Yeni Zelandiyada miqrantları həftədə 98 saat işlədib maaşlarını kəsiblər
Dünya 29 Oktyabr 2026, 09:55
2256
Yeni Zelandiyanın Kraystçörç şəhərində motel işlədən keçmiş sahib miqrant işçiləri uzun müddət istismar etdiyinə görə məhkum edilib. İşçilər həftədə 84–98 saat çalışsalar da, onlara yalnız 40 saatlıq əməkhaqqı ödənilib. Məhkəmə sahibkarı yeddi ay yarım ev dustaqlığına məhkum edib.
Citypost.az 1news.com-a istinadən xəbər verir ki, 315 Motel Riccarton adı ilə fəaliyyət göstərən Fei Huang Tenga Da Ltd şirkətinin keçmiş sahibi və operatoru Jian Li yeddi miqrant işçinin istismarı ilə bağlı ittihamları qəbul etdikdən sonra çərşənbə günü Kraystçörç Rayon Məhkəməsində hökm oxunub. Onun vəkilinin həbs cəzası əvəzinə daha yüngül cəza tətbiq edilməsi ilə bağlı tələbi cinayətin ciddiliyi nəzərə alınaraq rədd edilib.
Yeni Zelandiya İmmiqrasiya Xidmətinin araşdırması zamanı məlum olub ki, menecer kimi işə götürülən dörd miqrant 2017-ci ilin fevralından 2021-ci ilin dekabrınadək moteldə yaşamağa və faktiki olaraq fasiləsiz işləməyə məcbur edilib. Onlar hər gün 14 saata qədər iş başında olur, motelə gələn müştəriləri qəbul edir və müəssisənin gündəlik fəaliyyətini təmin edirdilər.İstintaq müəyyən edib ki, işçilər həftədə 84–98 saat işləmələrinə baxmayaraq, yalnız 40 saatlıq əməkhaqqı alıblar. Bundan əlavə, onlara minimum əməkhaqqı ilə bağlı tələblər, illik ödənişli məzuniyyət və dövlət bayramlarında işlədiklərinə görə nəzərdə tutulan əlavə ödəniş hüquqları da tam təmin edilməyib.Şirkət Jian Li ölkədən kənarda olduğu müddətdə, may ayında məhkum edilib və 115 077,26 Yeni Zelandiya dolları təzminat ödəməyə məcbur olunub. İşçilərdən üçünün Yeni Zelandiyada etibarlı iş vizası ilə yaşadığı, dördüncüsünün isə ölkəni tərk etdiyi bildirilir.
Yeni Zelandiya İmmiqrasiya Xidmətinin milli araşdırmalar üzrə meneceri Ceyson Perri işçilərlə bu cür rəftarın qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, miqrantlar həftənin yeddi günü səhərdən axşama qədər işlədikləri halda, gördükləri işin yalnız kiçik bir hissəsinə görə maaş alıblar.Perri vurğulayıb ki, miqrant işçilər Yeni Zelandiyada digər əməkdaşlarla eyni hüquqlara malikdirlər. O, işçilərə az maaş verməklə və əmək qanunvericiliyinin tələblərini pozmaqla maliyyə üstünlüyü əldə etməyə çalışan işəgötürənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib.
Həmçinin oxuyun
Rəsmi nümayəndə təzminat ödənilməsini müsbət addım kimi qiymətləndirsə də, bunun işçilərin illərlə üzləşdikləri haqsızlığı tam aradan qaldırmadığını bildirib.
Turan
Ermənistanın sabiq naziri məhkəməyə yenə xərəkdə gətirildi
Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan yenidən məhkəmə zalına tibbi xərəkdə gətirilib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, vəkilləri Xaçatryana 2015-ci ildə onurğa kanalı stenozu diaqnozu qoyulduğunu bildiriblər. Müdafiə tərəfi sabiq nazirin qeyri-insani rəftara məruz qaldığını iddia edir.Xaçatryan barəsində dörd cinayət işi başlanıb. İşlər üzrə dövlətə dəydiyi iddia olunan ümumi zərər təxminən 1,5 milyard dollar qiymətləndirilir. Sabiq nazir sentyabrın 2-də həbs edilib....
06 Noyabr 2026, 19:00
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
Fransada polis noyabrın 5-dəki genişmiqyaslı etirazlar zamanı 642 nəfəri saxlayıb.Citypost.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.Həmçinin bildirilib ki, iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 112 əməkdaşı yaralanıb.
06 Noyabr 2026, 18:44
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
Noyabrın 7-də səhər saatlarında Ay və Venera 2026-cı il ərzində ən yaxın məsafədə görünəcək.Modern.az “Forbes”ə istinadən xəbər verir ki, noyabrın 6-da Venera nazik Aypara ilə yanaşı müşahidə olunacaq. Növbəti gün isə cəmi 3 faiz işıqlanan Ay Veneradan bir dərəcədən də az məsafədə yerləşəcək.Mütəxəssislər bu mənzərəni Günəş doğmazdan təxminən 45 dəqiqə əvvəl, şərq və cənub-şərq istiqamətində açıq üfüqdən izləməyi tövsiyə edirlər.Noyabrın 17-18-də Leonid meteor yağışının maksimum aktivliyi, noyabrın 21-də Merkurinin qərb elongasiyası, noyabrın 24-də isə super Ay hadisəsi gözlənilir....
06 Noyabr 2026, 18:00
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə etdilər
Qətər əmiri şeyx Təmim bin Həməd Ali Tani və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Yaxın Şərqdə gərginliyin azaldılması üzrə diplomatik səyləri müzakirə ediblər.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qətər əmiri ofisinin bəyanatında bildirilib.Tərəflər, həmçinin, iki ölkə arasındakı strateji münasibətləri və onların daha da möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər.Liderlər İran ətrafında gərginliyin azaldılması üzrə beynəlxalq səyləri, o cümlədən Qətər tərəfindən atılan addımları müzakirə ediblər. Bu addımlara böhranı aradan qaldırmağa, regionda təhlükəsizlik və sabitliyi təmin etməyə imkan verəcək hərtərəfli razılaşmanın əldə olunması məqsədilə maraqlı tərəflərin mövqelərinin yaxınlaşdırılması və danışıqlar prosesinə kömək göstərilməsi daxildir.Qətər əmiri fikir ayrılıqlarının həlli və gərginliyin...
06 Noyabr 2026, 17:55
"Cəhənnəm Necati"nin əsas adamlarından biri həbs edildi - Foto
Türkiyənin Manisa vilayətində "Cəhənnəm Necati" kimi tanınan Necati Arabacının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın əsas şəxslərindən biri hesab olunan 39 yaşlı A.P. saxlanılıb.Oxu.Az-ın "Hürriyet"ə istinadən məlumatına görə, axtarışda olan şəxs barəsində artıq qüvvəyə minmiş 15 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası var.Sözügedən əməliyyat İzmir polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat idarələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.İstintaqın məlumatına görə, axtarışda olan şəxs Manisa ərazisində gizlənibmiş. A.P. cinayət törətmək məqsədilə təşkilat yaratdığına görə İzmirin 20-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən mühakimə olunmuşdu. O, yaxalandıqdan sonra məhkəməyə gətirilib və barəsində həbs qərarı icra olunub.Şəxs cəzaçəkmə müəssisəsinə göndərilib....
06 Noyabr 2026, 14:44
Ərdoğanın müavini həbs edildi
Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Bildirilib ki, Kaya prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra "Kapital bazarı haqqında" qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinərək məhkəməyə göndərilib.Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.İş üzrə İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının (SPK) sədri İbrahim Ömər Gönül barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Məhkəmənin qərarına əsasən, onların hər ikisi mütəmadi olaraq imza atmalı və ölkədən çıxmamalıdır.Xatırladaq ki, Kaya 26 sentyabr 2026-cı ilə qədər...
06 Noyabr 2026, 10:13