Abşeronda YAP-ın 34-cü ildönümü qeyd olundu
Cəmiyyət 20 Noyabr 2026, 18:33
402
Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə YAP Abşeron Rayon Təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.
Citypost.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev açaraq iştirakçıları və qonaqları salamlayıb. O, çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəldiyini, partiyanın Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb ictimai-siyasi şəraitdə yaradıldığını diqqətə çatdırıb.
Bildirib ki, ötən 34 il ərzində Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib. Bu gün partiyanın fəaliyyətinin əsas istiqamətlərini Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqət, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstək, milli maraqların və dövlətçilik ənənələrinin qorunması təşkil edir.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olduğunu vurğulayıb.
O, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə siyasi sabitliyin və dövlətçilik ənənələrinin möhkəmləndirildiyini qeyd edib. Bildirib ki, bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, ölkəmizin beynəlxalq nüfuzu və mövqeyi daha da güclənir.
Abdin Fərzəliyev partiyanın qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsində rayon təşkilatlarının, partiya fəallarının və gənclərin mühüm rolunu xüsusi vurğulayıb.
Həmçinin oxuyun
Milli Məclisin deputatı Nigar Məmmədova çıxışında Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinin ölkəmizin siyasi və ictimai həyatında mühüm mərhələ təşkil etdiyini bildirib. O, partiyanın dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin gücləndirilməsi və cəmiyyətin müxtəlif təbəqələrinin vahid məqsəd ətrafında birləşdirilməsi istiqamətindəki fəaliyyətindən danışıb. Deputat, həmçinin qadınların və gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının, onların ölkənin gələcək inkişafında iştirakının vacibliyini qeyd edib. Vurğulayıb ki, güclü dövlətin və sağlam cəmiyyətin formalaşmasında milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik mühüm əhəmiyyət daşıyır.
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxışında Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan igid oğullarımızın qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından bəhs edən natiq Vətənə sevgi, dövlətə sədaqət və milli birlik kimi dəyərlərin hər zaman qorunmasının vacibliyini diqqətə çatdırıb.
Bakı Mühəndislik Universitetinin müəllimi, əməkdar müəllim Təyyibə Hüseynova çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında, gənc nəslin milli və vətənpərvərlik ruhunda formalaşmasında əvəzsiz xidmətlərindən danışıb. O, ölkəmizdə təhsilin inkişafına, gənclərin intellektual potensialının artırılmasına və onların hərtərəfli şəxsiyyət kimi yetişməsinə göstərilən diqqətin əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində şəhid övladlarına da xüsusi diqqət göstərilib. Şəhid Həsənov Elşad Paşa oğlunun övladı Aysun 21 yaşı, şəhid Şirvanov Mehman Mirəziz oğlunun övladı Nuray isə 8 yaşı münasibətilə təbrik olunub. Ad günü olan şəhid övladlarına xoş arzular çatdırılıb, gül buketləri təqdim edilib.
Tədbirin bədii hissəsində tanınmış ifaçıların təqdimatında musiqi nömrələri səsləndirilib. Sonda tədbir iştirakçılarına və qonaqlara təşəkkür bildirilib, Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Azərbaycanda avtobus istehsalı 77 %-dən çox artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 282 ədəd avtobus istehsal edilib.Citypost.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Məlumata görə, bu, 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 77,4 % çoxdur. Nəticədə bu ilin noyabrın 1-nə 38 ədəd hazır məhsul ehtiyatı yaranıb.Bu ilin ilk 10 ayı ayında Azərbaycanda 350,9 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, bu, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 75,2 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 77,2 % artıb.Bundan başqa, yanvar-oktyabr aylarında Azərbaycanda 2 300 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 10 ayı...
20 Noyabr 2026, 18:20
9-cu sinifdən sonra kolleclərə qəbul məhdudlaşdırılacaq
Azərbaycanda 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur.Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə həsr olunan tədbirdə bildirib.Onun sözlərinə görə, gələcəkdə 9-cu sinif bazasından qəbulun yalnız peşə təhsili müəssisələrində aparılması planlaşdırılır. Kolleclərin isə 2030-cu ilədək müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilməsi və onlarla birgə fəaliyyət göstərməsi nəzərdə tutulur.Şöbə müdiri bildirib ki, kolleclərdə tədris olunan bəzi ixtisasların yüksək texniki peşə təhsili səviyyəsində tədrisi imkanları da nəzərdən keçirilib. Kolleclərlə peşə təhsili müəssisələrində təkrarlanan...
20 Noyabr 2026, 18:14
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
Azərbaycan Dəmir Yolları Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişin daşımalarını bərpa edir.Citypost.az xəbər verir ki, Bakıdan Balakənə ilk qatar 20 noyabr saat 23:30, əks istiqamətdə isə 21 noyabr saat 21:10-da yola düşəcək.Hərəkət cədvəlinə əsasən, gecə reysləri vasitəsilə sərnişinlər səhər saatlarında mənzil başına çatacaqlar. Bu, həm işgüzar səfərlər, həm də turizm və şəxsi səyahətlər baxımından əlverişli nəqliyyat alternativi yaradır.Biletlərin qiyməti Bakıdan Balakən istiqamətində 16,20 manatdan başlayır.Sərnişinlərə standart və standart+ sinifləri üzrə xidmət göstəriləcək. Yataq tipli vaqonlarda təşkil edilən səfərlər zamanı sərnişinlərin rahat istirahəti və təhlükəsizliyi üçün zəruri şərait təmin ediləcək.Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmir yolu kassalarından əldə...
20 Noyabr 2026, 17:45
Baş prokuror Binəqədidə vətəndaşları qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.Citypost.az xəbər verir ki, noyabrın 20-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Binəqədi rayon prokurorluğunun inzibati binasında Binəqədi rayonundan olan vətəndaşları qəbul edib.Qəbulda iştirak edən 45 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib....
20 Noyabr 2026, 17:39
AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: “2027 APEX Four-Star Major Airline” və “2027 APEX Best Cabin Service in Central & Southern Asia”.Citypost.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.Mükafatların xüsusi əhəmiyyəti onların birbaşa sərnişinlərin müstəqil rəy və qiymətləndirmələri əsasında müəyyən edilməsidir. APEX-in reytinqləri “Concur” şirkətinin “TripIt” platforması ilə əməkdaşlıq çərçivəsində toplanan anonim sərnişin qiymətləndirmələrinə əsaslanır. Qiymətləndirmə zamanı göyərtədə xidmətin keyfiyyəti, oturacaqların rahatlığı, qida və içki təminatı, əyləncə sistemləri və internetə çıxış imkanları nəzərə alınır.Mükafatlar 19 noyabr 2026-cı il tarixində Sinqapurda keçirilən “APEX FTE EXPO...
20 Noyabr 2026, 17:30
Qanunsuz ovlanan nərə balıqları aşkarlandı
2026-cı il 19 noyabr tarixində Xaçmaz rayonunun Şimali kəndi istiqamətində qanunsuz balıq ovlayan vətəndaş Pərviz Xankişiyev və Həsən İsayev Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, DİN-in Su Nəqliyyatında Polis İdarəsi və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdiyi birgə tədbir zamanı saxlanılıb.Citypost.az xəbər verir ki, nəzarət tədbiri zamanı 7 ədəd bölgə (Huso huso) balığı, 2 ədəd uzunburun (Acipenser stellatus) balığı və 20 ədəd rus nərəsi (Acipenser gueldenstaedtii) AŞA-8327 bort nömrəli mühərrikli taxta qayıqdan aşkar edilərək maddi sübut kimi götürülüb. Qanunsuz balıq ovlayan vətəndaşlara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülüb. Eyni zamanda 2026-cı il 19 noyabr...
20 Noyabr 2026, 17:24