Bizə yazın

Baku

-°C

USD

-

Ata illərdir evdə yaşamayan oğlunu qeydiyyatdan çıxara bilərmi? – Hüquqşünasdan AÇIQLAMA

Hüquq 19 Noyabr 2026, 11:40

396

Bəzi ailələrdə valideynlə övlad arasında yaranan mübahisələr mənzildən istifadə və yaşayış yeri üzrə qeydiyyat məsələlərinə qədər uzanır. Xüsusilə uzun müddətdir valideynlərinin evində yaşamayan, lakin həmin ünvanda rəsmi qeydiyyatda qalan övladlarla bağlı suallar yaranır. Belə vəziyyətdə ev sahibi olan ata oğlunu öz razılığı olmadan qeydiyyatdan çıxara bilərmi? Bunun üçün hansı hüquqi prosedurlardan keçmək lazımdır? Övladın həmin mənzildə başqa yaşayış yerinin olmaması məsələyə necə təsir edir və qeydiyyatdan çıxarılma zamanı kompensasiya ödənilməsi tələb oluna bilərmi?

Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Mircəlal Muradlı bildirib ki, valideynin öz mənzilində qeydiyyatda olan övladının qeydiyyatdan çıxarılması qanunvericiliklə müəyyən edilmiş hallarda mümkündür. Lakin burada əsas məsələ yalnız şəxsin həmin ünvanda qeydiyyatda olması deyil, onun mənzildən istifadə hüququnun mövcud olub-olmamasıdır. Çünki yaşayış yeri üzrə qeydiyyatla mənzildən istifadə hüququ eyni anlayış deyil. Şəxsin müəyyən ünvanda qeydiyyatda olması avtomatik olaraq həmin mənzilə mülkiyyət hüququ yaratmadığı kimi, qeydiyyatdan çıxarılması da onun mövcud ola biləcək istifadə hüququna öz-özünə xitam vermir.

Vəkilin sözlərinə görə, əgər övlad uzun müddətdir həmin evdə yaşamırsa, ailə münasibətlərindən irəli gələn istifadə hüququnun davam edib-etmədiyi araşdırılmalıdır. Məsələn, ata bildirirsə ki, oğlu artıq beş ildir həmin mənzildə yaşamır, özünün ayrıca yaşayış yeri var və mənzildən faktiki istifadə etmir, bu hallar məhkəmə araşdırması zamanı əhəmiyyət daşıya bilər. Ancaq yalnız beş il ərzində evdə yaşamamaq faktı hər bir halda qeydiyyatdan çıxarılma üçün avtomatik və mübahisəsiz əsas hesab edilmir. Məhkəmə şəxsin mənzildən hansı əsasla istifadə hüququ əldə etdiyini, həmin hüququn sonradan itirilib-itirilmədiyini və digər halları qiymətləndirməlidir.

Mircəlal Muradlı qeyd edib ki, belə vəziyyətlərdə ev sahibi müvafiq məhkəməyə müraciət edərək şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və ya həmin hüququnu itirmiş hesab edilməsi barədə tələb irəli sürə bilər. Mübahisənin hüquqi mahiyyətindən asılı olaraq iddia tələbi düzgün müəyyənləşdirilməlidir. Məhkəməyə müraciət zamanı şəxsin uzun müddətdir həmin ünvanda yaşamaması, mənzildən istifadə etməməsi, başqa yaşayış yerinin olması və tərəflər arasında mövcud münasibətlər əsaslandırılmalıdır.

Hüquqşünasın sözlərinə görə, məhkəmə prosesində sübutlar xüsusi əhəmiyyət daşıyır. Həmin şəxsin uzun müddətdir mənzildə yaşamadığını təsdiqləyən şahid ifadələri, yaşayış şəraitinə dair məlumatlar, başqa ünvanda yaşamasını göstərən sənədlər və digər sübutlar təqdim edilə bilər. Əgər övladın öz adına ayrıca mənzili və ya başqa yaşayış sahəsi varsa, bu fakt da məhkəmə tərəfindən nəzərə alına bilər. Lakin şəxsin başqa əmlakının olması da özlüyündə istifadə hüququnun avtomatik itirilməsi demək deyil. Bütün hallar birlikdə qiymətləndirilməlidir.

Vəkil diqqətə çatdırıb ki, məhkəmənin qərarı əsasında şəxsin mənzildən istifadə hüququna xitam verilməsi və ya həmin hüququnu itirmiş hesab edilməsi onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün hüquqi əsas yarada bilər. Başqa sözlə, ata yalnız mənzilin mülkiyyətçisi olmasına əsaslanaraq övladının qeydiyyatını birtərəfli qaydada ləğv edə bilməz. Əgər övlad qeydiyyatdan könüllü çıxmırsa və onun istifadə hüququ ilə bağlı mübahisə mövcuddursa, məsələ qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəmə yolu ilə həll edilməlidir.

Məsələnin digər mühüm tərəfi isə kompensasiya məsələsidir. Belə ki, bəzi hallarda mənzildən istifadə hüququna xitam verilməsi zamanı şəxsin başqa yaşayış yerinin olub-olmaması və həmin hüququn hansı dövrdə yaranması xüsusi əhəmiyyət daşıyır. Mircəlal Muradlının sözlərinə görə, bu məsələdə 2009-cu ilə qədər və həmin tarixdən sonrakı dövrdə qüvvədə olmuş qanunvericilik normaları arasında fərqlər nəzərə alınmalıdır. Xüsusilə mənzildən istifadə hüququnun yaranma tarixi və hüquqi əsası kompensasiya məsələsinin qiymətləndirilməsində mühüm rol oynayır.

Vəkil bildirib ki, 2009-cu ilədək yaranmış hüquq münasibətləri ilə bağlı əvvəlki qanunvericiliyin müddəaları və həmin münasibətlərə dair hüquqi yanaşmalar nəzərə alınmalıdır. Sonrakı dövrdə yaranan münasibətlər isə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilir. Buna görə də övladın başqa yaşayış yerinin olmaması, mənzildən istifadə hüququnun hansı əsasla yaranması və ailə münasibətlərinin hansı dövrdə formalaşması kompensasiya məsələsinə təsir edə bilər. Bu səbəbdən bütün hallara eyni hüquqi yanaşmanın tətbiqi düzgün deyil.

Məsələn, övladın başqa yaşayış sahəsi yoxdursa və o, uzun müddət həmin mənzildə yaşayıbsa, onun istifadə hüququna xitam verilməsi ilə bağlı mübahisədə məhkəmə daha geniş araşdırma aparmalı ola bilər. Digər tərəfdən, şəxsin ayrıca yaşayış sahəsinin olması, uzun müddətdir valideynlərinin evində yaşamaması və həmin mənzildən faktiki istifadə etməməsi də hüquqi qiymətləndirmə zamanı nəzərə alınan hallardandır. Kompensasiya ödənilməsinin tələb olunub-olunmaması isə hüququn yaranma vaxtından və konkret işin hallarından asılıdır.

Mütəxəssis əlavə edib ki, yaşayış yeri üzrə qeydiyyat mülkiyyət hüququ ilə qarışdırılmamalıdır. Əgər mənzil atanın mülkiyyətindədirsə, övladın həmin ünvanda qeydiyyatda olması onu avtomatik olaraq evin payçısına çevirmir. Bununla belə, ailə münasibətləri əsasında yaranmış istifadə hüququ ayrıca hüquqi məsələdir və mülkiyyətçinin iradəsi ilə hər zaman birtərəfli qaydada aradan qaldırıla bilməz.

Beləliklə, ata uzun müddətdir evdə yaşamayan oğlunu qeydiyyatdan çıxarmaq istəyirsə, ilk növbədə onun mənzildən istifadə hüququnun hansı əsasla yarandığını və hazırda davam edib-etmədiyini müəyyənləşdirməlidir. Tərəflər arasında razılıq əldə olunmadıqda, məhkəməyə müraciət edilərək müvafiq hüquqi tələb irəli sürülə bilər. Məhkəmə isə yaşayış müddətini, başqa mənzilin olub-olmamasını, ailə münasibətlərini, hüququn yaranma tarixini və kompensasiya ilə bağlı mümkün əsasları araşdıraraq qərar qəbul edir.

Yeganə 

Problemlərinizi bizə bildirin

077 323 55 66

İpotekada olan ev boşanma zamanı necə bölünür? – Vəkildən vacib AÇIQLAMA

Nikah dövründə ipoteka krediti ilə alınan evlərin boşanma zamanı necə bölünməsi cütlüklər arasında mübahisə doğuran məsələlərdən biridir. Bəzi hallarda tərəflərdən biri ilkin ödənişi həyata keçirir, digəri isə kreditin aylıq ödənişlərini qarşılayır. Digər vəziyyətlərdə isə həm ilkin ödəniş, həm də sonrakı kredit borcu ər-arvadın ümumi gəlirləri hesabına ödənilir. Boşanma zamanı belə evlərin kimə qalacağı, indiyədək ödənilmiş məbləğin necə bölünəcəyi və qalan ipoteka borcuna görə kimin məsuliyyət daşıyacağı sualları yaranır.Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Bahar Dünyamalıyeva bildirib ki, nikah müddətində əldə edilmiş əmlak, bir qayda olaraq, ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Bu prinsip yalnız tam ödənilmiş əmlaka deyil, nikah dövründə...

19 Noyabr 2026, 10:40

Həyat yoldaşı vəfat etdikdə onun bank borcunu kim ödəməlidir? – VƏKİL VACİB MƏQAMLARI AÇIQLADI

Həyat yoldaşını itirən şəxslər bəzən mənəvi itki ilə yanaşı, mərhumun bank qarşısında qalan kredit öhdəlikləri ilə də üzləşirlər. Xüsusilə bankın borcun müəyyən hissəsinin ödənilməsini tələb etməsi vətəndaşlarda haqlı suallar yaradır. Bəzi hallarda bank mərhumun həyat yoldaşına kredit borcunun yarısını ödəməli olduğunu bildirir. Halbuki bu məsələdə yalnız nikah münasibətinin mövcudluğu əsas götürülə bilməz. Mirasın qəbul edilib-edilməməsi, miras əmlakının dəyəri, borcun hansı məqsədlə götürülməsi və kredit vəsaitinin ailənin ehtiyaclarına sərf olunub-olunmaması kimi məqamlar hüquqi baxımdan əhəmiyyət daşıyır.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Nicat Mehtixanov bildirib ki, həyat yoldaşının vəfat etməsi digər tərəfin avtomatik olaraq mərhumun bütün kredit borclarına görə məsuliyyət daşıması...

18 Noyabr 2026, 11:00

Əmək müqaviləsi ilə işləyən şəxslərə bank kredit verə bilərmi? – VƏKİL AÇIQLADI

Əmək müqaviləsi əsasında işləyən şəxslərin banklardan kredit götürmək imkanları ilə bağlı müxtəlif suallar yaranır. Xüsusilə müddətli əmək müqaviləsi ilə çalışan vətəndaşlar müqavilələrinin daimi olmamasının kredit əldə etmələrinə mane olub-olmadığını bilmək istəyirlər. Bəzi şəxslər hesab edirlər ki, yalnız müddətsiz əmək müqaviləsi ilə işləyənlər banklardan kredit ala bilərlər. Bəs müddətli əmək müqaviləsi ilə çalışan şəxsin kredit götürmək hüququ varmı? Bank belə müraciətləri hansı şərtlərlə qəbul edə bilər?Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Aysel Həsənova bildirib ki, əmək müqaviləsi əsasında işləyən şəxsin müddətli müqavilə ilə çalışması onun avtomatik olaraq kredit almaq imkanından məhrum edilməsi demək deyil. Onun sözlərinə görə, şəxs hər hansı...

18 Noyabr 2026, 10:00

Müddətsiz əlillik dayandırıla bilərmi? – VƏKİL AÇIQLADI

Müddətsiz əlillik statusu alan şəxslərin hüquqları, bu statusun hansı hallarda dayandırıla bilməsi və qanunvericilikdə edilən dəyişikliklərin əvvəlki əlillik qərarlarına təsiri cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Xüsusilə uzun illər əlillik statusu əsasında pensiya və ya müavinət alan şəxslərin sonradan bu hüquqdan məhrum edilməsi ciddi narahatlıq yaradır. Bəs müddətsiz əlillik statusu hansı hallarda ləğv edilə bilər? Yeni meyarlar əvvəllər əlillik təyin edilmiş şəxslərə də şamil oluna bilərmi?Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Cahangir Qasımzadə bildirib ki, müddətsiz əlillik anlayışının özü şəxsin əlillik statusunun konkret zaman aralığı ilə məhdudlaşdırılmadığını ifadə edir. Onun sözlərinə görə, şəxs əvvəlki dövrlərdə müəyyən müddətə əlillik statusu aldıqdan sonra...

18 Noyabr 2026, 09:00

Bələdiyyə sənədi olan torpaqda çıxarış almadan ev tikmək mümkündürmü? – Vəkildən AÇIQLAMA

Bələdiyyə sənədi əsasında torpaq sahəsi əldə edən, lakin həmin torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış almayan vətəndaşlar tikinti aparmaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər. Belə şəxsləri maraqlandıran əsas məsələlərdən biri torpaq sahəsinin çıxarışı olmadan evin layihəsini hazırlatmaq və tikintiyə başlamağın mümkün olub-olmamasıdır. Xüsusilə fərdi yaşayış evlərinin inşası zamanı qanunvericilikdə nəzərdə tutulan məlumatlandırma icraatı, tikilinin mərtəbə və hündürlük həddi, eləcə də qonşu torpaq sahələri ilə ara məsafəsi kimi tələblər diqqətə alınmalıdır.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Ədalət Dəmirov bildirib ki, bələdiyyə sənədi olan torpaq sahəsində çıxarış əldə etmədən ev tikmək məsələsi müəyyən hüquqi çətinliklər yarada bilər. Onun sözlərinə görə,...

17 Noyabr 2026, 11:00

İşçini ilk intizam pozuntusuna görə birbaşa işdən çıxarmaq mümkündürmü?

İş yerlərində əmək intizamının pozulması, işçinin üzərinə düşən vəzifələri yerinə yetirməməsi, işə gecikməsi və ya əmək öhdəliklərini düzgün icra etməməsi müəyyən hallarda intizam məsuliyyətinə səbəb ola bilər. Belə vəziyyətlərdə işəgötürən qarşısında mühüm sual yaranır: işçiyə əvvəlcə xəbərdarlıq, töhmət və ya şiddətli töhmət verilməlidir, yoxsa pozuntunun xarakterindən asılı olaraq onunla əmək müqaviləsinə birbaşa xitam vermək mümkündür? Xüsusilə ilk dəfə intizam pozuntusuna yol verən işçinin dərhal işdən azad edilməsi məsələsi əmək münasibətlərində tez-tez müzakirə olunan mövzulardandır.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil İntiqam Hacıyev bildirib ki, əmək qanunvericiliyində intizam tənbehinin tətbiqi zamanı işçiyə mütləq şəkildə əvvəlcə xəbərdarlıq, daha sonra töhmət, ardınca isə...

17 Noyabr 2026, 10:00