Bizə yazın

Baku

-°C

USD

-

Cənubi Koreya və ABŞ desant təlimləri keçirib

Dünya 11 Mart 2025, 18:08

317

“Yonhap” agentliyi xəbər verir ki, Koreya Respublikası və ABŞ genişmiqyaslı “Azadlıq Qalxanı” təlimi çərçivəsində Şimali Koreya ilə həmsərhəd şəhərdə təlim poliqonuna hava zərbələri endirib.

Citypost.az bildirir ki, tərəflər piyada diviziyalarından 400-ə yaxın əsgər, o cümlədən Cənubi Koreyanın 6 Surion helikopteri də daxil olmaqla 10-a yaxın texnika cəlb edib.

Təlimlər sərhəddən 30 kilometr aralıda yerləşən Pajhu şəhərinin hərbi sahəsində baş tutub.

Bazar ertəsi Koreya Respublikası və ABŞ hərbçiləri martın 20-dək davam edəcək “Freedom Shield” genişmiqyaslı hərbi təlimlərinə başlayıblar. Onlara ümumilikdə 19 minə yaxın Cənubi Koreya əsgər və zabiti cəlb olunacaq.
Tədbirlər kompüter simulyasiyası ilə komanda-qərargah təlimləri və səhra təlimlərinə bölünür. Martın 6-da Cənubi Koreyanın kəndlərindən birində bomba atılması hadisəsi ilə əlaqədar döyüş atışmaları dayandırılıb.
Cənubi Koreyanın donanması kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə məqsədilə çərşənbə axşamı günü Sarı dənizdə Kaqodo adası yaxınlığında hərbi təlimlər keçirib.
Təlimlərə 3 gəmi, dəniz xüsusi təyinatlıları və sahil mühafizəsi cəlb olunub. Təlim zamanı Cənubi Koreya hərbçiləri xüsusi təyinatlıların helikopterlə eniş etdiyi gəmini axtarıblar.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şotlandiyada 600 illik qızıl və gümüş sikkələr tapılıb

Şotlandiyada metal detektorlarından istifadə edən hobbi ovçuları 600 illik qızıl və gümüş sikkələrdən ibarət dəfinə aşkar ediblər ki, onlar ömürlük tapıntı adlandırırlar.

12 Mart 2025, 13:13

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib

Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.

12 Mart 2025, 12:52

Lavrov fon der Leyeni “fürer Ursula” adlandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni “fürer Ursula” adlandırıb.

12 Mart 2025, 12:44

Trampdan Maska DƏSTƏK: Yeni "Tesla” alacağını bildirdi

ABŞ prezidenti Donald Tramp baş məsləhətçisi İlon Maska dəstəyini göstərmək üçün yeni "Tesla" alacağını bəyan edib.

11 Mart 2025, 19:00

Mikroplastiklər bitkilərin fotosintezinin qarşısını alır

Məlum olub ki, dünyada sürətlə artan mikroplastik çirklənmə bitkilərin fotosintez qabiliyyətinə ciddi təsir edir və bu, qlobal qida tədarükünü təhdid edir.

11 Mart 2025, 18:55

Alimlər nüvə tullantıları ilə işləyən batareya hazırlayıblar  

Nüvə enerjisi, demək olar ki, sıfır istixana qazı emissiyasına görə qalıq yanacaqlara alternativ enerji mənbəyi kimi seçilir. Bununla belə, bu enerji növünün ən böyük problemlərindən biri radioaktiv tullantıların necə idarə olunmasıdır.

11 Mart 2025, 18:48