Bizə yazın

Baku

-°C

USD

-

Fransada dermatoloq çatışmazlığı: Xəstələr müayinə üçün aylarla gözləməli olur

Dünya 04 Noyabr 2026, 09:39

1999

Fransada dermatoloq çatışmazlığı dəri xəstəliklərindən əziyyət çəkən insanların vaxtında tibbi yardım almasını çətinləşdirir. Ölkədə hər il təxminən 200 min dəri xərçəngi aşkarlansa da, mütəxəssis çatışmazlığı səbəbindən xəstələrin dermatoloq qəbuluna yazılması getdikcə daha ciddi problemə çevrilir.

Citypost.az xəbər verir ki, France 24-ün məlumatına görə, Fransada fəaliyyət göstərən dermatoloqların təxminən yarısı 60 yaşdan yuxarıdır və yaxın illərdə onların əhəmiyyətli hissəsinin təqaüdə çıxacağı gözlənilir. Bununla yanaşı, hər il cəmi 100-ə yaxın yeni dermatoloq hazırlanır ki, bu da artan tələbatı qarşılamaq üçün kifayət etmir.

Mütəxəssis çatışmazlığının yaratdığı vəziyyət bəzi xəstələr üçün ciddi sağlamlıq risklərinə səbəb olur. Məsələn, 32 yaşlı Şarlotta Kanonn ayağındakı xalın qanamasından sonra dermatoloq qəbuluna yazılmaqda çətinlik çəkib. Bir müddət sonra müayinədən keçən qadına melanomanın dördüncü mərhələsi diaqnozu qoyulub. O, xalın uzun illərdir mövcud olduğunu və mütəmadi günəşdən qoruyucu vasitələrdən istifadə etdiyi üçün xərçəng ehtimalını düşünmədiyini bildirib.Problemin həlli üçün Fransanın bəzi bölgələrində alternativ təşəbbüslər həyata keçirilir. Ölkənin cənubunda təxminən 50 fizioterapevt şübhəli dəri törəmələrini müəyyənləşdirmək üçün dermatoskoplardan istifadə üzrə təlim keçib. Onlar xəstələrin dərisindəki şübhəli dəyişiklikləri aşkarlayaraq görüntüləri qiymətləndirilməsi üçün dermatoloqlara göndərirlər. Bir illik pilot layihə çərçivəsində altı dəri xərçəngi, o cümlədən dörd karsinoma və iki melanoma aşkarlanıb.

Digər istiqamət isə süni intellekt texnologiyalarının tətbiqidir. Paris ətrafındakı bəzi mərkəzlərdə xüsusi sensorlar vasitəsilə pasiyentlərin dərisinin üçölçülü görüntüsü yaradılır, dəri törəmələri qeydə alınır və ilkin qiymətləndirmə aparılır. Daha sonra dermatoloqlar əldə olunan məlumatları təhlil edərək tibbi qərar verirlər.Mütəxəssislər süni intellektin həkimi əvəz edə bilməyəcəyini, lakin şübhəli törəmələrin müəyyənləşdirilməsi və təsnifatı prosesini sürətləndirə biləcəyini bildirirlər. Bu texnologiyadan istifadə edən mərkəzlərdən biri ilk fəaliyyət ili ərzində 30 melanoma halının aşkarlanmasına kömək etdiyini açıqlayıb.

Bununla belə, Fransada süni intellekt əsaslı müayinə sistemləri dermatoloqların peşəkar qurumları tərəfindən hələ rəsmi şəkildə təsdiqlənməyib. Ekspertlər hesab edirlər ki, belə texnologiyaların geniş tətbiqi əlavə xəstə axını yaradaraq onsuz da yüklənmiş dermatoloji klinikaların fəaliyyətini daha da çətinləşdirə bilər.

Turan

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiyanın ABŞ-dakı səfiri vəfat edib

Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev vəfat edib.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, ABŞ-dakı səfir Aleksandr Nikitiç Darçiyev 11 noyabrda 66 yaşında qəflətən vəfat edib.Qeyd edək ki, 2014-cü ildən 2021-ci ilə qədər diplomat Rusiyanın Kanadadakı səfiri vəzifəsində çalışıb.2025-ci ilin yazında Vladimir Putin Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

11 Noyabr 2026, 20:56

Ukrayna və Rusiya azı 1000 hərbi əsirin mübadiləsi barədə razılığa gəlib

Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üçtərəfli danışıqların ilk gününün yekunlarına əsasən, yaxın vaxtlarda "1000-in 1000-ə" və ya daha çox formulu üzrə genişmiqyaslı əsir mübadiləsi keçirmək barədə razılığa gəliblər."Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan mənbə bildirib.Onun sözlərinə görə, görüş zamanı əsas diqqət bütövlükdə Ukrayna və Avropa üçün təhlükəsizlik təminatları məsələlərinə ayrılıb. Rusiyanın özünə təhlükəsizlik təminatlarının verilməsinə dair tələbləri ayrıca müzakirə edilib.Bundan başqa, tərəflər etimad böhranı fonunda Ukraynanın bərpası və yeni Avropa təhlükəsizlik arxitekturasının formalaşdırılması məsələlərinə toxunublar.Ümumilikdə iki gün ərzində danışıqlar təxminən dörd saat davam edib....

11 Noyabr 2026, 17:48

Putin üçün uzunömürlülük axtarışı: 7 min meymun... 

Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutunda yaşlı meymunların unikal kolleksiyası yaradılıb. Alimlər onların köməyi ilə insan ömrünün uzadılması yollarını tapmağa ümid edirlər.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, Kovalçuk bu tədqiqatlar barədə Moskvada keçirilən Kurçatov Genom Forumu çərçivəsində danışıb.“İnstitutun laboratoriyalarında 22 növdən olan 7000-dən çox primat saxlanılır. Yaşlanmanın bütün mərhələlərini izləmək üçün yaşlı meymunlar üzərində analizlər aparırıq. Yaşı 18-dən və 30-dan çox olan fərdləri qiymətləndiririk. Hərtərəfli müayinələr keçiririk: biokimyəvi və struktur analizlər aparır, damarları, beyini – hər şeyi tədqiq edirik. Primatlar bizə ən yaxın nümunədir. Bu, ömrün uzadılmasını tənzimləyən sistemin yaradılması üçün əsasdır”, - o...

11 Noyabr 2026, 17:20

Nvidia rəhbərini casusluqda ittiham olunan çinli qadın Honkonq pasportu ilə Tayvana daxil olub 

Nvidia şirkətinin rəhbəri Jensen Huangla münasibətdə olduğu bildirilən və Çinə casusluqda şübhəli bilinən çinli qadının Tayvana Honkonq pasportu ilə daxil olduğu məlum olub.Citypost.az france24.com-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Milli İmmiqrasiya Agentliyi məlumat yayıb.Qurumun rəhbəri Lin Hornq-en bildirib ki, Alis Huangın ölkəyə giriş-çıxış qeydləri mövcuddur və məsələ araşdırılır.Tayvanın daxili işlər naziri Liu Şi-fanq isə qadının ölkəyə daxil olduğunu, lakin hazırda xaricdə olduğunu açıqlayıb. Onun sözlərinə görə, Alis Huangın Tayvana giriş icazəsi ləğv edilib və o, bir daha adaya buraxılmayacaq.Qeyd edək ki, ABŞ rəsmiləri Alis Huangın Çinin kəşfiyyat orqanları ilə əlaqəli olduğunu iddia edirlər. Jensen Huang isə onunla münasibətdə...

11 Noyabr 2026, 09:09

Süni intellekt platformalarında reklamların sayı arta bilər  

Onlayn reklam şirkəti Criteo-nun rəhbəri Maykl Komasinski hesab edir ki, gələcəkdə bir çox süni intellekt platforması gəlir əldə etmək məqsədilə reklam sisteminə keçəcək.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə Lissabonda keçirilən “Veb Sammit” çərçivəsində AFP-yə açıqlamasında bildirib.Komasinskinin sözlərinə görə, süni intellekt modellərinin hazırlanması və tətbiqi böyük maliyyə vəsaiti tələb etdiyindən şirkətlər gəlir mənbələrini genişləndirməyə çalışırlar.O qeyd edib ki, reklam Google və Meta kimi böyük texnologiya platformalarının əsas gəlir mənbələrindən biridir və süni intellekt sahəsində də bu model geniş yayılacaq.Məlumata görə, OpenAI ChatGPT-də reklamları sınaqdan keçirir, Microsoft-un Copilot platformasında isə reklamlar artıq tətbiq olunur. Perplexity də reklam formatlarını...

11 Noyabr 2026, 09:06

Mişel Uellebekin müsəlmanlarla bağlı fikirləri MƏHKƏMƏLİK OLDU

Fransanın tanınmış yazıçısı Mişel Uellebek müsəlmanlarla bağlı mübahisəli fikirlərinə görə ayrı-seçkilik, nifrət və zorakılığa təhrik şübhəsi ilə rəsmi istintaqa cəlb edilib.Citypost.az france24.com-a istinadən xəbər verir ki, araşdırma 2022-ci ildə “Front Populaire” jurnalında dərc olunan müsahibə ilə bağlıdır.Uellebek həmin müsahibədə müsəlmanları Fransanın təhlükəsizliyi üçün təhdid kimi xarakterizə edib və onların ölkəni tərk etməli olduqlarını bildirib.2023-cü ildə Fransa Məscidləri Birliyi yazıçıya, filosof Mişel Onfraya və jurnalın rəhbərliyinə qarşı şikayət edib.Uellebekin vəkilləri isə onun açıqlamalarında nifrətə və zorakılığa təhrik olmadığını bildirərək, intellektual mübahisələrin məhkəmə müstəvisinə daşınmasını tənqid ediblər.Fransa Məscidləri Birliyinin vəkili isə ifadə azadlığının nifrətə təhriki əsaslandıra bilməyəcəyini vurğulayıb.Turan...

11 Noyabr 2026, 01:25