Bizə yazın

Baku

-°C

USD

-

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana rəsmi səfərə yollanıb

Cəmiyyət 17 Noyabr 2026, 12:34

315

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfərə yollanıb.

Citypost.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Nazir səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.

Mariam Kvrivişvili Baş nazir Əli Əsədov və bir neçə nazirlə də görüşəcək.

Görüşlərdə iki ölkə arasında iqtisadi və enerji sahəsində əməkdaşlıq məsələləri, cari və planlaşdırılan birgə layihələr, eləcə də strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunacaq.

Naziri səfərdə müavinləri - Genadi Arveladze və İnqa Pxaladze, “Gürcüstan Dövlət Elektrosistemi”nin Baş direktoru David Vardiaşvili və təhlükəsizlik və monitorinq üzrə direktor Levan Sxvedianidən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakıətrafı ərazilərə az yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz Naxçıvan MR-nın bəzi yerlərində arabir yağıntılı olacağı, dağlıq ərazilərində qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-19° isti, dağlarda 3-8° şaxta, gündüz 5-10°...

17 Noyabr 2026, 12:40

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

Gürcüstanın Gəlirlər Xidməti ölkədən avtomobillərin təkrar ixracına (re-export) 450 lari (təqribən 295 AZN) məbləğində rüsum müəyyən edib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki,  ölkənin yerli “Jnews” portalına istinadən xəbər verir ki, bu barədə qərar noyabrın 16-dan qüvvəyə minib.Bildirilib ki, indiyədək təkrar ixrac prosedurunun gömrük rəsmiləşdirilməsi üçün ödəniş Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində həyata keçirilirdi və təxminən 600 lari (təqribən 394 AZN) təşkil edirdi. İndi isə bu məbləğdən əlavə olaraq 450 lari də ödənilməlidir.Məlumata görə, hazırda Gürcüstandan avtomobillərin təkrar ixracında azalma müşahidə edilir. Belə ki,  2026-cı ilin ilk 9 ayı ərzində ümumi dəyəri 1,5 milyard dollar olan 63 141 avtomobil təkrar ixrac...

17 Noyabr 2026, 12:25

Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək

Bir ixrac gömrük bəyannaməsi üzrə rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi müəyyənləşib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.Belə ki, bir ixrac gömrük bəyannaməsi üzrə rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarının məbləği qədər, lakin 1 000 manatdan yuxarı olmamaqla müəyyən ediləcək....

17 Noyabr 2026, 11:55

Türkiyə Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.“38 il əvvəl milli dirçəliş ruhu ilə müstəqilliyə doğru addımlayan və Qarabağda böyük qələbə qazanan Azərbaycan Türkü qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edirik”, – paylaşımda bildirilib.

17 Noyabr 2026, 11:45

Bakıda avtomobildən 576 ədəd pirotexniki vasitə aşkarlandı

Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Citypost.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsindən 7 karton qutuda 2 adda ümumilikdə 576 ədəd pirotexniki vasitə aşkar olunub.Faktla bağlı araşdırma aparılır....

17 Noyabr 2026, 11:34

Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllimlə görüşüb.Bu barədə APA-ya nazirlikdən məlumat verilib.Bildirilib ki, görüşdən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla birgə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov və nazirliyin əməkdaşları da iştirak ediblər.Görüş zamanı son illərdə ölkənin təhsil sistemində həyata keçirilən islahatlar, təhsilin məzmununun müasir çağırışlara uyğunlaşdırılması, müəllimlərin sertifikatlaşdırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, işə qəbul, qiymətləndirmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən...

17 Noyabr 2026, 11:20