Mətbuat Şurasında dezinformasiya və manipulyasiya təmayülləri müzakirə edilib
Cəmiyyət 26 Noyabr 2026, 22:00
281
Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvləri informasiya məkanındakı dezinformasiya təmayülləri və manipulyasiyalar mövzusu ətrafında müzakirə keçiriblər.
Bu barədə Citypost.az-a MŞ-dan məlumat verilib.
Qeyd olunub ki, Şuranın sədri Vüqar Zifəroğlu son günlər ölkənin informasiya mühitində qərəzli yanaşma hallarına rast gəlindiyini vurğulayıb: "Təəssüf ki, media orqanlarımız əksər belə durumlarda həssaslığını itirir, alətə çevrilirlər. Halbuki jurnalistika özünün peşəkarlıq meyarlarını qorumalı, etik prinsiplərə sadiq qalmalıdır".
V.Zifəroğlu cəmiyyət həyatında baş verən hadisələrin təqdimatının peşə etikasına laqeyd yanaşmağa rəvac verməməli olduğunu qeyd edib:
"Çünki laqeydlik və biganəlik, həmçinin qeyri-həssas yanaşma jurnalist sözünə inamı sarsıdır. Daha pisi isə odur ki, jurnalistikanın doğruluğuna və dürüstlüyünə inamın sarsılması bütövlükdə cəmiyyətdə etimadsızlıq mühitinin formalaşmasına gətirib çıxarır".
O, bu kimi halların qarşısının alınmasının vacibliyini və prosesdə Şuranın üzərinə də böyük məsuliyyətin düşdüyünü deyib.
MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında bildirib ki, jurnalistikanın ictimai nüfuzunun qorunması son dərəcə vacibdir. O, bu məsələnin illərlə müzakirə edildiyini, ancaq hələ də mövcud istiqamətdə neqativ vəziyyətin aradan qalxmadığını vurğulayıb.
Bir çox hallarda təhqiri və böhtanı, eləcə də digər nalayiq fikirləri dövriyyəyə gətirənlərin ünvanlarının qeyri-müəyyən olduğunu deyən V.Rəhimzadə onu da bildirib ki, məlumat yayımı imkanlarının bolluğu şəraitində informasiya manipulyasiyalarına münasibətdə ictimai qınaqla yanaşı, konkret hüquqi mexanizmlərin tətbiqi qaçılmazdır.
Həmçinin oxuyun
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib ki, müxtəlif vaxtlarda riskləri minimallaşdırmaq üçün medianın sosial şəbəkələrə nüfuzunun artması zəruriliyinə toxunulub:
"Belə düşünüldü ki, sosial şəbəkələr nə qədər çox peşəkar informasiya ilə təchiz olunsalar, bir o qədər də dezinformasiyaların qarşısı alınacaq. Lakin əks proses yaşandı – media sosial şəbəkələr üçün yox, sosial şəbəkələr media üçün mənbəyə çevrildilər ki, bu da mənfi tendensiyadır".
MŞ İdarə Heyətinin üzvü Hümbət Musayev media müstəvisindəki neqativ təmayüllərin bir çoxunun zamanla aradan qalxacağına inandığını deyib. Bununla belə, o, təbii yolla yanaşı, hüquqi tənzimləmələrin də işə salınmasının əhəmiyyətini diqqətə çatdırıb.
MŞ İdarə Heyətinin üzvü Anar Tahirli çıxışında dövlət qurumlarının ictimaiyyətlə əlaqələr təsisatlarının günün tələbləri çərçivəsində fəaliyyət göstərməsinin vacibliyindən söz açıb. O bildirib ki, əgər mövcud sahədə ciddi irəliləyiş əldə olunsa, dezinformasiyaların yayılması halları, o cümlədən onların cəmiyyətə təsirləri minimallaşacaq. MŞ İdarə Heyətinin üzvü bu qənaətə gəlib ki, informasiya mühitindəki neqativ tendensiyaların aradan qalxması üçün məlumat yayıcılığında iştirak edən bütün qütblərin fəaliyyətlərinin həm eyni dərəcədə təmin olunması, həm də onlar arasında əməkdaşlığın gücləndirilməsi mütləqdir.
MŞ İdarə Heyətinin üzvü Fərid Şahbazlı bildirib ki, dezinformasiya təmayülləri ilə mübarizədə sərt forma və üsullarda prinsipiallıq gözlənilməli, elə yol seçilməli və dəqiq əsaslandırmalar aparılmalıdır ki, görülən işlər söz və ifadə azadlığını məhdudlaşdırmaq kimi qəbul edilməsin.
MŞ İdarə Heyətinin üzvləri Qalib İbrahimoğlu, Hacıbəy Heydərli və Seyfəddin Hüseynli bildiriblər ki, dezinformasiyalarla və yanlış bilgilərin yayılması ilə mübarizə sistemləşdirilməli və konkretləşdirilməlidir. Onların fikrincə, sırf media sahəsində buna yol verənlərin adları açıqlanmalı, yaxud onların yanlışlığını ortaya çıxaran platforma formalaşdırılmalıdır ki, effektiv nəticəyə nail olunsun.
Sonda İdarə Heyətinin üzvləri müzakirənin yekunu olaraq Mətbuat Şurasının mövzuya dair çağırışının hazırlanmasının zəruriliyi qənaətinə gəliblər. Şuranın bununla bağlı müvafiq bəyanatı qəbul edilib.
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
Şamaxı və Ağsu rayonlarının sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib.Citypost.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar noyabrın 26-da yerli vaxtla saat 20:24-də qeydə alınıb.Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.Zəlzələ episentrdə 4 bal, episentrə yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.
26 Noyabr 2026, 21:46
Leyla Əliyevanın təşəbbüsü ilə “agac.az” mobil tətbiqi istifadəyə verildi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yaşıllıqların inventarlaşdırılması layihəsi çərçivəsində “agac.az” mobil tətbiqi istifadəyə verilib.Citypost.az xəbər verir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-ci ildən birgə həyata keçirilən layihə çərçivəsində hazırlanmış mobil tətbiq vətəndaşlara ağaclar haqqında məlumat əldə etmək və onların mühafizəsində birbaşa iştirak etmək imkanı verir.Layihə çərçivəsində ölkə üzrə 212 mindən çox ağacın hər birinə fərdi QR kodlu nişan vurulub. Nişanlama zamanı ağacların yeri, növü, ölçüləri və mövcud vəziyyəti barədə məlumatlar elektron sistemə daxil edilib.İstifadəçilər ağacların yerini interaktiv xəritədə görə və QR kodu oxudaraq...
26 Noyabr 2026, 20:59
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 26-da Slovakiyaın Baş prokuroru Maroş Jilinka ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Bildirilib ki, görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin dinamikası yüksək qiymətləndirilib, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub. Bu baxımdan Azərbaycan və Slovakiyanın baş prokurorluqları arasında bu gün imzalanan əməkdaşlıq proqramının əhəmiyyətinə toxunulub.Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev də iştirak edib....
26 Noyabr 2026, 19:15
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
25 noyabr 2026-cı il tarixində Rusiyada yaşayan azərbaycanlı iş adamı “Kiyevskaya ploşad” şirkətlər qrupunun həmsahibi, Qod Nisanov Moskvanın meri Sergey Sobyaninə yeni beşulduzlu “Rossiya” hotel kompleksini təqdim edib. Hotel Moskvanın mərkəzində, Kremldən 500 metr məsafədə yerləşir.Citypost.az xəbər verir ki, bu barədə "RBK Nedvijimost" məlumat yayıb.Qod Nisanov layihənin investoru qismində çıxış edib və inqilabdan əvvəlki memarlıq çertyojları əsasında üç tarixi gəlirli yaşayış binasının bərpasını maliyyələşdirib.Yenidənqurma işləri zamanı binaların tarixi görkəmi bərpa olunub, inqilabdan əvvəlki Moskvanın memarlıq xüsusiyyətləri qorunub saxlanılıb. Layihə bərpa edilmiş tikililəri vahid hotel kompleksində birləşdirib. Kompleks xarici nümayəndə heyətlərinin, işgüzar səfərdə olan şəxslərin və turistlərin qəbulu üçün nəzərdə tutulub.Kompleksin...
26 Noyabr 2026, 19:11
ADY: Xırdalandan Sumqayıta sərnişindaşıma ilin sonuna qədər bərpa ediləcək
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Xırdalan və Sumqayıt stansiyaları arasında sərnişindaşıma ilin sonuna qədər bərpa ediləcək.Bu barədə Citypost.az-a ADY-dən bildirilib.Məlumata görə, hazırda Xırdalan–Biləcəri sahəsində körpünün təmiri davam etdirilir. Təmir işləri tam başa çatdıqdan və müəyyən hazırlıq işlərindən sonra ilin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək."Dəmir yollarında sərnişin və yüklərin təhlükəsiz daşınması üçün dəmir yolu xətlərinin vəziyyəti xüsusi diaqnostika qatarı vasitəsilə mütəmadi olaraq yoxlanılır. Yoxlama zamanı aşkar edilən qüsur və çatışmazlıqlar qiymətləndirilir və aradan qaldırılması üçün operativ, planlı tədbirlər görülür. Xırdalan–Biləcəri sahəsində körpünün təmirinə də məhz bu qaydada qərar verilib. Əvvəlki yoxlamalar zamanı körpüdə təcili təmir tələb edən...
26 Noyabr 2026, 18:25
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb
Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin həbs müddətini daha 3 ay uzadıb.Bu barədə Ermənistan mediası məlumat yayıb.Məlumata görə, məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək Nəsimi Musayevin həbs müddətini daha üç ay uzadıb.Daha sonra qarşı tərəfin vəkili iş materialları ilə tam tanış olmağa vaxt tapmadığını bildirərək iclasın təxirə salınmasını istəyib. Məhkəmə vəsatəti təmin edib və növbəti iclası dekabrın 14-nə təyin edib.Nəsimi Musayev məhkəmə iclasında iştirak edib.Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə...
26 Noyabr 2026, 17:15