Bizə yazın

Baku

-°C

USD

-

Kərə yağından sonra duru yağ da bahalaşdı

İqtisadiyyat 27 Noyabr 2026, 08:00

416

Azərbaycanda ötən ilin oktyabr ayı ilə müqayisədə bitki yağlarının qiymətində də artım qeydə alınıb. Bu ilin oktyabr ayında günəbaxan yağının bir litrinin qiyməti orta hesabla 5 manat 27 qəpik, qarğıdalı yağının bir litrinin qiyməti isə 6 manat 92 qəpik təşkil edib. Hər iki məhsulun qiymətində bahalaşma müşahidə olunsa da, daha yüksək qiymət artımı qarğıdalı yağında qeydə alınıb.

Citypost.az İctimai TV-yə istinadən xəbər verir ki, alıcılar bitki yağlarının bahalaşmasından şikayətçidirlər.

"Kərə yağından istifadə edirəm. O da endirimdə olanlardan. Endirim olan günlərdə alıram, adi vaxtlarda almıram", - deyə alıcılardan biri bildirib.

Marketlərdə isə müxtəlif istehsalçılara məxsus onlarla çeşiddə bitki yağına rast gəlmək mümkündür. Satıcılar da son bir ay ərzində qiymət artımının daha aydın hiss olunduğunu bildirirlər:

"Türkiyədən, Rusiyadan gələn yağlarımız var. Eyni zamanda, Azərbaycanın yerli istehsalçılarına məxsus məhsullar da satılır. Bu yağlar arasında qiymət fərqi var. Son bir ay ərzində qiymətlərdə təxminən 50 qəpikdən 1 manatadək artım müşahidə olunub".

Bəs qiymət artımı davam edəcək, yoxsa qarşıdakı aylarda bazarda sabitlik gözlənilir?

Ətraflı

Məsələ ilə bağlı ekspert Ruslan Atakişiyev açıqlama verib.

Onun sözlərinə görə, kərə yağının kəskin bahalaşması istər-istəməz onun əvəzedicisi olan duru yağa tələbatı artırır:

"Bu da duru yağın qiymətinin artmasına təsir göstərir. Belə olan halda, bazar iştirakçılarında, təchizatçılarda daha çox duru yağ idxal etmək marağı yaranır. Onlar mövcud vəziyyətdən gəlir əldə etməyə çalışırlar. Əgər bu proses davam etsə və daha çox təchizatçı məhsul idxal etsə, nəticədə müəyyən müddətdən sonra qiymətlərin sabitləşməsinə, yəni tarazlığın yaranmasına gətirib çıxara bilər".

Mütəxəssisin fikrincə, duru yağın qiymətinin gələcəkdə necə dəyişəcəyi bazardakı tələb və təklifdən asılı olacaq. İdxal həcminin artması və rəqabətin güclənməsi qiymətlərin sabitləşməsinə şərait yarada bilər.

Hələlik isə alıcılar bahalaşma fonunda endirimləri gözləməyə üstünlük verirlər.

Problemlərinizi bizə bildirin

077 323 55 66

İndiyədək Ağdam Sənaye Parkına yatırılan investisiyaların həcmi açıqlandı

İndiyədək Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən 192 milyon manatdan çox investisiya yatırılıb.Citypost.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.Bildirilib ki, hazırda Parkda 37 rezident və 2 qeyri-rezident fəaliyyət göstərir.Bu günədək sənaye parkında 1000-dən çox daimi iş yeri yaradılıb.

26 Noyabr 2026, 15:16

Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək

Azərbaycanda keçirilən beynəlxalq idman tədbirlərində baş hakimə gündə 100 manat, hakimlər briqadasının hər üzvünə və yarışın baş katibinə isə gündə 50 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulur.Citypost.az xəbər verir ki, ölkə ərazisində keçirilən respublika səviyyəli idman tədbirlərində baş hakimin gündəlik xidmət haqqı 50 manat, hakimlər briqadasının hər üzvünün və yarışın baş katibinin gündəlik xidmət haqqı isə 25 manat təşkil edir.Xidmət haqqı hakimlərə vəzifələrini yerinə yetirdikləri günlər üçün digər maddi təminat növlərindən asılı olmayaraq ödənilir.Tədbirin keçirildiyi şəhər və ya rayon hakimin faktiki yaşayış yeri olduqda, ona ezamiyyə xərcləri üzrə müəyyən edilmiş normalara uyğun yemək xərci də ödənilir. (Oxu.az)...

26 Noyabr 2026, 13:15

Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb

2026-cı ilin oktyabr ayında ailə başçısını itirməyə görə 190 292 nəfərə pensiya və müavinət ödənilib.Bu barədə Citypost.az Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, həmin şəxslərdən 138 164 nəfəri pensiya, 52 128 nəfəri isə müavinət alıb.

26 Noyabr 2026, 10:16

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,21 ABŞ dolları və ya 4,37 % artaraq 100,34 ABŞ dolları təşkil edib.Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 94,96 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,18 ABŞ dolları və ya 4,57 % artaraq 95,61 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda...

26 Noyabr 2026, 09:30

Müavinət və təqaüd alanlara xoş xəbər!

Bu gün ölkə üzrə noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.Beləliklə, bu ayın bütün sosial ödənişləri başa çatdırılıb. (Axar.az)

25 Noyabr 2026, 19:30

SOCAR İsraildə qaz yatağında qazıntı işlərinə başlayıb

SOCAR-ın strukturuna daxil olan “Caspian Drilling Company” (CDC) şirkəti İsrailin cənubunda qaz perspektivli quyunun qazılmasına başlayıb.Bu barədə "APA-Economics" CDC-yə istinadən xəbər verir.Məlumata görə, şirkət “Mosestro” şirkətinin sifarişi əsasında "Sifra North 01" quyusunda qazma işləri aparır.""Caspian Drilling Company Ltd" (CDC) və Kompleks Qazma İşləri Tresti (KQİT - SOCAR-ın qazma struktur bölməsi) sifarişçimiz "Mosestro" üçün İsraildə "Sifra North 01" quyusunda birgə qazma işlərinə başlanıldığını məmnuniyyətlə bildirirlər. Qazma öncəsi yoxlama siyahısı üzrə bütün yoxlamalar tamamlandıqdan sonra 22 noyabr 2026-cı il saat 11:20-də quyunun qazılmasına başlanılıb. Bu mühüm mərhələ hər iki komandanın hazırlığını və əlaqələndirilmiş işini əks etdirir. Sifarişçimiz Mosestro-ya, layihə tərəfdaşlarımıza və hazırlıq...

25 Noyabr 2026, 18:30