Bizə yazın

Baku

-°C

USD

-

Əzələ ağrısı ilə ürək ağrısını necə fərqləndirmək olar? – KARDİOLOQ AÇIQLADI

Tibb 18 Noyabr 2026, 08:30

446

Sinə nahiyəsində, sol qolda və kürəkdə yaranan ağrılar hər zaman eyni səbəbdən qaynaqlanmır. Bəzən bu ağrılar fiziki iş, idman və ya əzələlərin həddindən artıq yüklənməsi nəticəsində meydana gəlir. Lakin eyni nahiyələrdə hiss olunan ağrılar ürək-damar sistemi ilə bağlı problemlərin, xüsusilə də stenokardiya və infarktın əlaməti də ola bilər. Buna görə də əzələ ağrısı ilə ürək mənşəli ağrını bir-birindən ayırmaq, təhlükəli simptomları vaxtında tanımaq olduqca vacibdir.

Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən kardioloq-terapevt İslam Əziz bildirib ki, əzələ ağrıları, əsasən, fiziki yüklənmədən, idmandan və ya ağır işdən sonra yaranır. Belə hallarda əzələlər gərilir, dartılır və nəticədə müəyyən nahiyədə ağrı hiss olunur. Bu ağrının xarakteri və yaranma şəraiti ürək mənşəli ağrılardan fərqlənə bilər.

Həkimin sözlərinə görə, əzələ ağrısının əsas xüsusiyyətlərindən biri onun müəyyən bir nöqtədə daha çox hiss olunmasıdır. Həmin nahiyəyə əllə təzyiq göstərdikdə ağrı arta bilər. Eyni zamanda, qolun hərəkət etdirilməsi, yuxarı qaldırılması, irəli və ya yana doğru aparılması zamanı ağrının güclənməsi də əzələ və dayaq-hərəkət sistemi ilə bağlı problemin göstəricisi ola bilər. Məsələn, insan fiziki iş gördükdən və ya idmanla məşğul olduqdan sonra sol qolunda ağrı hiss edirsə, qolunu hərəkət etdirərkən bu ağrı artırsa, səbəb əzələlərin gərilməsi ola bilər.

İslam Əziz qeyd edib ki, ürək mənşəli ağrılarda isə vəziyyət fərqli olur. Belə ağrılar, adətən, sinənin ortasında və ya sol tərəfində təzyiq, sıxılma, ağırlıq, göynəmə və yanma hissi şəklində özünü göstərə bilər. Ağrı bəzən sol çiyinə, qola, boyuna, çənəyə və kürəyə yayıla bilər. Xüsusilə ağrı ilə yanaşı nəfəs darlığı, soyuq tər, ürəkbulanma, halsızlıq və başgicəllənmə kimi əlamətlərin meydana çıxması ürək-damar sistemi ilə bağlı ciddi problemdən xəbər verə bilər.

Kardioloqun sözlərinə görə, əzələ ağrısı ilə ürək ağrısını fərqləndirərkən ağrının hansı şəraitdə yarandığına da diqqət yetirmək lazımdır. Əzələ mənşəli ağrı çox vaxt konkret hərəkətlə, əzələnin gərilməsi və ya həmin nahiyəyə təzyiq göstərilməsi ilə artır. Ürək mənşəli ağrı isə fiziki gərginlik zamanı yarana, istirahət etdikdə azala və ya bəzi hallarda heç bir fiziki fəaliyyət olmadan da meydana çıxa bilər. Bununla belə, yalnız ağrının hərəkətlə artmasına və ya basdıqda dəyişməsinə əsaslanaraq ürək problemini tam istisna etmək olmaz. Bəzi ürək xəstəlikləri də fərqli və qeyri-adi simptomlarla özünü göstərə bilər.

Həkim bildirib ki, sinə və kürək nahiyəsində yaranan ağrıları qiymətləndirərkən xəstənin ümumi vəziyyəti, şikayətləri, ağrının müddəti və yanaşı simptomları birlikdə nəzərə alınmalıdır. Bəzən insanlar ağrının əzələ mənşəli olduğunu düşünərək həkimə müraciəti gecikdirirlər. Halbuki ürək-damar xəstəliklərində vaxtında tibbi yardımın göstərilməsi həyati əhəmiyyət daşıyır.

İslam Əziz onu da vurğulayıb ki, nitroqliserin və digər preparatların qəbulundan sonra ağrının azalması ürək mənşəli ağrının təsdiqi üçün etibarlı meyar hesab edilə bilməz. Çünki ağrının azalması onun mütləq ürəklə əlaqəli olduğunu göstərmir. Eyni zamanda, dərmana cavabın olmaması da ürək problemini istisna etmir. Bu səbəbdən xəstənin özbaşına dərman qəbul etməsi və bununla diaqnoz qoymağa çalışması düzgün deyil. Xüsusilə nitroqliserin yalnız həkim göstərişi və uyğun tibbi şəraitdə istifadə edilməlidir.

Kardioloq qeyd edib ki, ürək mənşəli ağrıdan, xüsusilə də infarktdan şübhələnildikdə xəstənin müayinəsi gecikdirilməməlidir. İlk növbədə elektrokardioqramma (EKQ) müayinəsi aparılır. Bu müayinə ürəyin elektrik fəaliyyətini qiymətləndirməyə və infarktla əlaqəli dəyişiklikləri aşkar etməyə kömək edir. Bununla yanaşı, exokardioqrafiya (EXO) vasitəsilə ürəyin quruluşu, yığılma qabiliyyəti və qapaqların fəaliyyəti yoxlanılır.

İnfarktın müəyyənləşdirilməsində mühüm müayinələrdən biri də qanda troponin səviyyəsinin təyin edilməsidir. Troponin ürək əzələsi hüceyrələrinin zədələnməsi zamanı qana keçən xüsusi zülaldır. Onun səviyyəsinin yüksəlməsi ürək əzələsində zədələnmə ehtimalını göstərir. Lakin nəticələr xəstənin şikayətləri, EKQ göstəriciləri və digər klinik məlumatlarla birlikdə qiymətləndirilməlidir. Bəzi hallarda troponin analizi müəyyən vaxt intervalından sonra təkrar aparılır.

Həkim əlavə edib ki, infarktın əsas əlamətlərindən biri sinədə davamlı və ya təkrarlanan sıxılma, təzyiq və ağırlıq hissidir. Bu ağrı bir neçə dəqiqədən artıq davam edə, sol qola, çiyinə, kürəyə və çənəyə yayıla bilər. Nəfəs darlığı, soyuq tər, ürəkbulanma və qəfil gücsüzlük də bu vəziyyətə müşayiət oluna bilər. Belə əlamətlər yarandıqda ağrının keçməsini gözləmək, onu əzələ ağrısı hesab etmək və ya ev şəraitində müxtəlif dərmanlarla aradan qaldırmağa çalışmaq təhlükəlidir.

Kardioloq vurğulayıb ki, sinə nahiyəsində yeni başlayan, güclü, davamlı və ya təkrarlanan ağrı, xüsusilə də nəfəs darlığı, soyuq tər və ağrının qola və çənəyə yayılması ilə müşayiət olunursa, təcili tibbi yardım çağırılmalıdır. Ürək xəstəliklərinin erkən aşkarlanması və düzgün müalicəsi ağır fəsadların qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Əli

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səhər yeməyini ötürmək mədəyə necə təsir edir? Həkim xəbərdarlıq edir

Gündəlik həyatın sürətli tempi, iş rejimi və düzgün qidalanmaya kifayət qədər vaxt ayrılmaması bir çox insanda həzm sistemi ilə bağlı narahatlıqların yaranmasına səbəb olur. Səhər yeməyi yemədən evdən çıxmaq, gün ərzində aclığı qəhvə və şirniyyatla aradan qaldırmağa çalışmaq, axşam saatlarında isə birdən-birə çox miqdarda və yağlı qidalar qəbul etmək mədənin fəaliyyətinə mənfi təsir göstərə bilər. Belə qidalanma vərdişləri xüsusilə mədə yanması, qıcqırma, göynəmə, köp və digər həzm problemlərindən əziyyət çəkən insanlarda şikayətləri daha da artıra bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən qastroenteroloq-endoskopist Sürəyya İsmayıl bildirib ki, insanların gündəlik qidalanma rejimində yol verdiyi səhvlər mədə-bağırsaq sistemində müxtəlif narahatlıqların yaranmasına şərait yaradır....

17 Noyabr 2026, 11:40

Hərarət və müalicədən sonra xəstəlik yenidən yarana bilərmi? – Həkimdən AÇIQLAMA

Müəyyən xəstəliklərin müalicəsindən sonra pasiyentlərdə yenidən yoluxma və ya xəstəliyin təkrarlanması halları müşahidə oluna bilər. Bu, xüsusilə müalicə müddətində və sağaldıqdan sonra gigiyena qaydalarına əməl edilmədikdə, düzgün qidalanma təmin olunmadıqda və həkimin tövsiyələri nəzərə alınmadıqda baş verə bilər. Bəzi hallarda pasiyent müalicə nəticəsində sağalsa da, gündəlik həyatında yoluxma riskini artıran davranışları davam etdirir. Nəticədə eyni və ya oxşar infeksion problemlə yenidən qarşılaşa bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən həkim Zeynəb Sadıqova bildirib ki, müalicədən sonra xəstəliyin yenidən yaranması mümkündür. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün yalnız dərman müalicəsi almaq kifayət etmir, eyni zamanda düzgün qidalanmaya, şəxsi gigiyenaya və həkimin...

17 Noyabr 2026, 10:40

Tez-tez acmaq və daim yemək istəmək qan xəstəliyinin əlamətidir? – Pediatr-hematoloqdan AÇIQLAMA

Bəzi insanlar gün ərzində dəfələrlə aclıq hiss etdiklərini, yemək yedikdən qısa müddət sonra yenidən acdıqlarını və daim nəsə yemək istədiklərini bildirirlər. Xüsusilə iştahanın normadan artıq olması, insanın toxluq hiss etməməsi və qida qəbuluna nəzarət etməkdə çətinlik çəkməsi müəyyən sağlamlıq problemləri ilə əlaqəli ola bilər. Bu zaman vətəndaşları düşündürən əsas suallardan biri də belə vəziyyətin qan xəstəliklərinin əlaməti olub-olmamasıdır.Pediatr-hematoloq Mireldar Babayev Citypost.az-a açıqlamasında bildirib ki, tez-tez aclıq hiss etmək və iştahanın artması özlüyündə qan xəstəliyinə xas əlamət hesab olunmur. Onun sözlərinə görə, qan sistemi ilə əlaqəli elə bir konkret xəstəlik yoxdur ki, həmin xəstəliyin əsas və xarakterik göstəricisi insanın daim yemək...

16 Noyabr 2026, 10:30

Şəkər analizi verərkən hansı qaydalara əməl etmək lazımdır? – Həkimdən vacib xəbərdarlıq

Qanda şəkərin səviyyəsinin düzgün müəyyən edilməsi yalnız laborator analizdən keçməklə bitmir. Müayinəyə hazırlıq qaydalarına əməl etmək, analizin hansı vaxtda verildiyini bilmək və nəticələri düzgün qiymətləndirmək olduqca vacibdir. Xüsusilə şəkərli diabetdən əziyyət çəkən və ev şəraitində qanda qlükozanın səviyyəsini mütəmadi ölçən şəxslər göstəricilərin nə ifadə etdiyini bilməlidirlər. Əks halda, yeməkdən sonra yüksələn şəkər səviyyəsi insanı əsassız narahat edə, bəzi hallarda isə normal görünən nəticə yanlış arxayınlıq yarada bilər.Qastroenteroloq-terapevt Qüdrət Allahverdiyev Citypost.az-a açıqlamasında bildirib ki, şəkər analizinin nəticəsini düzgün qiymətləndirmək üçün ilk növbədə onun hansı şəraitdə və nə vaxt aparıldığını nəzərə almaq lazımdır. Həkimin sözlərinə görə, analizdən əvvəl müəyyən qaydalara əməl olunması...

16 Noyabr 2026, 09:30

Uşaqlarda D vitamini çatışmazlığı niyə yaranır? – Pediatrdan valideynlərə vacib xəbərdarlıq

Uşaqların sağlam böyüməsi, sümük və dişlərinin normal inkişafı, eləcə də orqanizmdə kalsium-fosfor mübadiləsinin düzgün tənzimlənməsi üçün D vitamini mühüm əhəmiyyət daşıyır. Bu vitaminin çatışmazlığı xüsusilə körpəlik və erkən uşaqlıq dövründə ciddi problemlərə yol aça bilər. Bəzi hallarda D vitamini çatışmazlığı uşaq hələ ana bətnində olarkən formalaşmağa başlayır, digər hallarda isə doğuşdan sonra düzgün qidalanmama, günəş işığından kifayət qədər faydalanmama və ya müəyyən sağlamlıq problemləri nəticəsində meydana çıxır.Pediatr Mahir Məmmədov Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlarda D vitamini çatışmazlığının yaranmasına bir sıra amillər təsir göstərir. Xüsusilə vaxtından əvvəl doğulmuş körpələr, hamiləlik dövründə anasında D vitamini çatışmazlığı olan uşaqlar və qidalanması düzgün təşkil...

16 Noyabr 2026, 08:30

Diş ətindəki ağrısız şişkinlik təhlükəli xəstəliyin əlaməti ola bilər – Stomatoloqdan xəbərdarlıq

Diş ətində yaranan kiçik şişkinlik, qızartı və ya digər dəyişikliklər bir çox insan tərəfindən ciddi qəbul edilmir. Xüsusilə ağrı olmadığı zaman insanlar bu əlamətlərin öz-özünə keçəcəyini düşünərək stomatoloqa müraciəti təxirə salırlar. Halbuki diş ətində müşahidə olunan kiçik bir şişkinlik bəzən dişin kök nahiyəsində və ya ətraf toxumalarda gedən iltihabi prosesin göstəricisi ola bilər. Belə problemlər vaxtında aşkarlanmadıqda dişin ətrafındakı yumşaq toxumaların və sümük toxumasının zədələnməsinə, hətta dişin itirilməsinə gətirib çıxara bilər.Bəs diş ətində ağrı verməyən şişkinlik hansı xəstəliklərdən xəbər verir? Bu əlamət nə zaman təhlükəli hesab olunur və dişi itirmək riskinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?Mövzu ilə bağlı stomatoloq...

13 Noyabr 2026, 10:30