Vüsal Əliyev Bolqarıstanda erməni rəqibinə qalib gələrək qızıl medal qazandı
İdman 18 Noyabr 2026, 08:00
513
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Kudo əlbəyaxa döyüş növü üzrə Avropa çempionatı keçirilib.
Citypost.az xəbər verir ki, çempionatda Azərbaycanı təmsil edən Vüsal Əliyev 270 kateqoriyasında uğurla çıxış edərək qızıl medal qazanıb və ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.
Yarışın ilk mərhələsini birbaşa keçən idmançımız növbəti mərhələlərdə İngiltərə və Litva təmsilçilərini məğlub edib. Final qarşılaşmasında isə Bolqarıstanı təmsil edən erməni idmançı üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Beləliklə, Vüsal Əliyev Azərbaycanda Kudo döyüş növü üzrə yeganə dünya çempionu və ikiqat Avropa çempionu kimi növbəti tarixi uğura imza atıb.
Həmçinin oxuyun
İdmançımız qazandığı qələbəni torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edib.
Qeyd edək ki, Vüsal Əliyev 2023-cü ilin may ayında Yaponiyanın paytaxtı Tokioda keçirilən Kudo üzrə Dünya çempionatında dörd döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib, qızıl medal qazanıb və dünya çempionu tituluna layiq görülüb.
Azərbaycanın U-19 millisi Farer adalarına qalib gəlib
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk qələbəsini qazanıb.Citypost.az xəbər verir ki, Farer adalarının müvafiq yaş qrupundan olan kollektivi ilə qarşılaşan komanda səfərdə 2:0 hesablı qələbə qazanıb.Azərbaycanın qollarını 16-cı dəqiqədə Ümid Səlimov və 67-ci dəqiqədə penalti zərbəsindən Mustafa Kamara vurub.Xatırladaq ki, U-19 əvvəlki matçlarında Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə uduzub.
17 Noyabr 2026, 22:00
Ronaldinyonun forması 2700 avroya hərraca çıxarıldı
Braziliyalı sabiq futbolçu Ronaldinyonun 11 ildən sonra meydana çıxdığı ilk rəsmi matçda geyindiyi forma hərraca çıxarılıb.Citypost.azTeleqraf-a istinadən xəbər verir ki, bu barədə “DerbyDerbyDerby” nəşri məlumat yayıb.Ronaldinyo ötən bazar günü İtaliyanın “Ravennа” klubunun heyətində “Forli” ilə qarşılaşmada (2:0) meydana çıxıb. O, matçın ikinci hissəsində 45 dəqiqə oynayıb.Braziliyalı futbolçunun həmin görüşdə geyindiyi və imzaladığı forma hərraca qoyulub. İlkin qiymət 17 min Braziliya realı (2700 avrodan çox) müəyyənləşdirilib.Hərracın başa çatmasına hələ 9 gün qaldığından formanın daha yüksək məbləğə satılacağı gözlənilir....
17 Noyabr 2026, 15:38
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün hakim qaydalarına dair seminar keçirilib
"Neftçi"nin əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.Klubdan Citypost.az-a verilən məlumata görə, "Palms Sports" Futbol Mərkəzində təşkil olunan tədbir AFFA-nın Hakim-inspektorlar komitəsinin üzvü, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və Hakimlər komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.Seminarda komandamızın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.
17 Noyabr 2026, 14:52
Natiq Muxtarlı AFFA rəhbərliyini sərt tənqid etdi: “Futbolumuz dələduzlardan təmizlənsin”
Jurnalist Natiq Muxtarlı Azərbaycan futbolunun maliyyələşdirilməsi, AFFA rəhbərliyinin açıqlamaları və ölkədə klub futbolunun mövcud vəziyyəti ilə bağlı sərt tənqidi fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Natiq Muxtarlı AFFA-nın baş katibi Cahangir Fərəcullayevin dövlətin futbola ayırdığı maliyyəni dayandıracağı təqdirdə Azərbaycanda klub futbolunun Gürcüstan səviyyəsinə düşəcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.Jurnalistin sözlərinə görə, bu cür açıqlamalarla azarkeşlərdə qorxu yaratmağa çalışmaq düzgün yanaşma deyil. O hesab edir ki, Azərbaycan futbolsevərləri uzun illərdir Gürcüstan futbolunun inkişafına həsədlə baxırlar və həmin ölkənin futbolunu gerilik nümunəsi kimi təqdim etmək inandırıcı deyil.Natiq Muxtarlı iddia edib ki, dövlətin futbola ayırdığı vəsaitlər real...
17 Noyabr 2026, 09:43
Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb
Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatına start verilib.Citypost.az xəbər verir ki ki, xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü qələbə qazanıb.Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Georgios Pliasla (Yunanıstan) üz-üzə gəlib. Boksçumuz rəqibinə 3:2 (28:29, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Aşırəliyev ikinci cəhdində ilk mərhələdən azad olan Abdullah Rahalla (İsrail) döyüşəcək.Nicat Alırzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda İdris Ahmed Xlifini (Belçika) üçüncü raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti qarşılaşmasında Edqaras Trotenskislə (Litva) gücünü yoxlayacaq.Hər iki görüş noyabrın 18-də baş...
16 Noyabr 2026, 20:39
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub
2027-ci il mayın 9-13-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıqla əlaqədar yol infrastrukturunun vəziyyəti Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin rəhbər vəzifəli şəxsləri ilə ətraflı müzakirə edilib.Bu barədə Citypost.az-a AzVİF-in mətbuat xidmətindən bildirilib.AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov Azərbaycanın müasir və inkişaf etmiş yol infrastrukturuna malik olduğunu vurğulayaraq bildirib ki, Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) yarışların təşkili zamanı yolların keyfiyyətinə və təhlükəsizlik tələblərinə xüsusi önəm verir. O qeyd edib ki, bu ilin mayında keçirilmiş turnirdə iştirak edən xarici idmançılar, komandalar və rəsmi şəxslər ölkənin yol infrastrukturunu yüksək qiymətləndiriblər.Bununla yanaşı, bəzi marşrutlarda, xüsusilə də onların...
16 Noyabr 2026, 18:20