edildi. Ürəyiniz nə qədər istəyirsə, danışın”....

17 Noyabr 2026, 13:04

İnternet 3 ay olmayacaq, banklardakı pullar silinəcək?

Azərbaycanda noyabrın 17-dən etibarən internetin kəsiləcəyi, bank hesablarındakı vəsaitlərin sıfırlanacağı və əhalinin alış-veriş üçün nağd puldan istifadə etməli olacağı barədə şayiələr yayılır. Sosial şəbəkələrdə yayılan paylaşımlarda hətta qlobal internetin üç ay müddətinə dayandırılacağı iddia edilir.Citypost.az Trend-ə istinadla xəbər verir ki, sözügedən şayiələrin yayılmasına ABŞ-da noyabrın 17-də yəni bu gün keçirilməsi planlaşdırılan fövqəladə xəbərdarlıq sisteminin sınağı ilə bağlı məlumatlar səbəb olub.Həmin sınaq sosial şəbəkələrdə təhrif edilərək qlobal internetin dayandırılması, bank sistemlərinə kiberhücum və hesabların sıfırlanması kimi təqdim edilir. Halbuki ABŞ-ın rəsmi qurumlarının açıqlamalarında belə bir plan nəzərdə tutulmayıb.Yayılan paylaşımlarda iddia olunur ki, hakerlər internetə qoşulmuş sistemləri sıradan çıxaracaq, bank hesablarındakı balanslar...

17 Noyabr 2026, 13:00

Azərbaycan və Polşa MN arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə Polşa Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsinin nümayəndə heyəti Polşada rəsmi səfərdə olub.MN-dən Citypost.az-a verilən xəbərə görə, Polşa Milli Müdafiə Nazirliyinin Hərbi Tibb Xidməti Departamentində keçirilən görüşdə hərbi tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə təlim və təhsil proqramları, elmi-tədqiqat layihələri və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.Səfər çərçivəsində nümayəndə heyəti Varşava Hərbi Tibb İnstitutunda, Lodz Hərbi Tibb Akademiyasında və Hərbi Aviasiya Təbabəti İnstitutunda olub. Görüşlər zamanı hərbi tibb kadrlarının hazırlanması, müasir tibbi infrastruktur, ixtisasartırma proqramları və aviasiya təbabəti sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.Qeyd edilib ki, səfər iki...

17 Noyabr 2026, 12:45

Sabah Bakıətrafı ərazilərə az yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz Naxçıvan MR-nın bəzi yerlərində arabir yağıntılı olacağı, dağlıq ərazilərində qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-19° isti, dağlarda 3-8° şaxta, gündüz 5-10°...

17 Noyabr 2026, 12:40

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana rəsmi səfərə yollanıb

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfərə yollanıb.Citypost.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.Nazir səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.Mariam Kvrivişvili Baş nazir Əli Əsədov və bir neçə nazirlə də görüşəcək.Görüşlərdə iki ölkə arasında iqtisadi və enerji sahəsində əməkdaşlıq məsələləri, cari və planlaşdırılan birgə layihələr, eləcə də strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunacaq.Naziri səfərdə müavinləri - Genadi Arveladze və İnqa Pxaladze, “Gürcüstan Dövlət Elektrosistemi”nin Baş direktoru David Vardiaşvili və təhlükəsizlik və monitorinq üzrə direktor Levan Sxvedianidən ibarət nümayəndə heyəti müşayiət edəcək....

17 Noyabr 2026, 12:34

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

Gürcüstanın Gəlirlər Xidməti ölkədən avtomobillərin təkrar ixracına (re-export) 450 lari (təqribən 295 AZN) məbləğində rüsum müəyyən edib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki,  ölkənin yerli “Jnews” portalına istinadən xəbər verir ki, bu barədə qərar noyabrın 16-dan qüvvəyə minib.Bildirilib ki, indiyədək təkrar ixrac prosedurunun gömrük rəsmiləşdirilməsi üçün ödəniş Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində həyata keçirilirdi və təxminən 600 lari (təqribən 394 AZN) təşkil edirdi. İndi isə bu məbləğdən əlavə olaraq 450 lari də ödənilməlidir.Məlumata görə, hazırda Gürcüstandan avtomobillərin təkrar ixracında azalma müşahidə edilir. Belə ki,  2026-cı ilin ilk 9 ayı ərzində ümumi dəyəri 1,5 milyard dollar olan 63 141 avtomobil təkrar ixrac...

17 Noyabr 2026, 12:25