Fransa Ukraynanın demilitarizasiyasının mümkünlüyündən danışıb
Dünya 11 Mart 2025, 17:30

305
"Fransa Rusiya ilə münaqişənin həlli çərçivəsində Ukraynanın demilitarizasiyasını qəbul etməyəcək".
Citypost.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.
“Ukrayna ordusu təhlükəsizliyin birinci təminatı olaraq qalır. Biz Ukraynanın hər hansı formada demilitarizasiyasının əleyhinə olacağıq”, - deyə Fransa Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Lekornu Təhlükəsizlik və Strateji Məsələlər üzrə Paris Forumunun açılışında Ukraynanın demilitarizasiyasının mümkünlüyü barədə danışıb və vurğulayıb ki, Kiyevin gücləndirilməsi Avropada təhlükəsizlik arxitekturasına dair gələcək sazişlərin mühüm hissəsi olmalıdır. Nazir həmçinin əlavə edib ki, avrozona ölkələri Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri diqqətlə nəzərdən keçirməli və onlara ölkəyə dəstək imkanlarını daxil etməlidir.
Bundan əvvəl Ukrayna rəsmisi "The Economist" ilə söhbətində Ukraynanın demilitarizasiyasını sülh sazişinin bir hissəsi kimi qəbul edib. Kiyev etiraf edir ki, ölkələrin NATO-ya üzv olması yaxın gələcəkdə mümkün olmayacaq.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Şotlandiyada 600 illik qızıl və gümüş sikkələr tapılıb
Şotlandiyada metal detektorlarından istifadə edən hobbi ovçuları 600 illik qızıl və gümüş sikkələrdən ibarət dəfinə aşkar ediblər ki, onlar ömürlük tapıntı adlandırırlar.
12 Mart 2025, 13:13

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib
Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.
12 Mart 2025, 12:52

Lavrov fon der Leyeni “fürer Ursula” adlandırdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni “fürer Ursula” adlandırıb.
12 Mart 2025, 12:44

Trampdan Maska DƏSTƏK: Yeni "Tesla” alacağını bildirdi
ABŞ prezidenti Donald Tramp baş məsləhətçisi İlon Maska dəstəyini göstərmək üçün yeni "Tesla" alacağını bəyan edib.
11 Mart 2025, 19:00

Mikroplastiklər bitkilərin fotosintezinin qarşısını alır
Məlum olub ki, dünyada sürətlə artan mikroplastik çirklənmə bitkilərin fotosintez qabiliyyətinə ciddi təsir edir və bu, qlobal qida tədarükünü təhdid edir.
11 Mart 2025, 18:55

Alimlər nüvə tullantıları ilə işləyən batareya hazırlayıblar
Nüvə enerjisi, demək olar ki, sıfır istixana qazı emissiyasına görə qalıq yanacaqlara alternativ enerji mənbəyi kimi seçilir. Bununla belə, bu enerji növünün ən böyük problemlərindən biri radioaktiv tullantıların necə idarə olunmasıdır.
11 Mart 2025, 18:48