Bizə yazın

Baku

-°C

USD

-

Müddətsiz əlillik dayandırıla bilərmi? – VƏKİL AÇIQLADI

Hüquq 18 Noyabr 2026, 09:00

535

Müddətsiz əlillik statusu alan şəxslərin hüquqları, bu statusun hansı hallarda dayandırıla bilməsi və qanunvericilikdə edilən dəyişikliklərin əvvəlki əlillik qərarlarına təsiri cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Xüsusilə uzun illər əlillik statusu əsasında pensiya və ya müavinət alan şəxslərin sonradan bu hüquqdan məhrum edilməsi ciddi narahatlıq yaradır. Bəs müddətsiz əlillik statusu hansı hallarda ləğv edilə bilər? Yeni meyarlar əvvəllər əlillik təyin edilmiş şəxslərə də şamil oluna bilərmi?

Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Cahangir Qasımzadə bildirib ki, müddətsiz əlillik anlayışının özü şəxsin əlillik statusunun konkret zaman aralığı ilə məhdudlaşdırılmadığını ifadə edir. Onun sözlərinə görə, şəxs əvvəlki dövrlərdə müəyyən müddətə əlillik statusu aldıqdan sonra növbəti qiymətləndirmə zamanı ona müddətsiz əlillik təyin edilibsə, bu qərarın hüquqi nəticələri nəzərə alınmalıdır.

Vəkil qeyd edib ki, müddətsiz əlillik statusunun verilməsi təsadüfi qərar deyil. Bu status müvafiq tibbi və hüquqi meyarlar əsasında müəyyən edilir. Şəxs əvvəlcə beş il müddətinə əlillik alıb, növbəti mərhələdə yenidən beş il müddətinə həmin statusu təsdiqlədib və daha sonra ona müddətsiz əlillik təyin edilibsə, artıq bu qərarın öz hüquqi əsası var. Belə bir vəziyyətdə inzibati orqan yalnız yeni qaydaların və ya meyarların tətbiqinə istinad etməklə şəxsin əvvəlki hüquqi vəziyyətini avtomatik olaraq dəyişdirməməlidir.

Cahangir Qasımzadənin sözlərinə görə, burada əsas məsələlərdən biri yeni normativ tələblərin əvvəlki qərarlara münasibətdə necə tətbiq edilməsidir. Əgər əlilliyin müəyyən edilməsi ilə bağlı meyarlar sonradan dəyişdirilibsə, həmin dəyişikliklərin yeni müraciət edən şəxslərə tətbiqi ilə əvvəllər qüvvədə olan qaydalar əsasında status almış vətəndaşların hüquqlarının məhdudlaşdırılması eyni məsələ deyil. Vəkil hesab edir ki, sonradan qəbul edilmiş qaydalar əvvəlki dövrə aid hüquqi münasibətlərə geriyə qüvvə ilə tətbiq edilməməli, vətəndaşın əvvəlki qərar əsasında əldə etdiyi hüquqlar qorunmalıdır.

Hüquqşünas vurğulayıb ki, inzibati orqanlar vətəndaşın əlillik statusu ilə bağlı qərar qəbul edərkən onun əvvəlki tibbi sənədlərini, əlilliyin hansı əsaslarla müəyyən edildiyini və həmin dövrdə qüvvədə olan hüquqi tələbləri nəzərə almalıdırlar. Sadəcə yeni siyahının və ya meyarların qüvvəyə minməsi əvvəlki qərarların hüquqi əsasının avtomatik aradan qalxması demək deyil. Bununla belə, hər bir konkret işdə qərarın hansı əsasla qəbul edildiyi və sonradan hansı hüquqi halın yarandığı ayrıca qiymətləndirilməlidir.

Vəkil bu məsələdə daha bir ciddi problemin – dövlət qurumlarının informasiya sistemləri arasında məlumatların inteqrasiyası zamanı yaranan uyğunsuzluqların olduğunu bildirib. Onun sözlərinə görə, bəzi hallarda vətəndaş uzun illər əlillik statusuna malik olur, həmin status əsasında pensiya və ya müavinət alır, lakin sonradan elektron sistemdə məlumatların düzgün əks olunmaması və ya inteqrasiya edilməməsi səbəbindən onun əlilliyinin müəyyən olunmadığı barədə nəticə ortaya çıxır.

Cahangir Qasımzadə buna nümunə olaraq 1999-cu ildən əlillik statusu olan və 2026-cı ilin mart ayınadək həmin status əsasında ödəniş alan şəxsin vəziyyətini göstərib. Vəkilin sözlərinə görə, 27 il ərzində əlilliklə bağlı ödəniş alan şəxsin məlumatları elektron sistemdə düzgün əks olunmadıqda, birdən-birə onun əlilliyinin müəyyən edilmədiyi bildirilə bilər. Halbuki belə bir vəziyyətdə ilk növbədə məlumatların niyə sistemdə görünmədiyi, əvvəlki qərarların və ödənişlərin hansı əsasla rəsmiləşdirildiyi araşdırılmalıdır.

Hüquqşünas hesab edir ki, dövlət qurumları öz informasiya sistemlərindəki texniki və ya təşkilati problemlərin nəticəsini vətəndaşın üzərinə qoymamalıdır. Əgər şəxsin əlillik statusunu təsdiq edən əvvəlki qərarlar mövcuddursa və o, uzun illər həmin qərarlar əsasında sosial təminat hüququndan istifadə edibsə, məlumatların sistemdə görünməməsi həmin qərarların hüquqi qüvvəsini öz-özünə aradan qaldırmır. Belə hallarda inzibati orqan məsələni araşdırmalı, zəruri məlumatları əldə etməli və vətəndaşa əsaslandırılmış cavab verməlidir.

Vəkil bildirib ki, əlillik statusunun dayandırılması və ya sosial ödənişin kəsilməsi şəxsin gündəlik həyatına birbaşa təsir edir. Çünki əlilliyə görə pensiya və ya müavinət alan insanların bir çoxu üçün bu vəsait əsas, bəzən isə yeganə gəlir mənbəyidir. Bir neçə yüz manatlıq ödənişin dayandırılması həmin şəxsin dərman, müalicə, qida və digər gündəlik ehtiyaclarını qarşılamaqda ciddi çətinlik yaratmasına səbəb ola bilər. Buna görə də belə qərarlar qəbul edilərkən xüsusilə diqqətli və məsuliyyətli davranılmalıdır.

Cahangir Qasımzadənin sözlərinə görə, vətəndaşın hüququnun bərpası üçün məhkəməyə müraciət etməsi mümkündür. Təcrübədə bəzi işlərdə məhkəmələr inzibati orqanlardan qərarlarının hüquqi və faktiki əsaslarını izah etməyi tələb edir. Məsələn, şəxs 27 il ərzində əlillik statusu əsasında ödəniş alıbsa, sonradan həmin statusun və ya ödənişin dayandırılması zamanı inzibati orqan bu dəyişiklik üçün konkret əsasları göstərməlidir. Sadəcə elektron sistemdə məlumatın görünməməsi və ya məlumatların inteqrasiya olunmaması şəxsin hüququnun məhdudlaşdırılması üçün yetərli əsas kimi təqdim edilməməlidir.

Vəkil əlavə edib ki, məhkəməyə müraciət etmək hüququnun mövcudluğu problemin vətəndaş üçün asan həll edildiyi anlamına gəlmir. Şəxs əvvəlcə inzibati orqana müraciət etməli, cavab almalı, zərurət olduqda məhkəmə prosesinə başlamalı və qərardan narazı qaldıqda qanunla nəzərdə tutulan qaydada yuxarı instansiyalara şikayət verməlidir. Bu proses isə müəyyən vaxt aparır. Nəticədə sosial ödənişə ehtiyacı olan əlilliyi olan şəxs aylarla, bəzi hallarda isə daha uzun müddət maddi çətinliklə üzləşə bilər.

Cahangir Qasımzadə vurğulayıb ki, əlillik statusunun dayandırılması məsələsində əsas prinsip qanunçuluq, hüquqi müəyyənlik və vətəndaşın əvvəlki qərarlardan irəli gələn hüquqlarının qorunması olmalıdır. Müddətsiz əlillik statusu hər hansı halda dəyişdirilə bilməz demək deyil: qanunla nəzərdə tutulan əsaslar mövcud olduqda və müvafiq prosedura əməl edildikdə statusa yenidən baxılması mümkündür. Lakin bu, yeni meyarların tətbiqi və ya elektron sistemdə məlumatın görünməməsi kimi səbəblərlə avtomatik şəkildə həyata keçirilməməlidir.

Vəkilin fikrincə, xüsusilə uzun illər əlillik statusu ilə yaşayan şəxslərin hüquqlarına müdaxilə zamanı inzibati orqanlar hər bir qərarı konkret faktlarla əsaslandırmalı, vətəndaşın təqdim etdiyi sənədləri araşdırmalı və məlumatların düzgünlüyünü təmin etməlidirlər. Əks halda, texniki və inzibati nöqsanların yükü onsuz da sosial baxımdan həssas vəziyyətdə olan insanların üzərinə düşür. Bu isə onların sosial müdafiə hüququnun həyata keçirilməsində ciddi problemlər yarada bilər.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bələdiyyə sənədi olan torpaqda çıxarış almadan ev tikmək mümkündürmü? – Vəkildən AÇIQLAMA

Bələdiyyə sənədi əsasında torpaq sahəsi əldə edən, lakin həmin torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış almayan vətəndaşlar tikinti aparmaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər. Belə şəxsləri maraqlandıran əsas məsələlərdən biri torpaq sahəsinin çıxarışı olmadan evin layihəsini hazırlatmaq və tikintiyə başlamağın mümkün olub-olmamasıdır. Xüsusilə fərdi yaşayış evlərinin inşası zamanı qanunvericilikdə nəzərdə tutulan məlumatlandırma icraatı, tikilinin mərtəbə və hündürlük həddi, eləcə də qonşu torpaq sahələri ilə ara məsafəsi kimi tələblər diqqətə alınmalıdır.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Ədalət Dəmirov bildirib ki, bələdiyyə sənədi olan torpaq sahəsində çıxarış əldə etmədən ev tikmək məsələsi müəyyən hüquqi çətinliklər yarada bilər. Onun sözlərinə görə,...

17 Noyabr 2026, 11:00

İşçini ilk intizam pozuntusuna görə birbaşa işdən çıxarmaq mümkündürmü?

İş yerlərində əmək intizamının pozulması, işçinin üzərinə düşən vəzifələri yerinə yetirməməsi, işə gecikməsi və ya əmək öhdəliklərini düzgün icra etməməsi müəyyən hallarda intizam məsuliyyətinə səbəb ola bilər. Belə vəziyyətlərdə işəgötürən qarşısında mühüm sual yaranır: işçiyə əvvəlcə xəbərdarlıq, töhmət və ya şiddətli töhmət verilməlidir, yoxsa pozuntunun xarakterindən asılı olaraq onunla əmək müqaviləsinə birbaşa xitam vermək mümkündür? Xüsusilə ilk dəfə intizam pozuntusuna yol verən işçinin dərhal işdən azad edilməsi məsələsi əmək münasibətlərində tez-tez müzakirə olunan mövzulardandır.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil İntiqam Hacıyev bildirib ki, əmək qanunvericiliyində intizam tənbehinin tətbiqi zamanı işçiyə mütləq şəkildə əvvəlcə xəbərdarlıq, daha sonra töhmət, ardınca isə...

17 Noyabr 2026, 10:00

Nikah dövründə tikilən, lakin çıxarışı olmayan evə həyat yoldaşının pay hüququ varmı?

Nikah dövründə əldə edilən torpaq sahəsində inşa olunan, lakin rəsmi çıxarışı olmayan evlə bağlı ər-arvad arasında mübahisələr yarana bilər. Xüsusilə evin kommunal xidmətlər üzrə abonent hesablarının yalnız tərəflərdən birinin adına olması və digər həyat yoldaşının daşınmaz əmlak üzərində heç bir sənədinin olmaması bəzən onun hüquqlarının olmadığı düşüncəsini yaradır. Halbuki əmlakın kimin adına rəsmiləşdirilməsi, hansı vəsait hesabına əldə edilməsi və nikah müddətində yaradılması kimi hallar hüquqi baxımdan ayrıca qiymətləndirilməlidir.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Mircavad Miriyev bildirib ki, nikah dövründə əldə edilən torpaq sahəsində tikilmiş evə münasibətdə həyat yoldaşının pay hüququ məsələsi yalnız sənədlərdə kimin adının göstərilməsi ilə müəyyən edilmir....

17 Noyabr 2026, 09:00

Ev sahibi kirayə haqqını istədiyi vaxt artıra bilərmi? – Kirayəçilərin bilməli olduğu hüquqi məqamlar

Kirayə mənzildə yaşayan vətəndaşların qarşılaşdığı ən çox yayılmış problemlərdən biri ev sahibinin kirayə haqqını artırmasıdır. Bəzən mənzil sahibi heç bir əvvəlcədən razılaşma olmadan, kirayəçiyə yeni qiymət təqdim edir və həmin məbləğin ödənilməsini tələb edir. Bu isə kirayəçilər arasında haqlı suallar yaradır: Ev sahibi kirayə haqqını istədiyi vaxt artıra bilərmi? Mövcud müqavilə qüvvədə olduğu halda qiymətin birtərəfli qaydada dəyişdirilməsi qanunidirmi? Kirayəçinin belə vəziyyətdə hansı hüquqları var?Citypost.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, qüvvədə olan kirayə müqaviləsi tərəflər arasında hüquqi münasibətləri və öhdəlikləri müəyyənləşdirir. Əgər müqavilədə kirayə haqqının hansı hallarda və hansı qaydada artırıla biləcəyi barədə xüsusi şərt nəzərdə tutulmayıbsa, ev sahibi...

16 Noyabr 2026, 11:00

Borca görə həbs olunmaq mümkündürmü? – Vəkildən icra bildirişi alan vətəndaşlara vacib AÇIQLAMA

Vətəndaşların bir qismi borc və digər öhdəliklərlə bağlı məhkəmə qərarından sonra icra orqanlarından bildiriş alarkən ciddi narahatlıq keçirir. Xüsusilə bildirişdə 10 gün ərzində borcun könüllü şəkildə ödənilməsi, əks halda məcburi icra tədbirlərinin görüləcəyi, hətta inzibati və cinayət məsuliyyəti yarana biləcəyi qeyd olunduqda insanlar həbs olunacaqlarından ehtiyat edirlər. Maddi imkanı olmayan, işsiz qalan və ya müəyyən səbəblərdən borcunu vaxtında ödəyə bilməyən şəxsləri isə bir sual düşündürür: borcu ödəmək imkanının olmaması insanın azadlıqdan məhrum edilməsinə səbəb ola bilərmi?Vəkil Bəhruz Seyidov Citypost.az-a açıqlamasında bildirib ki, ilk növbədə borcun ödənilməməsi ilə məhkəmə və digər səlahiyyətli orqanların qərarlarının icrasından qərəzli şəkildə yayınma hallarını bir-birindən fərqləndirmək...

16 Noyabr 2026, 10:00

Korrupsiya təkcə pulla olmur – Qanunda diqqətçəkən məqam

Korrupsiya dedikdə insanların böyük əksəriyyətinin ağlına ilk növbədə vəzifəli şəxsə gizli şəkildə pul verilməsi, rüşvət zərfi və ya hansısa qərarın müqabilində maddi maraq təmin edilməsi gəlir. Halbuki korrupsiya anlayışı yalnız nağd pulun verilməsi və ya alınması ilə məhdudlaşmır. Bəzən ortada heç bir pul dövriyyəsi olmadan da vəzifə səlahiyyətlərindən şəxsi maraqlar naminə istifadə edilməsi korrupsiya münasibətlərinin yaranmasına səbəb ola bilər.Təsəvvür edək ki, hər hansı dövlət qurumunun vəzifəli şəxsi yoxlama aparmaq, qərar qəbul etmək və ya müəyyən sənədi təsdiqləmək səlahiyyətinə malikdir. Həmin şəxs vətəndaşdan və ya sahibkardan birbaşa pul tələb etmir. Bunun əvəzinə özünə məxsus obyekt üçün böyük endirim edilməsini, ödənişsiz xidmət...

16 Noyabr 2026, 09:00