Bizə yazın

Baku

-°C

USD

-

Gəncə sakini xalasını döyərək öldürüb

Hadisə 03 Noyabr 2026, 23:48

499

Gəncədə qətl hadisəsi olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin H. Z. Tağıyev küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə yaşayan 1938-ci il təvəllüdlü G. Əliyeva aldığı ağır xəsarətlərdən ölüb.

İlkin araşdırma zamanı yaşlı qadını bacısı oğlunun döyərək öldürdüyü məlum olub.

Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Əli Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır .

Problemlərinizi bizə bildirin

077 323 55 66

Canlı yayımda söyüş söyən tiktoker yenidən həbs edildi

“TikTok”da canlı yayım açaraq nalayiq ifadələr işlədən daha bir şəxs məsuliyyətə cəlb olunub.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, “Raufizm” ləqəbi ilə tanınan Rauf Ağaquliyev polis əməkdaşları tərəfindən saxlanılıb.Sosial şəbəkədə ictimai mənəviyyat və əxlaq normalarına zidd hərəkət edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.Məhkəmənin qərarına əsasən, R.Ağaquliyev 1 ay müddətinə inzibati qaydada həbs edilib.Qeyd edək ki, Rauf Ağaquliyev daha əvvəl də eyni əməllərə görə inzibati qaydada həbs olunub....

03 Noyabr 2026, 18:14

Novxanıdakı “milyonluq saray”ın sahibi HƏBS EDİLDİ

Novxanı qəsəbəsində yerləşən “milyonluq saray”ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.Sail Ağasəlim...

03 Noyabr 2026, 14:17

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb.Bu barədə Citypost.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Şəmkir rayonunda 5 avqust 2013-cü il tarixində 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.İstintaqla 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq Kifayət Məhərrəmovanın yaşadığı mənzilə daxil olaraq üzərindəki qatlanan cib bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra isə mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşmasına dair əsaslı şübhələr müəyyən...

03 Noyabr 2026, 12:45

Azərbaycanlıların pullarını ələ keçirən şəbəkənin üzvləri tutuldu

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatlında deyilir.Məlumatda bildirilib ki, kibercinayətkarlığın dünya iqtisadiyyatına vurduğu illik zərər son beş ildə 75 faiz artaraq 6 trilyon dollardan 10,5 trilyon dollara yüksəlib. Xaraktercə qlobal miqyasda geniş yayılan kibercinayətkarlığın yaratdığı təhlükələr, heç şübhəsiz ki, Azərbaycandan da yan keçmir. Kibercinayətkarlığın transmilli xarakter alması, cinayətkar şəbəkələrin müxtəlif ölkələrdən idarə olunması və qanunsuz maliyyə əməliyyatlarında müasir texnoloji imkanlardan istifadə edilməsi bu sahədə mübarizənin əhəmiyyətini daha da artırır. Belə cinayətlərin qarşısının alınması sadəcə ayrı-ayrı...

03 Noyabr 2026, 10:43

ŞOK! Eyyubovun idarəsində əməliyyat: Həbs olunan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir.CityPost.az  “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib.Əməliyyat zamanı idarənin Rüfət adlı vergi müfəttişinin saxlanıldığı bildirilir.Hələlik əməliyyatın hansı faktlarla bağlı keçirildiyi və saxlanılan şəxsin nədə şübhəli bilindiyi məlum deyil.Əldə etdiyimiz məlumata görə, onun barəsində həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, idarənin rəisi Bəylər Eyyubovun qardaşı oğlu Şahin Eyyubovdur....

02 Noyabr 2026, 21:59

Cəlilabadda anasını döyən “xeyriyyəçi” tutuldu

Özünü xeyriyyəçi kimi göstərərək sosial şəbəkələrdə ehtiyacı olan şəxslərə yardım çağırışları edən bloqer Namiq Əzizin anasının evinə basqın edərək onu döyməsi ilə bağlı görüntülər yayılıb.Citypost.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib.Məlumata görə, əsl adı Namiq Kəlbiyev olan şəxs Bakıdan rayona gedərək anasının yaşadığı evə pəncərədən daxil olub. O, mənzilə girdikdən sonra anasına hücum edərək onu döyüb. Hadisə zamanı evdən qadının qışqırıq səsləri eşidilib.Bildirilib ki Namiq Kəlbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hansı səbəbdən anasına xəsarət yetirdiyi hələlik məlum deyil.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan vurğulanıb ki, hazırda faktla bağlı müvafiq polis orqanında...

02 Noyabr 2026, 14:10