Bizə yazın

Baku

-°C

USD

-

Anar Turan: “Dünyamız üç-beş paranoik məxluqun əsirinə çevrilib”

Siyasət 04 Noyabr 2026, 08:42

496

Analitik Anar Turan ABŞ-ın İrana qarşı mümkün nüvə zərbəsi endirməsi ilə bağlı yayılan iddialara münasibət bildirib və belə bir ssenarinin region və dünya üçün ağır nəticələr doğura biləcəyini vurğulayıb.

Citypost.az xəbər verir ki, analitik sosial şəbəkə hesabında paylaşım edərək jurnalist Taker Karlsonun İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampa İrana qarşı nüvə silahından istifadə etməsi üçün təzyiq göstərdiyi barədə iddialarına diqqət çəkib.
Taker Karlsonun iddiasına görə, mümkün hücumun hədəfi İranın mərkəzində yerləşən Pikaks dağı ola bilər. O, belə bir zərbənin Fars körfəzində təxminən 100 milyon insanın su təminatını təhlükəyə ata biləcəyini və qlobal nüvə müharibəsinə yol aça biləcəyini iddia edib. Karlson, həmçinin Trampın noyabrın 7-dək nüvə silahından istifadə ilə bağlı qərar verə biləcəyini irəli sürüb.
Anar Turan hesab edir ki, belə bir hücum baş verərsə, onun nəticələri yalnız İranla məhdudlaşmayacaq. Analitik bildirib ki, nüvə zərbəsi regionun əhalisi, gələcək nəsilləri, flora və faunası üçün fəlakətli nəticələrə səbəb ola, təsirləri Yaxın Şərq və Cənubi Qafqazda da hiss edilə bilər. O, belə bir hadisənin Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi üçün də zəmin yarada biləcəyindən narahatlığını ifadə edib.
Analitik dünya siyasətində qərarların bir neçə liderin şəxsi ambisiyaları və siyasi yanaşmaları əsasında formalaşmasını tənqid edərək bildirib ki, bu proseslərdə milyonlarla insanın həyatı təhlükə altına düşür.
“Böyük şeytanlar üçün insan ölümü sadəcə statistikadır. Dünyamız üç-beş paranoik məxluqun əsirinə çevrilib”, – deyə Anar Turan paylaşımında qeyd edib.
Turan 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kənan Rövşənoğlu: “Tramp seçkilərdə məğlub olarsa, İrana hücum edə bilər”

Jurnalist Kənan Rövşənoğlu ABŞ-da keçirilən aralıq seçkilərin mümkün nəticələri və bunun Donald Trampın siyasi qərarlarına təsiri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Kənan Rövşənoğlu sosial şəbəkə hesabında paylaşım edərək seçkiqabağı mübarizədə Demokratlar Partiyasının müəyyən üstünlüyə malik olduğunu bildirib.Jurnalistin sözlərinə görə, seçkilərin nəticələri Trampın gözləntilərinin əksinə olarsa, ABŞ-da ciddi siyasi gərginlik yarana bilər. O hesab edir ki, Tramp 2020-ci ildə olduğu kimi nəticələri tanımaya, demokratları seçki saxtakarlığında ittiham edə və tərəfdarlarını etirazlara səsləyə bilər.Kənan Rövşənoğlu ikinci ehtimal kimi ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamasını göstərib. Onun fikrincə, Tramp seçkilərdəki mümkün məğlubiyyətinə görə İranı məsul tutaraq diqqəti daxili siyasi problemlərdən yayındırmağa...

04 Noyabr 2026, 08:12

Şöhrət Eldəniz: “Trampın İranla bağlı planlarını həyata keçirmək üçün yanvara qədər vaxtı var”

Jurnalist Şöhrət Eldəniz ABŞ-da davam edən aralıq seçkilər və onların Donald Trampın gələcək siyasi qərarlarına mümkün təsiri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşım edərək seçki proqnozlarının Demokratlar Partiyasının qələbəsinə işarə etdiyini bildirib.Şöhrət Eldənizin fikrincə, demokratların qələbəsi Donald Trampın fəaliyyətində ciddi siyasi çətinliklər yarada bilər. O hesab edir ki, yanvarda ABŞ Nümayəndələr Palatasının yeni tərkibi formalaşdıqdan sonra Trampın qərarlarının həyata keçirilməsi daha da mürəkkəbləşəcək.Jurnalist bildirib ki, bu səbəbdən Trampın İranla bağlı planlarını həyata keçirmək üçün qarşısında yanvar ayına qədər vaxt var. Onun qənaətinə görə, ABŞ prezidenti nəzərdə tutduğu addımları həmin müddətədək atmağa çalışa bilər.Şöhrət Eldəniz...

04 Noyabr 2026, 00:58

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:"Hörmətli xanım Prezident,Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.Xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Bolqarıstan dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram"....

03 Noyabr 2026, 17:44

Azərbaycan lideri panamalı həmkarına təbrik ünvanladı

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli cənab Prezident,Panama Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Əminəm ki, Azərbaycan-Panama dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Panama xalqına daim əmin-amanlıq və rifah arzulayıram”....

03 Noyabr 2026, 11:37

Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Keniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cona Mayna Mvangini qəbul edib.Citypost.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlətimizin başçısı Keniya Prezidenti Uillyam Samoei Rutonun ölkəmizə səfərini, həmçinin onunla Azərbaycanda və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırlatdı.Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, bu, digər istiqamətlər, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkan yaradır. Dövlətimizin başçısı bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd etdi.Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.Səfir qəbula görə dövlətimizin...

03 Noyabr 2026, 11:32

İlham Əliyev Laosa rəsmi səfərə dəvət edildi

Laosun yeni səfiri Siphandon Oybuabuddi ölkəsinə rəsmi səfərlə bağlı dəvətini Prezident İlham Əliyevə təqdim edib.Citypost.az xəbər verir ki, dəvət İlham Əliyevin Siphandon Oybuabuddini qəbul etdiyi zaman baş tutub.Səfir, həmçinin qeyd edib ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqa bir daha minnətdarlığını bildirib.

03 Noyabr 2026, 11:26