14 yaşlı uşağın görüntüləri Nura Surini sarsıtdı – Zelenskiyə çağırış etdi
Sənət aləmi 04 Noyabr 2026, 01:09
569
Müğənni Nura Suri Ukraynada baş verən hadisələrlə bağlı narahatlığını ifadə edərək ölkə prezidenti Volodimir Zelenskini yaranan suallara aydınlıq gətirməyə çağırıb.
Citypost.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək Kiyev yaxınlığında yayılan görüntülərin, xüsusilə 14 yaşlı uşağın vəziyyətinin onu dərindən sarsıtdığını bildirib.
Nura Suri qeyd edib ki, uşağın gözlərindəki qorxu və yaşananların yaratdığı mənzərə onun yaddaşından silinmir. O, zorakılığa məruz qalan şəxslərin saxlanıldığı bildirilən binanın qarşısına insanların toplaşmasına da diqqət çəkib.
Nura Suri baş verənlərlə bağlı bir sıra suallar ünvanlayıb: binada olan dörd nəfərin hansı səbəbdən tibbi yardıma ehtiyacı yaranıb və həmin şəxslər hansı əsasla orada saxlanılıblar?
Müğənninin fikrincə, müharibə şəraitində yaşayan bir xalq öz dövlət qurumları tərəfindən də zorakılığa məruz qalmamalıdır. O bildirib ki, Ukrayna xalqı onsuz da müharibənin ağır nəticələri ilə üz-üzədir və insanların öz dövlətindən də qorxması yolverilməzdir.
Nura Suri hesab edir ki, Volodimir Zelenski baş verən hadisələrlə bağlı cəmiyyəti maraqlandıran suallara açıq cavab verməli və məsuliyyət məsələsinə aydınlıq gətirməlidir.
Müğənni paylaşımında “Reuters” agentliyinin yaydığı məlumatlara istinad edərək binada 22 nəfərin olduğunu, onlardan dördünün vəziyyətinin ağırlaşdığı üçün tibbi yardıma ehtiyac duyduğunu xatırladıb. O, Ukrayna rəsmilərinin 14 yaşlı uşağın qarşıdurma zamanı hasardan keçərkən yıxıldığını və daha sonra ailəsinə təhvil verildiyini bildirdiklərini qeyd edib. Bununla yanaşı, uşağın həmin binada əvvəlcədən saxlanılması ilə bağlı iddianın hələ təsdiqlənmədiyini vurğulayıb.
Həmçinin oxuyun
Yeganə
“13 illik ayrılığa təbrik düşmür axı” – Mərhum aktyorun xanımından kövrək sözlər
Mərhum aktyor Fərman Abdullayevin həyat yoldaşı İradə Abdullayeva onun doğum günü ilə bağlı duyğusal paylaşım edib.Citypost.az xəbər verir ki, İradə Abdullayeva sosial şəbəkə hesabında həyat yoldaşını sevgi və həsrətlə yad edərək onun doğum gününü qeyd etməyi və hədiyyə qəbul etməyi sevmədiyini bildirib.O, paylaşımında Fərman Abdullayevin həyatında xüsusi və unudulmaz insan olduğunu vurğulayıb. İradə Abdullayeva qeyd edib ki, həyat yoldaşının illər əvvəl onu çətinliklər qarşısında tək qalmağa hazırladığını indi daha yaxşı anlayır:“ Mən həyatda qarşıma çıxan çətinlikləri asanlıqla həll edə bilirəm! Çünki sən illər öncə məni sənsizliyə hazırlayırmışsan. Mənsə, sadəlövh uşaq kimi heç nə anlamamışam. Demək, məni tək qoyacağını, bu dünya...
04 Noyabr 2026, 01:04
Ağdam teatrında “Skapenin kələkləri” olacaq
Ağdam Dövlət Dram Teatrında fransız dramaturq Jan-Batist Molyerin (1622–1673) “Skapenin kələkləri” (1671) komediyası əsasında eyniadlı tamaşanın məşqləri başlanıb.Bu barədə teatrdan Citypost.az-a məlumat verilib.Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Racu Şıxlı, quruluşçu rəssamı Müşfiq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, işıq rəssamı Anar Şükürov, səs rejissoru Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur.Səhnə əsərində rolları Fərhad Fərhadzadə (Skapen), Elman Məhərov (Jeront), Rüstəm Məmmədov (Oktav), Ramil Hüseyzadə (Leandr), Sərdar Əlizadə (Arqant), Zərifə Ağayeva (Giasinta), Nuranə Əliyeva (Zerbinetta), Tural Yusifov (Silvestr) və Mahir Xəlilov (Karl) canlandıracaqlar.Kütləvi səhnələrdə Anar Zeynalov, Teymur Kərimov, Sadiq Bağırov, Ruslan Əliyev və Nahid Məmmədov iştirak edəcəklər.Tamaşanın premyerasının dekabr ayında keçirilməsi...
03 Noyabr 2026, 16:15
Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia
Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub.Citypost.az Milli.Az-a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib.Samirə Bağırova bildirib ki, Çimnaz Sultanovanın plastik-estetik əməliyyatlara meyli olub və onun fikrincə, aktrisa bu prosedurların qurbanına çevrilib. pizza mizza"Onun estetik-plastik əməliyyatlardan asılılığı var idi. Bu prosedurların qurbanına çevrildi. Eşitdiyimə görə, belə müdaxilələri sıx-sıx etdirməyə başlamışdı. Dərisində xərçəng xəstəliyi yaranmışdı", - deyə psixoloq bildirib.Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə yol açıb....
02 Noyabr 2026, 16:31
“Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək
Noyabrın 3-7-də İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək. Azərbaycan festivalda kino xadimlərindən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nümayəndələrindən ibarət geniş heyət ilə təmsil olunacaq.Citypost.az xəbər verir ki, festivalın müsabiqə proqramında nəzərdə tutulmuş hər üç kateqoriya üzrə Azərbaycan filmləri də iştirak edir. Tammetrajlı bədii film kateqoriyasında “Tağıyev: Məktəb”, sənədli film kateqoriyasında “Azıx mağarası”, qısametrajlı bədii film kateqoriyasında “Torpağı sanı yaşayasan” filmləri nümayiş etdiriləcək.Bunlardan əlavə, festival çərçivəsində Azərbaycan klassik kinosunun nümunəsi kimi “Bir cənub şəhərində”, müasir sənədli film nümunəsi olaraq “Bakı Türkoloji Qurultayı 100” filmləri göstəriləcək.Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində nəzərdə tutulan görüşlərdə Türk dünyası ölkələri...
30 Oktyabr 2026, 09:56
Azərbaycan Dövlət Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–23 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.Citypost.az xəbər verir ki, teatrın yaradıcı şöbə müdürü, Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Vaqifoğlunun Hüseyn Cavidin eyniadlı əsərinin motivləri əsasında hazırladığı “İblis” tamaşası festivalın “Ən yaxşı səhnə plastikası” nominasiyası üzrə mükafata layiq görülüb.Oktyabrın 21-də Əndican Kukla Teatrının səhnəsində nümayiş olunan 40 dəqiqəlik tamaşa qeyri-ənənəvi səhnə dili, fərqli rejissor yozumu və aktyorların plastik ifadə imkanları ilə festival iştirakçılarının böyük marağına səbəb olub.Janr olaraq plastik deşünçə kimi təyin edilən “İblis” insanın öz daxilindəki şəri görmək əvəzinə günahkarı başqalarında...
28 Oktyabr 2026, 21:24
Teatrşünas: “Gənc teatrşünaslar qonorar almalıdır”
Azərbaycanda teatr tənqidinin inkişafı üçün KİV-də bu sahəyə ehtiyac yaradılmalı, gənc teatrşünaslar isə əməyinə görə qonorar almalıdır.Citypost.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Aydın Talıbzadə Oxu.az-da jurnalist Əzizə İsmayılova ilə videomüsahibəsində deyibA.Talıbzadə bildirib ki, tamaşalar tənqidə gəlmir: “Tamaşaya gedirsən, baxırsan, tamaşa tənqidə gəlmir. Bu gün birinci növbədə teatra tələbat olmalıdır tamaşaçıda. Bu, çox vacib məsələdir.”Əməkdar incəsənət xadimi siyasətdən niyə danışdığını da izah edib: “Siyasi gündəmdə olan məsələlər insanlara hədsiz dərəcədə maraqlıdır. Amma teatr bu gün insanlarda o qədər də böyük maraq yarada bilmir. Və teatr tənqiddən daim nəsə gözləyir. Əslində, bu gün teatr tənqidi də bir neçə nəfərin çiynindədir.”Teatr...
28 Oktyabr 2026, 15:54