"Putin Ukrayna qarşısında qeyri-mümkün tələblər irəli sürür"- "Bloomberg"
Dünya 11 Mart 2025, 18:30

310
“Bloomberg” xəbər verir ki, Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlarda güzəştə getmək niyyətində deyil.
Citypost.az xəbər verir ki, o, işğal olunmuş ərazilər, Ukraynanın neytral statusu və ya Qərb sülhməramlıları məsələlərində güzəştə getməyə hazır deyil.
Qərbin təhlükəsizlik rəsmiləri agentliyə bildiriblər ki, Putin müharibəni dayandırmaq üçün danışıqlardan əvvəl bilərəkdən "maksimalist" tələblər irəli sürüb və bunun Ukraynalılar və avropalılar üçün qəbuledilməz olduğunu bilir.
Qərb rəsmiləri deyirlər ki, Putin öz sərt xəttindən geri çəkilmək üçün heç bir səbəb görmür. Bu arada Donald Tramp müharibəni dayandırmağın zəruriliyindən danışmağa davam edir və indiyədək onun administrasiyası Kiyevdən yalnız güzəşt tələb edib, hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırıb.
“Düzünü desəm, Ukrayna ilə məşğul olmaq mənə daha çətin gəlir”, - Tramp bildirib. Vaşinqton yalnız vaxtaşırı Moskvanı əlavə sanksiyalarla, eləcə də Rusiya ilə ABŞ arasında ticarətin demək olar ki, dayanması kontekstində heç bir məna kəsb etməyən tariflərlə hədələyir.
Bu vəziyyətdə Vladimir Zelenskinin ona qoyulan şərtlərlə sövdələşməyə getmək istəməsində ittiham olunacağı və Avropa ölkələrinin dəstəyi ilə döyüşlərin davam edəcəyi təhlükəsi var",-deyə "Bloomberg" yazır.
Putinin mətbuat katibi Dmitri Peskov agentliyin Qərb kəşfiyyat orqanlarının qiymətləndirməsini şərh edərkən, bunun reallığa uyğun olmadığını bildirib. Eyni zamanda o bildirib ki, danışıqlara başlamaq üçün Ukraynanın özü addımlar atmalıdır.
“Rusiya Ukrayna ətrafında sülh, sülh yolu ilə nizamlanma üçün səylərə açıqdır və biz ümumiyyətlə öz məqsədlərimizə dinc və diplomatik yolla nail olmağa üstünlük veririk”, - deyən Peskov və əlavə edib ki, bu gün və ya sabah Ukraynanın danışıqlara hazır olduğu aydınlaşarsa, o zaman bu, başqa bir hekayə olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Şotlandiyada 600 illik qızıl və gümüş sikkələr tapılıb
Şotlandiyada metal detektorlarından istifadə edən hobbi ovçuları 600 illik qızıl və gümüş sikkələrdən ibarət dəfinə aşkar ediblər ki, onlar ömürlük tapıntı adlandırırlar.
12 Mart 2025, 13:13

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib
Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.
12 Mart 2025, 12:52

Lavrov fon der Leyeni “fürer Ursula” adlandırdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni “fürer Ursula” adlandırıb.
12 Mart 2025, 12:44

Trampdan Maska DƏSTƏK: Yeni "Tesla” alacağını bildirdi
ABŞ prezidenti Donald Tramp baş məsləhətçisi İlon Maska dəstəyini göstərmək üçün yeni "Tesla" alacağını bəyan edib.
11 Mart 2025, 19:00

Mikroplastiklər bitkilərin fotosintezinin qarşısını alır
Məlum olub ki, dünyada sürətlə artan mikroplastik çirklənmə bitkilərin fotosintez qabiliyyətinə ciddi təsir edir və bu, qlobal qida tədarükünü təhdid edir.
11 Mart 2025, 18:55

Alimlər nüvə tullantıları ilə işləyən batareya hazırlayıblar
Nüvə enerjisi, demək olar ki, sıfır istixana qazı emissiyasına görə qalıq yanacaqlara alternativ enerji mənbəyi kimi seçilir. Bununla belə, bu enerji növünün ən böyük problemlərindən biri radioaktiv tullantıların necə idarə olunmasıdır.
11 Mart 2025, 18:48